Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə251/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   247   248   249   250   251   252   253   254   ...   258

 

503


işlərin davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı”nda da Bakı  şəhərinin rayon və  qəsəbələri üçün kompleks tədbirlər nəzərdə tutulmuş

eyni zamanda paytaxtda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, Bakı şəhərinin 

qəsəbələrində avtomobil yollarının tikintisi və  təmiri,  əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı  şəkildə 

ödənilməsi, ekologiyanın sağlamlaşdırılması, yeni səhiyyə  və  təhsil obyektlərinin tikintisi üçün Azərbaycan 

Respublikasının Prezidenti müvafiq sərəncamlar imzalamışdır.  

Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması 

məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, 

Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə 

Bakı  şəhərinin 97 faizi qazlaşdırılmışdır.  Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su 

kəmərinin inşası  nəticəsində  şəhər  əhalisinin 70 faizi Ümumdünya Səhiyyə  Təşkilatının tələblərinə cavab verən 

keyfiyyətli içməli su ilə davamlı olaraq təmin ediləcəkdir.  

Son dövrdə  əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş

Bakıya Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar gətirilmişdir. Yeni texnika və 

texnologiyanın tətbiqi ilə  məişət tullantılarının mütəmadi olaraq yığılması  və emalı  təmin ediləcəkdir. Paytaxtda 

ekoloji tarazlıq yaradılması üçün Balaxanı  Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilmiş, Bakı 

şəhərində yaşıllıqların salınması məqsədi ilə milyonlarla ağac əkilmişdir.  

Bakı  şəhərində  nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol 

ötürücüsü, körpü və tunellər istifadəyə verilmişdir. Həmçinin Bakı  şəhərində  sərnişin nəqliyyatının hərəkətinin 

tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə nəqliyyat əməliyyatlarının intellektual idarə 

edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu sistemin tətbiq edilməsi ilə Bakı şəhəri 

üzrə  sərnişindaşımada və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan 

qaldırılmasına və nəqliyyatın hərəkətinin tənzimlənməsinə, sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına və 

vahid mərkəzdən idarə edilməsinə nail olunacaqdır.  

Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir 

sıra işlər aparılmış, o cümlədən “Nəsimi” və “Azadlıq prospekti” yeni metro stansiyaları inşa olunmuş, “İçərişəhər” 

və “28 may” stansiyaları yenidən qurulmuş, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmişdir.  

Ölkəmizin hər yerində olduğu kimi, Bakı  şəhərində  də sosial infrastrukturun daha da inkişaf etdirilməsi, 

müasir tələblər səviyyəsində yenidən qurulması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Təkcə 2010-cu il 

ərzində Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı  qəsəbələrində, Qaradağ rayonunun 

Lökbatan qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi  əlilləri və  şəhid ailələri üçün yaşayış 

binaları istifadəyə verilmiş, Respublika Klinik Uroloji Xəstəxanasının, Akademik Topçubaşov adına Elmi 

Cərrahiyyə  Mərkəzinin,  Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının  əsaslı  təmirdən sonra açılışı 

olmuşdur. Ümumilikdə, son illər ərzində Bakı şəhərində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş və təmir edilmiş, 

onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilmişdir.  

Sahibkarlığın inkişafı  və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar Bakı 

şəhərində  də yeni müəssisələrin və  iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstək-

lənməsi və bu sahəyə dövlət qayğısının artırılması  məqsədilə 2006-cı ildən ötən müddət  ərzində Azərbaycan 

Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakı  şəhəri üzrə 629 sahibkarlıq subyektinə 99 

milyon manat güzəştli kredit verilmişdir. Ölkə paytaxtında biznes mühitinin inkişafı sahəsində son illər həyata 

keçirilmiş layihələr nəticəsində  Şüşə  Məmulatları  İstehsalı Zavodu, Pambıq Emalı Fabriki, Qranit-mərmər Zavodu 

istifadəyə verilmiş, gəmiqayırma zavodunun təməli qoyulmuşdur. “Azərbaycan  İnvestisiya Şirkəti” ASC tərəfindən 

Hövsan qəsəbəsində gündəlik istehsal gücü 200 ton olan yeni süd emalı zavodunun, “Qaradağ Sement” ASC-də yeni 

klinker sobasının inşası davam etdirilmişdir. Məhz görülən işlər nəticəsində son 7 ildə Bakı şəhəri üzrə ümumilikdə 

23 minə yaxın müəssisə, 191 mindən çox yeni iş yeri yaradılmışdır, bunun 189 mindən çoxu daimi iş yeridir.  

2. “2011-2013-cü illərdə Bakı  şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət 

Proqramı”nın əsas məqsədləri  

“2011-2013-cü illərdə Bakı  şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət 

Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində aşağıdakı məqsədlərə nail olunacaqdır:  

- elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması;  

- yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması  və inkişafı layihələrinin həyata 

keçirilməsi;  

- ekoloji vəziyyətin yaxşılaşdırılması;  

- sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq 

standartlara uyğun yenidən qurulması və inkişafı;  



 

504


- yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması.  

3. 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının əsas istiqamətləri  

Qarşıdakı illərdə Bakı  şəhərində  və onun qəsəbələrində  aşağıdakı  tədbirlərin həyata keçirilməsi nəzərdə 

tutulmuşdur:  

1. müasir tipli elektrik stansiyalarının, yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyekt-

lərinin inşasına, yenidən qurulmasına və inkişafına dair layihələrin həyata keçirilməsinin davam etdirilməsi;  

2. Bakının qazla təmin edilməyən qəsəbələrinin qaz təchizatının bərpası;  

3. elektrik ötürücü xətlərinin və yarımstansiyaların yeniləşməsi;  

4. mövcud istilik məntəqələrinin bərpası, modernləşdirilməsi və yenidən qurulması;  

5. şəhərətrafı qəsəbələrdə su və kanalizasiya sistemlərinin bərpası, yeni xətlərin və qurğuların tikilməsi;  

6. yol-kommunikasiya kompleksinin, müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı;  

7. inkişaf etmiş rabitə-informasiya və kommunikasiya infrastrukturunun yaradılması;  

8. özəl sektorda ixracın stimullaşdırılması  və  təşviqi, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının 

dəstəklənməsi, ixrac mallarının çeşidinin artırılması, sahibkarlara məsləhət xidməti, informasiya təminatı sahəsində 

kömək göstərilməsi;  

9. şəhərətrafı qəsəbələrdə suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;  

10. aqrar sektora xidmət edəcək və bazar prinsipləri  əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək 

verilməsi;  

11. qəsəbələrdə yeni məktəblərin inşası, kənd məktəblərinin texniki və kadr təminatının yaxşılaşdırılması;  

12. qəsəbələrdə yeni səhiyyə müəssisələrinin inşası, mövcud səhiyyə obyektlərinin yenidən qurulması  və 

təmiri, səhiyyə müəssisələrinin dərman və avadanlıqla təminatının yaxşılaşdırılması;  

13. daşınmaz tarix və  mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası işlərinin təkmilləşdirilməsi, 

mövcud kitabxanaların maddi-texniki bazasının inkişafı və modernləşdirilməsi;  

14. bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;  

15. sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat  şəraitinin yaxşılaşdırılması 

tədbirlərinin davam etdirilməsi, sosial mərkəzlərin, o cümlədən xüsusi istirahət müəssisələrinin və  uşaqlar üçün 

ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması;  

16. ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən məişət tullantılarının toplanması  və daşınması, 

zərərsizləşdirilməsi və emalı sahəsində  işlərin davam etdirilməsi məqsədi ilə  tədbirlərin həyata keçirilməsi, 

yaşıllaşdırma işlərinin genişləndirilməsi.  

4. 2011-2013-cü illərdə həyata keçiriləcək tədbirlərin maliyyələşdirilmə mənbələri  

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” 

çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:  

- Azərbaycan Respublikasının dövlət büdcəsi;  

- Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-

nin vəsaitləri;  

- qanunvericilikdə qadağan olunmayan digər mənbələr. 

 

 

 

 

 

 

 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə