Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə250/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   246   247   248   249   250   251   252   253   ...   258

 

501


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Bakı  şəhərinin 

və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan  əhalinin həyat səviyyəsinin daha da 

yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə qərara alıram:  

1. “2011-2013-cü illərdə Bakı  şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət 

Proqramı” təsdiq edilsin (əlavə olunur).  

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:  

2.1. müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən 

zəruri tədbirlər görsün;  

2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 

ilə birlikdə Dövlət Proqramında illər üzrə  nəzərdə tutulmuş  tədbirlərin hər il üçün Dövlət  İnvestisiya Proqramı 

tərtib edilərkən nəzərə alınmasını təmin etsin;  

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.  

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:  

3.1. Bakı  Şəhər  İcra Hakimiyyəti ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata 

keçirilməsini əlaqələndirsin;  

3.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan 

Respublikasının Prezidentinə məlumat versin. 

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 4 may 2011-ci il 

 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 

2011-ci il 4 may tarixli Sərəncamı ilə 

TƏSDİQ EDİLMİŞDİR 



2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət 

Proqramı 

GİRİŞ 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə  təsdiq edilmiş 

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)” ölkənin bütün 

regionlarında məqsədyönlü  şəkildə ardıcıl həyata keçirilməklə iqtisadiyyatda keyfiyyətcə yeni bir mərhələnin 

başlanğıcını qoymuşdur. Ötən müddət  ərzində Dövlət Proqramının icrası  çərçivəsində görülmüş  işlər nəticəsində 

qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal 

xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha 

da yaxşılaşdırılmasına, ölkəyə investisiya qoyuluşlarının çoxalmasına,  əhalinin məşğulluq səviyyəsinin yüksəl-

dilməsinə və yoxsulluğun azaldılmasına nail olunmuşdur.  

Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi ilə yanaşı, Bakı  şəhərinin  ətraf 

qəsəbələrinin də inkişafının təmin edilməsi,  əhalinin sosial-məişət  şəraitinin yaxşılaşdırılması, mövcud problem-

lərin aradan qaldırılması  məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 

nömrəli Sərəncamı ilə “Bakı  şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətlən-

dirilməsinə dair Tədbirlər Proqramı” təsdiq edilmişdir. Sənəddə  hər bir qəsəbə üzrə müxtəlif sahələri  əhatə edən 

konkret tədbirlər, onların icrası üçün tələb olunan vəsaitin həcmi, maliyyələşmə mənbəyi və icra müddəti müəyyən 

edilmişdir. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilmişdir.  

Bu gün başlıca vəzifələrdən biri “Bakı  şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi 

inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və ilk 

növbədə şəhərətrafı qəsəbələrin sakinlərinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsindən ibarətdir.  

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” 

həmin vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi məqsədi ilə hazırlanmışdır.  

1. “Bakı  şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 

Tədbirlər Proqramı” çərçivəsində görülmüş işlər  



 

502


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsi, 

qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün daha münbit şərait yaradılması, 

vətəndaşların sosial müdafiəsi tədbirləri ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə  həyata 

keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən “Bakı  şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətlən-

dirilməsinə dair Tədbirlər Proqramı”nın uğurlu icrası  nəticəsində Bakının bütün rayonlarında, o cümlədən 

qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf 

etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər,  əlavə sinif otaqları, xəstəxana, 

poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı  təmir edilmiş, müasir tipli idman kompleksləri 

istifadəyə verilmişdir.  

Tədbirlər Proqramının icrası  nəticəsində Bakının Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, 

Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində  əsaslı  təmir və 

yenidənqurma işləri aparılaraq,  əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində  nəzərdə tutulmuş  işlər başa 

çatdırılmışdır. 2006-2007-ci illər  ərzində layihə  sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və 

müvafiq qaz qurğuları tikilib istifadəyə verilmişdir.  

Bakının  Şüvəlan qəsəbəsində ümumi gücü sutkada 221 min kubmetr olan kanalizasiya təmizləyici qur-

ğusunun tikintisi başa çatdırılmış, təkcə 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız 

su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti  əsaslı  təmir olunmuş, 933 elektrik mühərriki və 491 su nasosu 

yenisi ilə  əvəz edilmiş  və yaxud təmir olunmuş, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi 

həcmi 221,8 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmişdir.  

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması 

məqsədi ilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması 

layihəsi həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə 

rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı  dəmir-beton kanalla əvəz 

edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/sutka olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə 

verilmişdir.  

Ötən müddət  ərzində  qəsəbələrdə elektrik enerjisinə olan tələbatın təmin olunması  məqsədi ilə Bakı 

şəhərində modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmiş, 2007-ci il ərzində Bakıda uzunluğu 75 km olan 

10 kv-luq və 280 km olan 0,4 kv-luq kabel xətləri çəkilmiş, 6/10 kv-luq 121 yeni transformator məntəqəsi 

quraşdırılmış, 110 və 35 kv-luq 12 yarımstansiya və 186 transformator məntəqəsi  əsaslı  təmir olunmuş, 272 

transformator daha güclüləri ilə əvəz edilmiş, 0,4-10 kv-luq 955 dayaq yenisi ilə əvəz edilmişdir.  

Mərkəzləşmiş qaydada istiliklə  təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatının yaxşılaş-

dırılması məqsədilə 2007-ci il ərzində Bakı şəhərində 29 qazanxana tikilib istifadəyə verilmişdir.  

Bakı  şəhərində  nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2007-ci ildə respublikaya iri və orta 

tutumlu 233 avtobus gətirilərək istismara buraxılmışdır. Yol qovşaqlarının və piyada keçidlərinin inşası sahəsində 

2006-2007-ci illər ərzində 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilmişdir.  

Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuş, 

respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, “Əzizbəyov” metro 

stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-

Binə, həmçinin Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilmişdir.  

Bakı Metropoliteni üçün 2004-2007-ci illər ərzində 50 yeni vaqon alınmış və şəhər sakinlərinin istifadəsinə 

verilmişdir.  

Ötən müddət  ərzində Sabunçu rayonunun Zabrat qəsəbəsində 1176, Ramana qəsəbəsində 840, Bakıxanov 

qəsəbəsində 1176 və 720, Maştağa qəsəbəsində 720, Binəqədi rayonunun Xocasən qəsəbəsində 840, Suraxanı 

rayonunun “Dədə Qorqud” yaşayış sahəsində 960, Bülbülə  qəsəbəsində 844, Zığ  qəsəbəsində 840, Qaradağ 

rayonunun Sahil qəsəbəsində 1296, Müşfiqabad qəsəbəsində 840, Qobustan qəsəbəsində 1296, Nizami rayonunun 

Keşlə  qəsəbəsində 1296, Sabunçu rayonunun Albalılıq yaşayış sahəsində 1296 şagird yeri olan məktəb binaları 

tikilmiş, onlarla məktəbdə əsaslı təmir işləri aparılmış, əlavə sinif otaqları və korpuslar istifadəyə verilmişdir.  

Bu müddət ərzində onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi, o cümlədən Xocasən, Əhmədli və 

Bülbülə qəsəbələrinin hər birində 50 gəlişli poliklinika, Xocasəndə təcili tibbi yardım məntəqəsi, Zığ qəsəbəsində 

sağlamlıq mərkəzi, Buzovnada Vərəm Əleyhinə Dispanserin 125 çarpayılıq korpusu üçün yeni binalar inşa edilmiş, 

səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqla təchiz olunmuşdur.  

2006-cı ildən ötən müddət ərzində dövlət investisiyaları hesabına Bakı şəhəri, eləcə də onun qəsəbələri üzrə 

infrastrukturun bərpası  və inkişafı,  əhaliyə kommunal xidmətlərin, o cümlədən elektrik enerjisi, qaz və su 

təchizatının, kanalizasiya sisteminin yaxşılaşdırılması, səhiyyə  və  təhsil müəssisələrinin tikintisi, əhalinin sosial 

vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu sahədə  həyata keçirilən 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə