Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə72/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   68   69   70   71   72   73   74   75   ...   258

 

146


M a d d ə   1 2

.

 Milli arxiv fondunun külliyyatı 

Milli arxiv fondunun külliyyatını dövlət arxivləri hazırlayırlar. Azərbaycan Respublikasının hüquqi şəxsləri 

Milli arxiv fondunun külliyyatı üçün müvafiq məlumatları  hər il müəyyən edilmiş qaydada müvafiq icra 

hakimiyyəti orqanına təqdim etməlidirlər. 

Vətəndaşların tarixi və mədəni dəyəri olan sənəd fondları və kolleksiyaları Milli arxiv fondunun külliyyatına 

onların razılığı ilə daxil edilə bilər. 

 

I V   f ə s i l  

 

ARXİV İŞİNİN İDARƏ OLUNMASİ 



M a d d ə   1 3

.

 Arxiv işinə dövlət idarəetməsi 

Azərbaycan Respublikasında arxiv işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları  tərəfindən 

həyata keçirilir. 

M a d d ə   1 4

.

 Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərinin və sənəd kolleksiyalarının təhvil verilməsi 

Təsadüfən aşkar edilmiş və ya tapılmış arxiv sənədləri və sənəd kolleksiyaları barədə onu tapan şəxs tərəfindən 

dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Onları aşkar edən və ya tapan şəxs müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mükafatlandırılır. 

Həmin sənədlər və kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 

M a d d ə   1 5 .  Azərbaycan Respublikasında arxiv xidməti 

Azərbaycan Respublikasında arxiv işinin həyata keçirilməsi, Milli arxiv fondunun formalaşdırılması, mühafi-

zəsi və istifadəsi məqsədi ilə arxiv və kargüzarlığın vahid dövlət sistemini birləşdirən dövlət arxiv xidməti yaradılır. 

M a d d ə   1 6

.

 Milli arxiv fondunun sənədlərindən istifadə qaydaları 

Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək 

hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Qeyri-dövlət arxiv fondunun sənədlərindən onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər. 

Tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, onla-

rın yaranmasından 30 il sonra icazə verilir. Bu müddət müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.  

Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə

qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfa-

tından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə veri-

lir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir. 

Milli arxiv fondu sənədlərinin istifadəsi zamanı müəlliflik hüququ barədə qanunvericiliyin tələbləri yerinə 

yetirilməlidir. 

Arxiv sənədlərinin və  sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı  və ya onlardan istifadə olunması 

qaydalarına əməl edilməməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.  

M a d d ə   1 7

.

 Arxivlərin maliyyələşdirilməsi 

Arxivlər mülkiyyət formasından asılı olaraq dövlət büdcəsi, yerli büdcə və mülkiyyətçinin vəsaitləri hesabına 

maliyyələşdirilir. 

Dövlət büdcəsindən maliyyələşdirilən arxivlərin qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil 

olan vəsaitləri bütövlükdə dövlət büdcəsinə köçürülür.  

M a d d ə   1 8

.

 Arxiv işçilərinin sosial müdafiəsi 

Dövlət arxivləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir. Onların sosial müdafiəsi 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən həyata keçirilir. 

Dövlət arxivləri işçilərinin  əmək haqları arxiv işi sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan 

işçilərin vəzifə maaşlarına bərabər tutulur. 

M a d d ə   1 9

.

 Qeyri-dövlət arxiv fondlarına dövlət himayəsi 

Qeyri-dövlət arxiv fondlarının komplektləşdirilməsinə, mühafizəsinə  və onlardan istifadə edilməsinə dövlət 

yardım göstərir. 



 

147


Milli arxiv fondunun tərkibinə daxil edilmiş və dövlət qeydiyyatına alınmış qeyri-dövlət arxivlərinin və arxiv 

sənədlərinin, eləcə  də  sənəd kolleksiyalarının mülkiyyətçiləri öz arxivlərini mühafizə, bərpa və  sənədlərin surət-

lərinin çıxarılması üçün dövlət arxivlərinə verə bilərlər. 

M a d d ə   2 0 .  Arxiv işində ictimaiyyətin iştirakı 

Dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları, vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, 

o cümlədən xarici ölkələrin vətəndaşları olan azərbaycanlılar arxiv fondlarının zənginləşdirilməsi, arxiv xidmətinin 

təkmilləşdirilməsi və arxiv işi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edə bilərlər. 

 

V   f ə s i l  

YEKUN MÜDDƏALARI 

M a d d ə   2 1 .  Beynəlxalq əməkdaşlıq 

Dövlət arxiv xidməti müəssisələri, dövlət və qeyri-dövlət arxiv fondu sənədlərinin sahibləri olan hüquqi və fizi-

ki şəxslər beynəlxalq arxiv təşkilatlarına daxil olmaq, beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirak etmək, 

beynəlxalq əlaqələr yaratmaq hüququna malikdirlər. 

M a d d ə   2 2

.

 Milli arxiv fondu sənədlərinin xaricə müvəqqəti aparılması 

Milli arxiv fondu sənədlərinin orijinal və ya onları əvəz edən nüsxələrinin xaricə aparılması qadağandır. 

Beynəlxalq  əməkdaşlıq məqsədi ilə  sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması müvafiq icra 

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

M a d d ə   2 3

.

 Bu Qanunun pozulmasına görə məsuliyyət 

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq məsuliyyət daşıyırlar. 



 

HEYDƏR ƏLİYEV, 

Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 22 iyun 1999-cu il 

                               № 694-IQ 

 

 

29                  

Ekoloji təhlükəsizlik haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

M a d d ə   1 .  Əsas anlayışlar 

Ekoloji təhlükəsizlik – insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii 

təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi. 

Ekoloji təhlükə – insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəti-

cəsində təhlükə yaradan vəziyyət. 

Təhlükəli ekoloji vəziyyət – antropogen və  təbii təsirlər, o cümlədən fəlakət və  qəzalar nəticəsində  ətraf 

mühitin dağılma təhlükəsi ilə  və ya vəziyyətində  mənfi dəyişiklərlə  səciyyələnən və bu səbəbdən insanın və 

cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət. 

Fövqəladə ekoloji vəziyyət – insanların həyat və sağlamlığının, habelə  ətraf mühitin qorunması  məqsədilə 

zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət. 

Ekoloji fəlakət – insanların həyatı  və  fəaliyyəti  şəraitində sahəsində  və  ətraf mühitdə dönməz dəyişiklərlə 

səciyyələnən fövqəladə ekoloji vəziyyət. 

Ekoloji təhlükəsizliyin təmin edilməsi – təhlükəli ekoloji vəziyyətlərin yaranması  və inkişafının qarşısının 

alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə  təsir göstərə biləcək nəticələrin aradan qaldırılması 

üzrə tədbirlər sistemi. 




Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə