Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə249/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   245   246   247   248   249   250   251   252   ...   258

 

498


  

2.8. Tanıtma və marketinq 

 

  



2.8.1.   Xarici turistlər üçün milli mətbəx, incəsənət, 

sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri 

haqqında məlumat toplusunun yaradılması və təbliği 

2010 – 2014 

Mədəniyyət və Turizm Nazirliyi, 

Azərbaycan Milli Elmlər Akademiyası 



2.8.2. 

Milli sənətkarlıq və suvenir 

məhsullarının istehsalının təşviqi 

2010 – 2014 

Mədəniyyət və Turizm Nazirliyi, yerli 

icra hakimiyyəti orqanları    bələdiyyə 

orqanlarını cəlb etməklə 

 

 

191    

Azərbaycan Respublikasının Fransa Respublikasındakı və Azərbaycan 

Respublikasının Özbəkistan Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət 

mərkəzlərinin yaradılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı, elmi-texniki 

və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Fransa Respublikasındakı  və Azərbaycan Respublikasının Özbəkistan 

Respublikasındakı səfirliklərinin tabeliyində mədəniyyət mərkəzləri yaradılsın. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 

2.1. iki ay müddətində “Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin 

tabeliyində olan mədəniyyət mərkəzi haqqında  Əsasnamə”ni Azərbaycan Respublikasının Prezidenti ilə 

razılaşdırmaqla təsdiq etsin; 

2.2. bu Sərəncamın 1-ci bəndi ilə yaradılan mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı 

lazımi tədbirlər görsün. 



İlham ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 1 sentyabr 2010-cu il 

                 № 1079 

 

 

192    

Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi 

haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin 

yaradılması  zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta 

malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını 

təmin etmək məqsədilə qərara alıram: 

1. 2011-ci il Azərbaycan Respublikasında “Turizm ili” elan edilsin. 



 

499


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2011-ci ilin Azərbaycan  Respublikasında “Turizm ili” 

elan edilməsinə dair tədbirlər planmı hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə 

təqdim etsin. 

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 15 fevral 2011-ci il  

              № 1320 

 

 

193    

“Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi və 

elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görmüşdür. 

Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın 

milli atlasının çapını təmin etmək məqsədi ilə qərara alıram:  

1. “Azərbaycan Respublikasının Milli Atlası” nəşr edilsin.  

2. “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:  

Redaksiya heyətinin sədri  

Artur Rasi-zadə 

– Azərbaycan Respublikasının Baş naziri  

Redaksiya heyəti sədrinin müavini 

 

Mahmud Kərimov 

– AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının 

prezidenti 



Məsul katib 

 

Qərib Məmmədov 

– AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və  Xəritəçəkmə 

Komitəsinin sədri  



Redaksiya heyətinin üzvləri  

Elmar Məmmədyarov 

– Xarici işlər naziri  

Şahin Mustafayev 

– İqtisadi inkişaf naziri  

Natiq Əliyev 

Sənaye və energetika naziri  

Ziya Məmmədov 

– Nəqliyyat naziri  

İsmət Abasov 

– Kənd təsərrüfatı naziri  

Hüseynqulu Bağırov 

– Ekologiya və təbii sərvətlər naziri  

Əbülfəs Qarayev 

– Mədəniyyət və turizm naziri  

Misir Mərdanov 

– Təhsil naziri  

Oqtay Şirəliyev 

– Səhiyyə naziri  



 

500


Əli Abbasov 

– Rabitə və informasiya texnologiyaları naziri  

Azad Rəhimov 

– İdman və gənclər naziri  

Arif Vəliyev 

– Dövlət Statistika Komitəsinin sədri  

Akif Əlizadə  

–  AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın 

Geologiya İnstitutunun direktoru  

Xoşbəxt Yusifzadə 

– AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin birinci vitse-prezidenti  

Ağamusa Axundov 

– AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və  İctimai Elmlər 

Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru 

Əhliman Əmiraslanov 

– AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin 

akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru  

Budaq Budaqov 

– AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya  İnstitutunun 

direktoru  

Abel Məhərrəmov  

– AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru  

Ziyad Səmədzadə 

– AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri  

Yaqub Mahmudov  



 

– AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, 

Bakı Dövlət Universitetinin kafedra müdiri  

Məhərrəm Babayev 

– AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və 

Aqrokimya İnstitutunun direktoru  

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  



İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 20 aprel 2011-ci il 

                 № 1436 

 

 

194    

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi 

inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində  qəbul edilmiş dövlət proqramları  çərçivəsində 

həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına 

təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Bu dövlət proqramları, o cümlədən “Bakı şəhərinin 

qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə  də 

iqtisadiyyatın inkişafı ilə bağlı  qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları  çərçivəsində  nəzərdə tutulmuş 

tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial 

xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə  məsələlərin həlli istiqamətində irimiqyaslı  işlər 

görülməsinə  şərait yaratmışdır. Qeyd olunan proqramların icrası sayəsində Bakı  şəhəri sürətlə inkişaf etmiş, yol 

təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya 

xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, nəticədə 

şəhər abadlaşmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.  




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə