Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə26/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
110 
dair  sərəncamları,  kitab  şəklində  nəşr  olunmuş  əsərləri 
və  onun  dövlətçilik  fəaliyyətinə  həsr  olunmuş  kitabları 
öz əksini tapmışdır. 
Nəşrin  altıncı  bölməsi  "Heydər  Əliyev  irsinin 
tədqiqi"  adlanır.  Bu  bölmədə  Heydər  Əliyev 
şəxsiyyətinə  həsr  olunmuş  kitablar,  dissertasiya  və 
avtoreferatlar
,  məqalələr,  elektron  resurslar  və 
multimedia  vasitələri  haqqındà  məlumat  oxucuların 
diqqətinə  çatdırılır.  Ümumiyyətlə,  bu  nəşr  Heydər 
Əliyevin  biblioqrafiyasının  yaradılması  sahəsində  ilk 
təcrübələrdəndir. Burada oxucuların işini asanlaşdırmaq 
məqsədilə  Azərbaycan,  rus,  türk,  ingilis  və  fransız 
dillərində  "Müəlliflərin  əlifbà  göstəricisi"  adlı  köməkçi 
aparat  da  tərtib  olunub.  Heç  şübhəsiz  ki,  bu  nəşr 
gələcəkdə  Heydər  Əliyev  irsinin  öyrənilməsinin 
genişlənməsi  ilə  əlaqədar  bir  neçə  dəfə  yeni  əlavələrlə 
nəşr olunacaq və oxucuların istifadəsinə veriləcəkdir.  
 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
111 
Ə L A V Ə L Ə R 
 
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN 
QORUNMASI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Bu  Qanun  tarix  və  mədəniyyət  abidələrinin 
qorunması,  öyrənilməsi  və  onlardan  istifadə  ilə  bağlı 
m
ünasibətləri tənzimləyir. 
 
I   f ə s i l  
 ÜMUMİ MÜDDƏALAR 
 
M a d d ə   1 .  Tarix və mədəniyyət abidələrinin 
qorunması 
 
Azərbaycan  Respublikası  Konstitusiyasının  77-ci 
maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq 
hər kəsin borcudur. 
Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. 
Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına 
təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri 
olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını 
təmin  edir,  abidələrdən  səmərəli  istifadə  üçün  şərait 
yarad
ır. 


Günel  Nazim  qızı  Hacıyeva 
 
112 
Qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti 
orqanları,  yerli  özünüidarə  orqanları,  siyasi  partiyalar, 
ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi 
və  fiziki  şəxslər  tarix  və  mədəniyyət  abidələrini 
qorumalı,  onları  qorumaqla  məşğul  olan  müvafiq icra 
hakimiyyəti  orqanlarına,  yerli  özünüidarə  orqanlarının 
yaratdığı  təsisatlara  və  qeyri-dövlət  təşkilatlara  yardım 
göstərməlidirlər. 
Bu  maddənin  dördüncü  hissəsində  göstərilən 
subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə 
torpaq  və  ya  inşaat  işləri  görərkən  Azərbaycan  Elmlər 
Akademiyasının  rəyi  nəzərə  alınmaqla  müvafiq  icra 
hakimiyyəti  orqanlarından  qabaqcadan  icazə  almalı  və 
belə  icazə  alındıqdan  sonra  torpaq  və  ya  inşaat  işlərini 
görərkən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  və 

təxəssislərin 
abidələrin 
qorunması 
barədə 
göstərişlərini icra etməlidirlər. 
M a d d ə   2 .  Tarix və mədəniyyət abidələrinin 
anlayışı və təsnifatı 
 
Tarix  və  mədəniyyət  abidələri  (bundan  sonra  — 
abidələr)  arxeoloji  və  memarlıq  obyektləri,  etnoqrafik, 
numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi 
hadisə  və  şəxsiyyətlərlə  bağlı  olan  bina,  xatirə  yerləri, 
əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
113 
Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola 
bilər.  Daşınar  abidələr  muzeylərdə,  arxivlərdə, 
fon
dlarda,  sərgilərdə  və  digər  münasib  yerlərdə, 
daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq 
abidələri  olmaqla  olduğu  və  inşa  edildiyi  yerlərdə 
qorunur. 
Bu  Qanunda  istifadə  edilən  anlayışlar  aşağıdakı 
mənaları ifadə edirlər: 
a) 
arxeoloji  abidələr  —  insanın  fəaliyyəti  ilə 
əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, 
o  cümlədən  ibtidai  insan  düşərgələri  və  yaşayış 
məskənləri,  qədim  qəbiristanlar,  müdafiə  sistemləri  və 
istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və 
xatirə  abidələri,  qaya  və  daşüstü  təsvirlər  və  yazılar, 
qədim  mədən  istismar  izləri,  əmək  alətləri,  istehsalat 
kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və 
kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.; 
b) 
memarlıq  abidələri  —  öz  həcm-plan  həllini 
kifayət  qədər  saxlayan  qurmalar,  müxtəlif  təyinatlı 
memarlıq-inşaat  binaları,  yardımçı  obyektlər,  mühəndis 
kommunikasiyaları; 
məskənsalma 
(şəhərsalma) 
abidələri;  ərazisinin  əksər  hissəsi  memarlıq,  tarixi-
mədəni  sənətkarlıq  abidələri  və  tikililər  ilə  tutulan, 
ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə 
əhatə  edilən,  küçə  şəbəkəsini  və  mühəndis 
kommunikasiyalarını 
qismən 
saxlayan 
yaşayış 


Günel  Nazim  qızı  Hacıyeva 
 
114 
məntəqələri, 
bağ-parklar, 
xiyabanlar, 
incəsənət 
nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-
plan,  bədii-estetik,  istismar-funksional  və  texniki-
konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları 
və  qurmaları;  kiçik  memarlıq  formaları;  monumentlər, 
obelisklər,  fəvvarələr,  şəlalələr,  bulaqlar,  hovuzlar, 
köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq 
obyekt
ləri; 
c) 
tarix  abidələri  —  cəmiyyət  və  dövlət  tarixi  ilə, 
müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın 
inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə 
bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, 
Sovet  İttifaqı  Qəhrəmanlarının,  Milli  Qəhrəmanların, 
görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı 
qurmalar,  mənzillər,  xatirə  yerləri,  sənədlər  və  əşyalar, 
etnoqrafik  abidələr  —  xalqın  maddi,  mənəvi,  ideoloji, 
sənətkarlıq  və  təsərrüfat  həyatını  özündə  əks  etdirən 
qurmala
r və əmək alətləri, əşyalar, epiqrafik abidələr — 
üzərində  yazılar  olan  müxtəlif  daş,  gil,  ağac  və  metal 
nümunələri; 
ç) 
sənədli  abidələr  —  rəsmi  dövlət  orqanlarının 
aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o 
cümlədən fono, foto və kino arxivlər
d) 
incəsənət abidələri — tarixi və estetik dəyəri olan 
bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri; 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə