Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
34 
memarlığın  əsas  yaradıcılıq  məsələlərini  təhlil  edən, 
ətraflı  şəkildə  işıqlandıran,  memarlıq  yaradıcılığında 
ictimai məzmun, forma, sənətkarlıq, üslub məsələləri və 
s. p
roblemləri əks etdirən nəşrlər daxildir. 
 
Azərbaycan  memarlığının  sənəd  və  informasiya 
məkanında  memarlığın  tarixi  inkişaf  mərhələlərində 
mühüm  yaradıcılıq  məsələləri  ilə  əlaqədar  onlarca  belə 
əsərlər  meydana  çıxmışdır:  görkəmli  memarlar  və  gənc 
elmi  tədqiqatçılar  tərəfindən  yazılmış  bu  zəngin  nəzəri 
irs  Azərbaycan  memarlığının  inkişafında  yaxından 
iştirak etmişdir. 
 
c) 
Azərbaycan memarlığının ayrı-ayrı nümayəndələrinə 
həsr  olunmuş monoqrafiyalar 
 
Bu  tip  materiallarda  əsərin  həsr  olunduğu 
şəxsiyyətin  memarlıq  tarixindəki  mövqeyi,  rolu  və 
sənətkarlıq  xüsusiyyətlərindən  asılı  olaraq  onun  dövrü, 
həyat  və  yaradıcılığı,  elmi  irsi,  yaradıcılığının  inkişaf 
mərhələlərinin  əsas  istiqamətləri  təhlil  olunur,  onun 
yaradıcılığının  mütərəqqi  ənənələrinə  əsaslanan  bu 
günkü memarlığın inkişafı üçün nəticələr çıxarılır.  
Azərbaycan 
memarlığının 
ayrı-ayrı 
nümayəndələrinə  həsr  olunmuş  şəxsi  biblioqrafik 
göstəriciləri də memarlıq sahəsi üzrə mühüm kitabxana-
informasiya  resursu  hesab  etmək  olar.  Belə 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
35 
göstəricilərdən  biri  AMEA-nın  müxbir  üzvü,  memarlıq 
doktoru,  professor,  Tarix  və  Mədəniyyət  Abidələrinin 
Bərpası  Elmi-tədqiqat  Layihəsi  İnstitutunun  direktoru, 
professor  Cəfər  Qiyasiyə  həsr  olunmuşdur  (6,s.1). 
Biblioqrafik  göstəricinin  tərtibçisi  İsmət  Səfərov, 
redak
toru  filologiya  üzrə  elmlər  doktoru  Aybəniz 
Əliyeva-Kəngərlidir.  Alimin  həyat  və    yaradıcılığı 
haqqında  qısa  oçerkin  müəllifi  memarlıq  doktoru,  Arif 
Mehdiyev  və  memarlıq  üzrə  fəlsəfə  doktoru  Rizvan  
Bayramovdur.  
Biblioqrafik  göstəricidə  materiallar  bir  neçə 
bölmədə  qruplaşdırılmışdır.  Birinci  bölmə  “Həyat  və 
elmi  fəaliyyətinin  əsas  tarixləri”  adlanır  (6,s.3). 
Bölmədən  öyrənirik  ki, Cəfər Qiyasi 24 mart 1942-ci 
ildə  Ərdəbil  şəhərinin  Piləçay  kəndində  anadan 
olmuşdur.  1946-cı  ildə  ailəsi  ilə  birgə  Şimali 
A
zərbaycana  köçmüşdür.  Bölmə  vasitəsi  ilə  professor 
C.Qiyasinin  həyat  yolu  haqqında  mükəmməl 
informasiya almaq olar. 
İkinci bölmədə “Cəfər  Əli oğlu Qiyasi” adlanan 
oçerk öz yerini tutur (6, s
.8). Azərbaycan, rus və ingilis 
dillərində yazılmış oçerkdən məlum olur ki, Cəfər Qiyasi 
respublikamızda  öz  fəaliyyətində  praktiki  yaradıcılıqla 
elmi-
tədqiqatı  yüksək  peşəkarlıqla  birləşdirən  azsaylı 
memarlarımızdandır.  O,  bu  gün  də  abidələrin  bərpası 
sahəsində  çalışmalarını  davam  etdirir,  zəngin  memarlıq 


Günel  Nazim  qızı  Hacıyeva 
 
36 
irsimizin yeni 
qatları  və  problemlərinin  açıqlanması 
üçün  daha  sanballı  elmi  araşdırmalar  aparır,  memarlıq 
tarixi  və  nəzəriyyəsindən  dərs  deyir,  gənc  tədqiqatçılar 
yetişdirir. 
Keçən əsrin 60-cı iilərindən yaradıcılığa başlayan 
Cəfər  Qiyasi  7  kitabın,  180-dən  çox  elmi  məqalənin, 
onlarla layihənin müəllifidir. “Təbriz memarlıq məktəbi” 
mövzusu  ilə  elm  aləminə  nüfuz  etməyə  başlayan 
C.Qiyasi Güney Azərbaycanın demək olar ki, bütün orta 
əsr  memarlıq  təcrübəsini  dərin  və  əhəmiyyətli 
araşdırmışdır. 
C.Qiyasinin 1985-
ci  ildə  çap  olunmuş  “Yaxın-
Uzaq  ellərdə”(Orta  əsr  Azərbaycan  memarlığının 
beynəlxalq  əlaqələri  haqqında)  kitabı  Azərbaycan 
memarlığının dəyərli hadisəsi sayıla bilər. Onun 1994-cü 
ildə  Moskvada  çapdan  çıxmış  “Azərbaycan.  Qalalar, 
qəsrlər”  çoxüllüstrasıyalı  kitabı  albom  şəklindədir. 
Kitabın əsas mətni ingiliscə hazırlanmış, Azərbaycan və 
rus dillərində annotasiya verilmişdir.  
Türkiyə  ilə  yaranmış  əlaqələrin  ilk  nəticəsi  kimi 
1996-
cı  ildə  Ankarada  nəşr  edilmiş  “Erməni  kültür 
terroru”  kitabını  göstərmək  olar.  Kitabın  “Azərbaycan 
türk  kültür  mirasına  qarşı  erməni  terroru”  bölümünü 
Cəfər Qiyasi yazmışdır.  


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
37 
Cəfər Qiyasi bır sıra gözəl layihələrin müəllifidir. 
Onun  İqdır  şəhərində  ucaltdığı  “Soyqırımın  anımı  və 
muzeyi” öz möhtəşəmliyi ilə seçilir. 
Biblioqrafik  göstəricinin  üçüncü  bölməsi 
“Əsərlərinin biblioqrafiyası” adlanır (6, s.53). Bölmədən 
öyrənirik  ki,  C.Qiyasinin  ilk  əsəri  “Qalanın  sirri  açılır” 
adlı məqalə “Azərbaycan gəncləri” qəzetində 1 noyabr, 
1964-
cü  ildə  çap  olunmuşdur.  Bölmədə  memarın  çap 
olunmuş  226  əsəri  haqqında biblioqrafik informasiya 
verilir. 
Dördüncü bölmə “Redaktə etdiyi kitablar” adlanır 
(6, s.80
) və bu bölmədə onun redaktoru olduğu 3 kitab 
haqqında biblioqrafik informasiya verilir. 
“Dissertasiyalara  elmi  rəhbərlik”  adlanan  beşinci 
bölmədə  görkəmli  memarın  rəhbərlik  etdiyi  iki  
dissertasiya işi haqqında biblioqrafik informasiya verilir 
(6, s.81). 
“Həyatı,  yaradıcılığı  və  əsərləri  haqqında 
ədəbiyyat”  adlanan  altıncı  bölmədə    görkəmli  memar 
haqqında  yazılmış  81  mənbə  haqqında  biblioqrafik 
informasiya verilir (6, s
.82).  Məlum  olur  ki,  C.Qiyasi 
haqqında  ilk  yazılmış  məqalə  “Fantaziyaya  mükafat” 
adlanır,  məqalənin  müəllifi  İ.Nərimanoğludur.  Məqalə 
“Ədəbiyyat  və  incəsənət”  qəzetinin  1968-ci il 8 dekabr 
nömrəsində dərc olunmuşdur. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə