Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə21/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
90 
keçən  oxucular  haqqında  məlumatlar  kompyuterin 
məlumat  bazasına  daxil  edilir.  Hazırda  2000  nəfərdən 
artıq  oxucunun  (157-i  memarlıq  üzrə  allim  və 
mütəxəssis)  qeydiyyat  məlumatı  bu  proqrama  daxil 
edilmişdir (14). 
Biblioqrafiya  xidməti  kitabxananın  məlumat 
aparatından  istifadəsinə  yardım  göstərən  sahəsidir. 
Kataloqda  kitab  və  jurnalların  tapılmasında  oxuculara 
köməklik  göstərilir,  elmin  müxtəlif  sahələrinə,  eləcə  də 
memarlığa  aid  ədəbiyyatın  tapılması  üçün  oxuculara 
sistemli  kataloqdan  və  “Azərbaycanda  elm  və 
mədəniyyət”  kartotekasından  istifadə  etmək  təklif 
olunur. KAA vasitəsilə 1991-ci ildə kitabxanaya 11.170 
nüsxə  sifariş  respublika  daxili  qəbul  edilmişdir.  Artıq 
1991-
ci  ildən  kitabxananın  KAA-dan  beynəlxalq 
abonement  vasitəsilə  12  ölkənin  kitabxanası  istifadə 
etməkdədir. Beynəlxalq abonementlə Bolqaristan, Polşa, 
Hindistan, Türk
iyə,  İran  və  s.  ölkələrin  kitabxanalarına 
sifarişlə kitab göndərmişdir. İllər keçdikcə Mərkəzi Elmi 
Kitabxananın KAA sistemi genişlənir, abanentlərin sayı 
artır.  Belə  ki,  KAA-nın  xidmətindən  istifadə  edən 
oxucuların  ümumi  sayı  95  nəfərdir.  Bunlardan  30 
A
kademiya,  65  isə  digər  elm  və  təhsil  müəssisələrinin 
işçiləridir.  
MEK-
də eyni zamanda rədd cavabları ilə də bağlı 
işlər  də  aparılır.  Belə  ki,  evə  verilməyən  kitabların 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
91 
istifadəsi  ümumi  oxu  zalında  təklif  edilir,  o  cümlədən 
abonementin  tələbnaməsinə  əsasən  sifariş  edilən 
kitablardan  məşğul  olanların  verilmə  tarixinə  baxılır. 
Əgər  müddəti  keçmişsə  həmin  oxucu  ilə  əlaqə 
yaradılaraq geri alınır və tələblər ödənilir. 1991-ci ildən 
oxuculara  xidmət  işində  açıq  rəf  üsulundan  da  istifadə 
edilir. Oxu zallarının açıq rəflərdə yerləşən ədəbiyyatın 
ümumi  sayı  577.156  nüsxədir, bunlardan 981-i 
memarlığa  aiddir.  Yardımçı  fondlar  oxucuların 
ədəbiyyat  tələbatını  operativ  ödəməyə  imkan  yaradır. 
Dövri  mətbuat  zalında  22.670  nüsxə  ədəbiyyat,  o 
cümlədən  9.984  nüsxə  xarici  ədəbiyyat  (3.418  nüsxə 
ədəbiyyat Şərq dillərində) oxucuların sərbəst istifadəsinə 
verilmişdir.  Dövri  mətbuat  zalının  fondunda  1982-ci 
ildən başlayaraq bütün elm sahələri üzrə hazırda 89.405 
nüsxə jurnal toplanmışdır. 1999-cu ildən Rusiya Elmlər 
Akademiyası  Təbiət  Elmləri  üzrə  Kitabxanasından 
alınan  150  addan  çox  elmi  jurnallar  Mərkəzi  Elmi 
Kitabxananın  dövri  mətbuat  fondunu  zənginləşdirir. 
Məlumdur  ki,  aparılan  elmi  tədqiqatların  nəticələri 
onların  informasiya  təminatı  ilə  sıx  bağlıdır.  Bu 
baxımdan  Rusiyada  nəşr  olunmuş  müxtəlif  elm 
sahələrini, eləcə də memarlığı əhatə edən jurnallar alim 
və  mütəxəssislərin,  tədqiqatçıların  qiymətli  elmi 
informasiya  ilə  təmin  edilməsində  əhəmiyyətli  rol 
oy
nayır.  Bu  nəşrlər  öz  elmi  tutumu,  zəngin  tətbiqi 


Günel  Nazim  qızı  Hacıyeva 
 
92 
materiallara malik olma
sına  görə  seçilir.  İldən-ilə 
oxucular  tərəfindən  tələbatı  çox  olan  ensiklopedik 
nəşrlər,  lüğətlər,  məcmuələr  və  məlumat  xarakterli 
ədəbiyyatlar  yardımçı  fonda  yerləşdirilərək  oxucuların 
istifadəsinə verilmişdir.    
Ümumi  oxu  zalında  kitabxananın  bütün 
oxuc
ularına xidmət həm sifarişlə, həm də açıq rəf üsulu 
ilə  yardımçı  fonddan  həyata  keçirilir.  Şifahi  sorğular 
nəticəsində yardımçı fondun müəyyən hissəsi oxucuların 
tələbatına 
uyğun 
yeni 
aktual 
kitablarla 
komplektləşdirilmişdir. 2011-ci ildə ümumi oxu zalında 
oxucuların  gəlişi  42.750  nəfər  olmuşdur.  Ədəbiyyatın 
verilməsi bütövlükdə 12.404 nüsxə olmuşdur. Bunlardan 
yardımçı  fonddan  6.180  nüsxə,  əsas  fonddan  6.224 
nüsxə  toplanmışdır.  Ümumi  oxu  zalının  yardımçı 
fondunda hazırda 1.905 nüsxə ədəbiyyat saxlanılır, 371 
nüsxə  memarlıq  sahəsinə  dair.  Ümumi  oxu  zalına  27 
adda  gündəlik  qəzetlər  daxil  olur.  Bunlardan  18  adda 
Azərbaycan,  9  adda  rus  dilindədir.  Mərkəzi  Elmi 
Kitabxananın  Xidmət  şöbəsinin  bölmələrindən  biri  də 
Sərgi  zalıdır.  Sərgi  zalında  iki  istiqamətdə  iş  aparılır: 
sərgilərin  təşkili  və  tədbirlərin  keçirilməsi.  Sərgilər 
mövzusuna  görə  bir  neçə  hissəyə  bölünür:  yeni 
ədəbiyyatın sərgisi, yubiley, əlamətdar və tarixi günlərin 
sərgisi,  mövzu  sərgiləri,  səyyar  sərgiləri.  Müstəqillik 
illərində  Mərkəzi  Elmi  Kitabxanada  bir  çox  tanınmış 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
93 
alim və mütəfəkkirlərin, görkəmli memarlarının yubiley 
sərgiləri  keçirilmişdir.  Bunlardan  nümunə  olaraq 
akademiklər  Mikayıl  Hüseynovun,  Əbdülvahab 
Salamzadənin,  Rasim  Əfəndiyevin,  Şamil  Fətullayevin, 
müxbir üzvl
ər  Kərim  Kərimov,  Cəfər  Cəfərov  və  b. 
memar  alimlərin  yubileylərinə  həsr  olunmuş  konfrans 
sərgilər  təşkil  edilmiş  və  oxuculara  nümayiş 
olunmuşdur. Zərifə xanım Əliyevanın 85 illik yubleyi ilə 
əlaqədar,  “Azərbaycanın  alim  qadınları”  mövzusunda 
120 alim qadının, həmçinin memar qadınların həyatı və 
elmi  yaradıcılığı  haqqında  sərgidə  elektron  variantda 
təqdim edilmişdir. 2005-ci ildə ən önəmli tədbirlərindən 
AMEA-
nın  60  illik  yubileyi  ilə  əlaqədar  MEK 
Akademiya  alimlərinin  müstəqillik  dövründə  əldə 
etdikləri  elmi  nailiyyətləri  geniş  oxucu  kütləsinə 
çatdırmaq  üçün  Azərbaycan  Respublikasının  Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyində,  Vergilər  Nazirliyində, 
Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyində, 
Təhsil Nazirliyində, Xarici İşlər Nazirliyində, Nəqliyyat 
Nazirliyində  təşkil  olunmuş  sərgiləri  qeyd  etmək 
lazımdır. Sərgilərdə elmin müxtəlif sahələrini, həmçinin 
memarlığı  əhatə  edən  1.800  nüsxədən  artıq  ədəbiyyat 
sərgilənmiş  (327  nüsxə  memarlığa  aid)  və  burada, 
həmçinin  Azərbaycan  Respublikası  Prezidenti  İlham 
Əliyevin 13 yanvar 2004-cü il “Azərbaycan dilində latın 
qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi” 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə