Günel Nazim qızı Hacıyeva
86
2014-
cü ildə kitabxananın oxucu tərkibi aşağıdakı
kimi olmuşdur:
1.Tələbələr o cümlədən - 6050
əyani - 4504
qiyabi - 545
magistr - 385
xarici tələbələr:
əyani - 520
qiyabi - 90
magistr - 42
2.Professor –
müəllim heyəti - 572
3.Doktorantlar,aspirantlar 90
4.AzMİU-nin köməkçi tədris,elmi-tədqiqat,
qulluqçu və digər heyət 560
5.Lisey - 42
6.Kollec -783
Cəmi: 8133
Oxucu gəlişi aşağıdakı kimi olmuşdur:
Abonement üzrə 81321
Oxu zalları üzrə 163526
Cəmi: 244847
AZƏRBAYCANDA MEMARLIĞIN KİTABXANA-İNFORMASİYA
TƏMİNATI SİSTEMİ
87
Kitab verilişi:
Abonement üzrə 161642
Oxu zalları üzrə 322165
Cəmi: 483807
Memarlıq elmi üzrə mütəxəssislərin kitabxana-
informasiya təminatı sistemində AMEA Mərkəzi Elmi
Kitabxanasının da xüsusi yeri vardır.
AMEA Mərkəzi Elmi Kitabxanasının başlıca
məqsədi kitabxana-biblioqrafiya xidmətinin mövcud
forma və metodlarından istifadə etməklə, oxucu
sorğularının tam və düzgün yerinə yetirilməsindən
ibarətdir.
Kitabxananın Xidmət şöbəsi abonement, ümumi
və dövri nəşrlərin oxu zalları, kitabxanalararası
abonement (KAA) vasitəsilə kitabxananın elmi
fondlarına istinadən oxucu tələbatının ödənilməsini
həyata keçirir. Oxu zallarının yardımçı fondlarını
oxucuların tələbatlarına müvafiq olaraq ədəbiyyatla
komplekt
ləşdirir, yeni ədəbiyyatın, mövzu və yubiley
sərgilərini (o sıradan səyyar) təşkil edir, elmi-kütləvi
tədbirlərin
keçirilməsinə
şərait
yaradır,
avtomatlaşdırılmış rejimdə oxucuların qeydiyyatını
aparır. Kitabxana fondlarının oxucu sorğularına
uyğunluğunun və rədd cavablarının səbəblərinin
Günel Nazim qızı Hacıyeva
88
ö
yrənilməsi, oxucuların tərkibinin təhlili ilə bağlı
tədqiqatlar aparır. 1991-ci ildə kitabxanadan istifadə
edən oxucuların sayı 26.915 nəfərdən ibarət idisə,
hazırda kitabxananın 38.000 nəfərdən artıq oxucusu var
ki, bunların bir qismi memarlıq üzrə tədqiqat aparan
alim və mütəxəssislərdir. Son 5 il ərzində kitabxanaya
orta hesabla ildə 800 nəfər oxucu yazılıb ki, onlardan da
98-i
memarlıqla məşğul olanlardır. Abonementdə
oxuculardan 6.050 sifariş qəbul edilmiş, bunlardan 897-
si memarlığa aid olmuşdur. İl ərzində oxuculara
abonementdən 5.705 nüsxə kitab verilmişdir, onlardan
935-
i memarlıq sahəsinə aid nəşrlər olmuşdur.
Kitabxananın memarlıq üzrə informasiya xidməti ilə
bağlı aşağıdakı cədvələ nəzər salaq (14):
№
İş növü
2010
2011
2012
2013
2014
1 Ox
ucuların
ümumi sayı
7264
7529
7963
8106
8247
2
Ədəbiyyat
verilişi
1405
1597
1684
1703
1785
3
Sifarişlərin
sayı
728
836
875
905
924
Kitabxana ənənəvi xidmət formalarını həyata
keçirtməklə yanaşı xidmət işinin yeni üsullarından
istifadə edilməsinə çalışır. Avtomatlaşdırma müasir
dövrdə kitabxanaların qarşısında duran ən aktual
AZƏRBAYCANDA MEMARLIĞIN KİTABXANA-İNFORMASİYA
TƏMİNATI SİSTEMİ
89
problemlərdən biridir. Bu gün, AMEA-nın Mərkəzi Elmi
Kitab
xanası respublikada öndə gedən kitabxanalardan
biri olduğundan burada avtomatlaşdırma sahəsində ciddi
işlər görülür. Son illər avtomatlaşdırma prosesinin
mahiyyətini dərk etmək, nəzəri bilikləri mənimsəmək
üçün
kitabxananın əməkdaşları müxtəlif kursların
müdavimləri olmuşlar. Məsələn, “Müasir kitabxanalar
və onların problemləri”, “Kitabxanaların avtomatlaş-
dırılması: bunun üçün nəyi bilmək lazımdır” kimi
kurslarda əldə edilən informasiya kitabxananın
avtomatlaşdırılması prosesində kitabxanaçılar üçün
əhəmiyyətli olmuşdur. Mərkəzi Elmi Kitabxananın
Xidmət şöbəsində avtomatlaşdırma sisteminin tətbiqi
istiqamətində konkret işlər həyata keçirilir. Belə ki,
“Oxucuların qeydiyyatı” adlı xüsusi proqram işlənib
hazırlanmış və 2003-cü ilin sentyabr ayından oxucuların
qeydiyyatının avtomatlaşdırılmış rejimdə aparılmasına
başlanmışdır. Bu proqram abonentlərin qeydiyyatını,
müxtəlif parametlərdə axtarışı, verilən və qaytarılan
ədəbiyyatın qeydiyyatını, borclu olan oxucuların
avtomat
laşdırılmış nəzarətini və s. həyata keçirilməsini
təmin edir. 2005-ci ildə 2.178 oxucunun qeydiyyat
məlumatı bu proqrama daxil edilmişdir. 2007-ci ilin
noyabr ayından AMEA Mərkəzi Elmi Kitabxanasında
oxucuların qeydiyyatı “ИРБИС” proqramına əsasən
aparılmaqdadır. Kitabxanaya üzv olan və qeydiyyatdan
Dostları ilə paylaş: |