Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
94 
haqqında  sərəncamına  əsasən  latın  qrafikası  ilə  çap 
olunmuş 200 nüsxədən yuxarı kitab nümayiş edilmişdir 
(14).  
 
“Azərbaycan  memarlığı  inkişaf  yollarında”, 
“Müasir memar
lıq ənənələri”, “Azərbaycan memarları” və 
s. mövzularında sərgilər təşkil olunmuşdur.  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev tərəfindən 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə 
təsdiq  olunmuş  “Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin  bərpasının  20-ci  ildönümü  ilə  bağlı 
Tədbirlər  Planı”nın  icrası  məqsədilə  Azərbaycan  Milli 
Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanasında 
“Müstəqillik  illərində  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının 
elmi 
nailiyyətləri” 
mövzusunda 
fundamental nəşrlərdən ibarət sərgi təşkil olunmuşdur və 
AMEA-
nın  elmi-tədqiqat  müəssisələri,  o  cümlədən 
Memarlıq və İncəsənət  İnstitutu  tərəfindən nəşr olunmuş 
4000-
ə  yaxın  Azərbaycan  və  xarici  dillərdə  ədəbiyyat 
nümay
iş edilmişdir.  
Müstəqillik illərində xidmət şöbəsində elmi tədqiqat 
işləri  də  aparılmışdır.  Avtomatlaşdırma  sisteminin 
tətbiqiqat  istiqamətində  konkret  işlər  həyata  keçirilərək 
“Oxucuların  qeydiyyatı”  adlı  xüsusi  proqrama  əsasən, 
AMEA MEK-
ə  üzv  yazılan  və  qeydiyyatdan  keçən 
oxucuların  siyahısı  proqramın  məlumat  bazasına  daxil 
edilir.  İş  prosesində  bu  proqramın  müsbət  və  mənfi 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
95 
cəhətləri  aşkara  çıxarılaraq  məsələ  ilə  bağlı,  Xidmət 
şöbəsinin  müdriyyəti  tərəfindən  MEK-in  Elmi  Şurasında 
“Abonementdə  oxuculara  xidmətin  təşkilində  kompüter 
texnologiyalarının  tətbiqi  məsələləri”  mövzusunda  geniş 
hesabat  verilmişdir.  Getdikcə  yeniləşən  Azərbaycanda 
memarlıq  sahəsinin  oxucularının  tələbləri  də  yeniləşib 
müasirləşdiyindən onlar arasında aparılan şifahi və yazılı 
anket sorğularına əsasən oxu zalının yardımçı fondundan 
aktul
lığını  itirən  kitablar  kitabsaxlayıcıya  qaytarılaraq, 
zalın 
fondu 
oxucuların 
tələblərinə 
uyğun 
təkmilləşdirilmişdir.  Avtomatlaşdırma  sisiteminin  tətbiqi 
istiqamətində konkret işlər hal-hazırda da həyata keçirilir. 
2004-
cü  ildə  “Oxucuların  qeydiyyatı”  adlı  xüsusi 
proqrama  əsasən  AMEA-nın  MEK-ə  üzv  yazılan  və 
qeydiyyatdan  keçən  oxucuların  siyahısı  proqramın 
məlumat bazasına təqdim edilirdir ki, bu da iş prosesində 
bu  proqramın  müsbət  və  çatışmayan  cəhətləri  aşkar 
edilmişdir.  Bu  məsələ  ilə  bağlı  MEK-in  Elmi  Şurasında 
“Abonementdə  oxuculara  xidmətin  təşkilində  kompüter 
texnologiyalının  tətbiqi  məsələləri”  mövzusunda  geniş 
hesabat verilmiş,  aşkar edilən  çatışmamazlıqlar haqqında 
təkliflər  irəli  sürülmüş  və  bununla  bağlı  tövsiyələr 
verilmişdir.  
Müstəqilliyin  ilk  illərində  fəaliyyətinin  gərgin 
dövrünü  yaşayan  AMEA  Mərkəzi  Elmi  Kitabxanası 
ümummilli  lider  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci 


Günel  Nazim  qızı  Hacıyeva 
 
96 
dəfə hakimiyyətə gəlişindən sonra informasiya işinin bir 
çox  sahələrində,  o  cümlədən  milli  ideologiyanın  təbliğ 
və  tədqiqində  əsaslı  nailiyyətlər  qazandı.  Dünya 
azərbaycanlılarının  milli  ideologiyası  hesab  olunan 
azərbaycançılığın öyrənilməsi, tədqiq və təbliğ olunması 
istiqamətində Mərkəzi Elmi Kitabxananın üzərinə düşən 
başlıca  vəzifələrdən  biri  həm  yerli,  həm  də  müxtəlif 
ölkələrdə 
cəmləşən 
həmyerlilərimizə 
mümkün 
infor
masiya  dəstəyi  vermək,  tarixi,  mədəni  irsimizin 
nümunələrini  toplamaq,  bu  sahədə  tədqiqat  aparan 
alimlərin məlumat təminatını həyata keçirmək idi. Çünki 
dövlət  müstəqilliyinin  qazanılması,  müasir  dünya  ilə 
çoxşaxəli  əlaqələrin  qurulub  inkişaf  etdirilməsi 
azərbaycançılığın  iqtisadi,  sosioloji  və  politoloji 
aspektlərilə  yanaşı  elmi-mədəni  tərəflərini  də 
aktuallaşdırırdı.  
Azərbaycançılığın,  azərbaycanşünaslığın  bir  elmi 
istqamət,  ideologiya  olaraq  məqsədi  bir  sıra  elmlərin 
nəticələrindən  istifadə  etməklə,  Azərbaycan  və 
azərbaycanlılar  haqqında  elmi  təsəvvür  yaratmaq  və 
onun dünyadakı universal mövqeyini müəyyənləşdirmək 
olduğundan,  o,  həm  də  cəmiyyətdə  milli  birliyi  və 
ümumxalq  münasibətlərini qorumaq,  millətin  və  onun 
döv
lətinin  mövqeyini  izah  və  təsdiq  etmək  baxımından 
diqqət tələb edir.  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
97 
AMEA  Mərkəzi  Elmi  Kitabxanasının  müstəqil 
struk
tur  bölməsi  kimi  azərbaycanşünaslığa  dair 
informasiyaları,  çap  və  elektron  nəşrləri  toplayaraq 
tədqiq  edən,  mühafizə  və  təbliğini  həyata  keçirən, 
oxu
culara  müvafiq  sahə  üzrə  məlumat-biblioqrafiya  və 
informasiya  xidməti  göstərən  şöbənin  fəaliyyəti 
respublikada  azərbaycanşünaslıqla  məşğul  olan 
kitabxanalar, elmi-
tədqiqat müəssisələri, ictimai birlik və 
təşkilatlarla qarşılıqlı şəkildə quruldu.  
Azərbaycanşünaslıq şöbəsinin əsas iş istiqaməti – 
Azərbaycan  üzrə  materialların  toplanması,  elmi 
işlənməsi, informasiya-axtarış aparatının "Azərbaycanda 
elm və mədəniyyət" adlı biblioqrafik kartotekanın təşkili 
və  aparılması,  həmçinin  Azərbaycanın  tarixi, 
iqtisadiyyatı,  elmi,  mədəniyyəti  və  memarlığı 
mövzularında  «Azərbaycanşünaslıq»  elektron  məlumat 
baza
sının  və  elektron  kitabxanasının  yaradılması, 
biblioqrafik gös
təricilərin  tərtibi  və  nəşrindən  ibarətdir. 
Şöbədə  mütəmadi  olaraq  «Azərbaycanda  elm  və 
mədəniyyət»  adlı  biblioqrafik  kartotekanın  təşkili  və 
aparılması  istiqamətində  respublikada  baş  verən  tarixi 
hadisələri,  əlamətdar  günləri  və  aktual  mövzuları  əks 
etdirən yeni rubrikalar açılır, redaktə edilir (14). 
İl  boyu  oxuculara,  müxtəlif  elmi  təşkilatlara, 
biblioqrafik  göstəricilərin  hazırlanması  üçün  şifahi  və 
yazılı biblioqrafik elmi arayışlar hazırlanır.  


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə