Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə253/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   250   251   252   253   254   255   256   257   258

 

508


Azərbaycan Respublikası Prezidentinin

 

2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı 



 

 

1. Giriş 

  

Qloballaşmanın vüsət aldığı  və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı  mərhələ Azərbaycan 



Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə  gənclərin daha fəal iştirakını  təmin etmək 

istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə  də  cəmiyyətin 

maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin 

innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır. 

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər  Əliyevin adı ilə 

bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və  İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası 

Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 

və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi 

gənclərlə  iş sahəsinin hüquqi əsaslarını  və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası 

Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı 

(2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. 

Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər 

baş vermiş  və müəyyən uğurlar  əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı  iş 

aparılmış, istedadlı  və yaradıcı  gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq 

təcrübəyə  və  gənclərin təşəbbüskarlığına  əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin 

fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı 

üçün lazımi  şərait yaradılmış  və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində  gənclər 

təşkilatlarının dövlət gənclər siyasətində  iştirakını  təmin edən hüquqları genişləndirilmiş, onların layihə  və 

proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq  əməkdaşlıq sahəsində  gənclər təşəbbüskarlıq və davamlı 

fəaliyyət nümayiş etdirmişlər. 

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında 

tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin 

ictimai-siyasi, sosial-iqtisadi və  mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli 

məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır. 

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci 

illərdə” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır. 

  

2. Dövlət Proqramının əsas məqsədi 

Dövlət Proqramının  əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, 

gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-

iqtisadi problemlərinin həllini təmin etməkdir. 



3. Dövlət Proqramının əsas vəzifələri 

  

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: 



- gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması; 

- gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi; 

- gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə  və  təşkilatlara işə 

düzəlmələri üçün əlverişli şəraitin yaradılması; 

- əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması; 

- dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması; 

- gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi

- gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi; 

- gənc ailə institutunun möhkəmləndirilməsi; 

- gənclərin məlumatlılığının artırılması; 

- gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və  məlumatlandırma 

mexanizmlərinin inkişaf etdirilməsi; 




 

509


- gənclərdə müasir düşüncə  tərzinin formalaşdırılması, onların idarəetmə  və  tədqiqat yönlü fəaliyyətə  cəlb 

edilməsi; 

- gənclərin regionların sosial-iqtisadi və  mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata 

keçirilməsi; 

- gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi; 

- gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi

- gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş  fəaliyyətlərin dəstəklənməsi və inkişaf 

etdirilməsi; 

- gənclərin inkişafında yerli icra strukturlarının və  bələdiyyələrin iştirakının artırılması, yerlərdə  gənclərə 

diqqətin gücləndirilməsi; 

- gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi; 

- gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması; 

- gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi; 

- gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması. 

  

4. Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi 

  

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman 



Nazirliyi  əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və  İdman Nazirliyi tərəfindən 

aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə 

Əlaqələndirmə Şurası yaradılır. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti 

beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb 

olunmasını təmin edir. 

  

5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri 

  

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə  mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının 



həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və 

Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər. 

  

 

 

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı 

  

6.1. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı

 

Sıra

 

№-si

 

Tədbirin adı

 

Məqsəd

 

İcra 

müddəti

İcraçılar

 

6.1.1.



 

Normativ hüquqi aktların 

gənclərlə bağlı 

müddəalarının təhlili və 

onların təkmilləşdirilməsinə 

dair təkliflərin hazırlanması

 

Gənclərlə bağlı hüquqi 



tənzimlənmənin 

təkmilləşdirilməsi

 

2011-2015



Nazirlər Kabineti

Gənclər və İdman 

Nazirliyi, aidiyyəti 

dövlət orqanları

 

6.1.2.


 

Gənclər üçün Prezident 

Mükafatının təsis olunması 

ilə bağlı təkliflərin təqdim 

edilməsi

 

 



 

Elm, təhsil, mədəniyyət və 

digər sahələrdə fərqlənən 

istedadlı gənclərin 

stimullaşdırılması

 

2011-2012



Nazirlər Kabineti, 

Gənclər və İdman 

Nazirliyi, Təhsil 

Nazirliyi, Mədəniyyət 

və Turizm Nazirliyi, 

Azərbaycan Milli 

Elmlər Akademiyası

6.1.3.


 

Bakı şəhərində Azərbaycan 

Gənclər Mərkəzinin 

yaradılması

 

Gənclərin asudə vaxtının 



səmərəli təşkilinin təmin 

edilməsi, gənclər və onların 

təşkilatları üçün müvafiq 

xidmətlərin göstərilməsi, 

müxtəlif tədbirlərin keçirilməsi

2011-2013

Gənclər və İdman 

Nazirliyi, Bakı Şəhər 

İcra Hakimiyyəti

 

6.1.4.



 

Gənclər Fondunun 

yaradılması

 

Gənclər siyasəti ilə bağlı elm, 



təhsil, mədəniyyət və digər 

2011-2012

Nazirlər Kabineti, 

Gənclər və İdman 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə