Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
102 
müfəssəl məlumat verməkdir. Bu nəşr müstəqillik illəri 
Azərbaycan 
elminin 
biblioqrafiyası 
kimi 
də 
səciyyələndirilə bilər. 
Göstəricinin  ilk  hissəsində  rəsmi  sənədlərə  yer 
ayrılıb:  Prezident  cənab  İlham  Əliyevin  “Azərbaycan 
Respublikasının  dövlət  müstəqilliyinin  bərpasının  
iyirminci  ildönümü  haqqında»  sərəncamı  və  bu 
sərəncamdan  irəli  gələn  tapşırıqların  AMEA-ya  həvalə 
olun
muş  hissəsinin  həyata  keçirilməsi  ilə  bağlı  Rəyasət 
Hey
ətinin  Qərarı,  “Müstəqillik  illərində  Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  elmi  nəşrləri”  adlı 
biblioqrafik göstəricinin  hazırlanmasının Mərkəzi Elmi 
Kitabxanaya  tapşırılması  haqqında  Rəyasət  Heyətinin 
Sərəncamı əks olunub. 
Ön  sözdə  AMEA-nın  eks  prezidenti akademik 
Mah
mud  Kərimov  Azərbaycan  elminin  müstəqillik 
illərində  keçdiyi  yola  nəzər  salıb,  elmin  müstəqil 
Azərbaycan  dövlətində  strateji  xarakterli  prioritet 
fəaliyyət  sahəsi  olduğunu  vurğulayaraq,  həmin  dövrdə 
əldə  edilən  mühüm  elmi  nəticələr,  elm-təhsil-istehsalat 
arasında  yaranmış  inteqrasiya,  elmi  sahədə  beynəlxalq 
əlaqələrin artması və digər məsələlər haqqında fikirlərini 
bölüşüb. 
Göstəricinin  “Fizika-riyaziyyat  və  texnika 
elmləri”, “Kimya elmləri”, “Yer elmləri”, “Biologiya və 
kənd  təsərrüfatı  elmləri”,  “Səhiyyə.  Tibb  elmləri”, 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
103 
“Humanitar 
elmlər”, 
“İctimai 
elmlər” bölmələrində  Azərbaycan və xarici dillərdə olan 
kitab, monoqrafiya, el
mi  məcmuə  və  jurnallar  sistemli 
şəkildə və annotasiya ilə təqdim olunub. 
Prezident  cənab  İlham  Əliyevin  “Azərbaycan 
dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçiril-
məsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına 
əsasən  çap  olunmuş  nəşrlərin  tərtibatı,  redaktəsi  və 
tərcüməsi 
işində 
Akademiyanın 
alim 
və 
mütəxəssislərinin  əməyi  az  olmamışdır.  Alimlərimizin 
əmək  sərf  etdikləri  həmin  kitabların  arasında 
Azərbaycan və dünya ədəbiyyatının təkrar nəşr olunmuş 
nümunələri  yer  alıb  və  biblioqrafik  göstəricidə    bu 
ədəbiyyat ayrı bölmədə təsvir edilib.  
Müstəqillik 
illərində 
AMEA 
tərəfindən 
beynəlxalq  elmi  əlaqələrin  qurulması,  beynəlxalq 
əməkdaşlığın  coğrafiyasının  genişləndirilməsi,  elmi 
nailiyyətlərimizin  beynəlxalq  səviyyədə  təsdiqlənməsi 
üçün  kifayət  qədər  irimiqyaslı  işlər  görülüb.  Bu  illər 
ərzində alimlərimiz ölkədə və xaricdə keçirilən yüzlərcə 
bey
nəlxalq konfrans, simpozium, qurultay və digər təd-
bir
lərdə elmi məruzələrlə çıxış edib, təcrübə mübadiləsi 
aparıblar. Biblioqrafik göstəricinin “Müstəqillik illərində 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  beynəlxalq 
elmi  əlaqələri.  Konfrans,  simpozium,  seminar  və 
qurultay
ların  materialları”  adlı  bölməsində  həmin 


Günel  Nazim  qızı  Hacıyeva 
 
104 
tədbirlərin nəşr olunmuş materialları haqqında məlumat 
əks olunub.  
AMEA  Mərkəzi  Elmi  Kitabxanası  tərəfindən 
respublikamızın  görkəmli  alim,  yazıçı  və  şairlərinin 
həyat  və  fəaliyyətlərini  əks  etdirən  «Azərbaycanın  elm 
və  mədəniyyət  xadimləri»  seriyasından  olan  şəxsi 
biblioqrafik  göstəricilər  haqqında  informasiya  isə  bu 
nəşrin  “Azərbaycanın  görkəmli  elm  və  mədəniyyət 
xadimləri  biblioqrafik  mənbələrdə”  bölməsində  oxu-
cuların  diqqətinə  təqdim  olunub.  Biblioqrafik  nəşrə 
Azərbaycan  və  xarici  dillərdə  tərtib  olunmuş  infor-
masiya-
axtarış aparatı ilə yekun vurulub. 
Ümumiyyətlə,  informasiya  haqqında  informasiya 
hesab  olunan  biblioqrafiya  və  onu  tədqiq  edən 
biblioqr
afiyaşünaslıq o zaman elmi əhəmiyyət daşıyır ki, 
aparılan  işlərin  əsasını  yalnız  texniki  işləmə  və  ya  tək-
mil
ləşdirmə  təşkil  etməsin.  Biblioqraf  materialları 
axtara,  onları  mexaniki  şəkildə  “emal”  və  təsvir  edə, 
annotasiyalaşdıra,  sistemləşdirə,  köməkçi aparatla 
tamamlaya bilər. Bu zaman görülən işlərin nəticəsində o 
yalnız  soraq  kitabçası  hazırlaya  bilər.  Məsələnin  elmi 
xarakter al
ması  üçün  isə  ümumiləşdirməyə  və  yekun 
nəticəyə  ehtiyac  var.  Hazırlanan  biblioqrafik  göstərici 
sadəcə  soraq  kitabçası,  məlumat,  təsvir  mənbəyi  deyil, 
həmçinin müstəqillik illərində Azərbaycan elmini, onun 
inkişaf  templərini,  problem  və  uğurlarını  həm  analitik, 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
105 
həm də bibliometrik nöqteyi-nəzərdən öyrənməyə imkan 
verir.  Bu  nəşr  müstəqillik  illərinin  elmi  mənzərəsini, 
elmi  istiqamətlərini,  elmi  ağırlıq  mərkəzlərini,  elmi 
paradiqmaları  və  meyilləri  sadəcə  izləmək  üçün  deyil, 
həmçinin  tədqiqata  cəlb  etmək,  real  elmi  axtarışlar 
aparmaq üçündür. 
Göstərici  memarlıq  sahəsi  üzrə 
mütəxəssislərin  istifadə  edə  biləcəyi  mükəmməl  bir 
biblioqrafik vəsitdir. 
Milli  taleyimizin  zirvəsi  hesab  olunan  müstəqillik 
dövrü  ümummilli  liderimiz  Heydər  Əliyevin  parlaq 
zəkası  və  nurlu  əməlləri  ilə  sürətli  inkişafın  yeni 
mərhələsinə yol açmış və dünya dövlətlərinin diqqətini 
cəlb  etmişdir.  34  il  Heydər  Əliyevin  rəhbərliyi  ilə 
xalqımız  sosial-iqtisadi  tərəqqi,  milli  oyanış,  mədəni 
intibah,  azadlıq  hərəkatı  mərhələsindən  keçərək 
müstəqillik  əldə  etmiş,  suverenliyini  və  milli  birliyini 
təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. 
Heydər Əliyev istər Azərbaycanda, istərsə də onun 
hüdudlarından  kənardà  əldə  edilməsi  mümkün  olan 
bütün  nailiyyətlərin  əsasını  elm  və  təhsildə  görür, 
müvafiq  qurumlar  qarşısında  milli  və  ümumbəşəri 
dəyərlərin  optimal  və  üzvi  surətdə  əlaqələndirilməsi 
kimi mühüm 
vəzifələr  qoyurdu.  Məsələnin  bu  cür 
qoyuluşu elm və təhsilin inkişafında mühüm əhəmiyyət 
kəsb  edir.  Çünki  elm  özünün  təbiəti  və  funksiyalarına 
görə  ümumbəşəri  dəyər  olduğundan,  onun  inkişafı 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə