“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014 –2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359
nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət
Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında
nəzərdə
tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2016-cı il.
Azərbaycan Respublikası
Prezidentinin
2016-cı il 20 sentyabr tarixli
Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair
Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün
Dövlət Proqramı
1. GİRİŞ
Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və məqsədyönlü
siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə
edilmişdir.
Aparıcı
beynəlxalq
qurumların
hesablamalarına
əsasən,
respublikamızın iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə dünya ölkələri
arasında 40-cı yerədək yüksəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin
olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının
zəruriliyini müəyyən etmişdir. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas
vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya
cəmiyyətinin inkişaf etdirilməsidir.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı,
informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra - İKT) sürətli
inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi
ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-
2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda,
biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi
nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq
edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları
yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə
genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə
edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və
4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki “Azerspace-1”
və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da
Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr
hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr
həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil
edilmişdir.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində
görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin
ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan
dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya
texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı
indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.
Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam
etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət
idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın
İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da
genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında
informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli
Strategiya” (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdir.
Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın
həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” (bundan
sonra - Dövlət Proqramı) hazırlanmışdır. Dövlət Proqramında Milli Strategiya
ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə
tutulmuşdur. Milli Strategiyanın “elektron hökumət”in inkişafı” istiqamətinin
yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata
keçiriləcəkdir.
Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji
yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət
prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli
istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin
həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb
olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların
reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.
2. Dövlət Proqramının məqsəd və vəzifələri
2.1.
Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya
cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və
vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.
2.2.
Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
2.2.1.
İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla
inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara
çıxış imkanlarının təmin olunması;
2.2.2.
ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi,
beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin
təmin edilməsi;
2.2.3.
rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun
inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və
onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların
stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və
texnoloji transferin təmin olunması;
2.2.4.
yüksək
texnologiyalar
sahəsində
elmi-texniki
potensialın
gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların, biotexnologiyaların
inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin
tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması;
2.2.5.
informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə
sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun
səmərəli təmin edilməsi və qorunması;
2.2.6.
yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və
ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi fəaliyyətinin,
gənclərin yeni təşəbbüslərinin və “start-up” layihələrinin dəstəklənməsi;
2.2.7.
ölkədə
işçi
qüvvəsinin
keyfiyyətinin
yaxşılaşdırılması,
rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə təhsili
sistemində multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris
formalarının tətbiqinin genişləndirilməsi;
2.2.8.
cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının
genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara
inamın artırılması;
2.2.9.
informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi
hazırlığın və maarifləndirmənin yüksəldilməsi;
2.2.10.
milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların tətbiqi
ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və əhalinin ondan
istifadəsinin genişləndirilməsi;
2.2.11.
informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar–vətəndaş
tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli və
çoxtərəfli müstəvidə genişləndirilməsi.
3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı
3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı
mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
3.0.1. müəssisə və təşkilatların vəsaitləri;
3.0.2. kreditlər və qrantlar;
3.0.3. qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Gözlənilən nəticələr
4.0. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
4.0.1. ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf
etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan
tələbatı təmin olunacaq;
4.0.2. sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə
genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən
həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından
bəhrələnməsinə əlverişli şərait yaradılacaq;
4.0.3. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri
arasında “rəqəmli fərqlilik” azaldılacaq;
4.0.4
informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə
etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq;
4.0.5
ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit
informasiya xidmətləri genişləndiriləcək;
4.0.6.
ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun
payı artırılacaq;
4.0.7.
İKT sahəsinin sürətli inkişafında xarici və yerli investisiyaların, o
cümlədən vençur maliyyələşmənin payı artırılacaq;
4.0.8.
yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə
möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları,
biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə
elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək;
4.0.9.
yüksək
texnologiyalar,
o
cümlədən
İKT
sektorunda
rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial
gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların
yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək;
4.0.10.
yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi
kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq;
4.0.11.
təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə
genişləndiriləcək;
4.0.12.
vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi
artırılacaq;
4.0.13.
distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər
müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək;
4.0.14.
ölkənin informasiya məkanının təhlükəsizliyi qorunacaq, əhalinin,
özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və
məlumatlılıq səviyyəsi artırılacaq;
4.0.15.
milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı
artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf
etdiriləcək;
4.0.16.
ölkəmizdə informasiya cəmiyyətinin inkişafı üzrə əldə olunan
nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək.
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
Sıra
№-
si
Tədbirin adı
İcraçı təşkilatlar
İcra
müddəti
(illər
üzrə)
5.1.
İKT infrastrukturu və xidmətləri
5.1.1.
Telekommunikasiya və informasiya
infrastrukturunun əhalinin artan
tələbatına uyğun yeni texnologiyalar
əsasında inkişaf etdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.1.2.
Ölkə ərazisini əhatə edən
yüksəksürətli optik şəbəkəyə
əsaslanan genişzolaqlı internet
infrastrukturunun qurulması və onun
normativ hüquqi əsaslarının
yaradılmasına dair tədbirlərin
görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.1.3.
Müxtəlif müasir texnologiyaların
tətbiqi ilə son mil probleminin həllinə
dair tədbirlərin davam etdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.1.4.
“Trans-Avrasiya Super İnformasiya
Magistralı” (TASİM) layihəsinin
reallaşdırılmasına dair zəruri
tədbirlərin davam etdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Xarici İşlər Nazirliyi
2016-
2020
5.1.5.
Beynəlxalq internet magistrallarına
alternativ və yüksəksürətli
birləşmələrin təmin edilməsi və
internet tutumlarının həcminin
artırılması üzrə tədbirlərin görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2017-
2020
5.1.6.
Data mərkəz xidmətlərinin inkişaf
etdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial
2016-
2017
İnnovasiyalar üzrə Dövlət
Agentliyi
5.1.7.
Rəqəmli televiziya yayımına keçidin
başa çatdırılması və analoq yayımın
dayandırılması
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Milli Televiziya və Radio
Şurası
2016
5.1.8.
Respublikanın efir məkanının
təhlükəsizliyinin təmin edilməsi
məqsədi ilə yeni texnologiyaların
tətbiqi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.1.9.
Peyk infrastrukturunun və
xidmətlərinin inkişaf etdirilməsi, bu
xidmətlərə keyfiyyətli çıxışın təmin
edilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.1.10.
İKT sahəsində xidmətlər bazarının
monitorinqinin aparılması, sağlam
rəqabət mühitinin inkişaf
etdirilməsinə dair təkliflər
hazırlanması və həyata keçirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi
2016-
2019
5.1.11.
Genişzolaqlı internet xidmətlərinin
universal xidmətlər siyahısına daxil
edilməsi ilə bağlı müvafiq təkliflərin
hazırlanması və həyata keçirilməsi
üçün tədbirlərin görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2017-
2018
5.2.
Yüksək texnologiyalar sektorunun inkişafı
5.2.1.
Yüksəkixtisaslı beynəlxalq
ekspertlərin cəlb olunması ilə
yüksək texnologiyalar sahəsində
innovativ və elmi-texniki
fəaliyyətin normativ hüquqi
bazasının təkmilləşdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Milli Elmlər
Akademiyası
2016-
2020
5.2.2.
Yüksək texnologiyalar sahəsində
patent alınması və elmi tədqiqatların
nəticələrinin
kommersiyalaşdırılması
mexanizmlərinin
təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması və həyata keçirilməsi
üçün tədbirlərin görülməsi
Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət
Komitəsi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Müəllif Hüquqları Agentliyi,
Azərbaycan Milli Elmlər
Akademiyası
2016-
2019
5.2.3.
Qlobal rəqəmli şəbəkədə əqli
mülkiyyət hüquqları ilə qorunan
obyektlərdən istifadə edilməsinə
“one-stop-shop” formatında və
onlayn qaydada icazə verilməsinə
əsaslanan rəqəmli hüquqları
idarəetmə sisteminin yaradılması
Müəllif Hüquqları Agentliyi
2016-
2017
5.2.4.
Elmtutumlu və yüksək texnoloji
məhsulların yeni milli təsnifatının
hazırlanması və tətbiqi üçün
tədbirlərin görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Dövlət
Statistika Komitəsi,
Azərbaycan Milli Elmlər
Akademiyası
2016-
2017
5.2.5.
İKT sahəsində innovativ
sahibkarlığın inkişaf etdirilməsi,
elmtutumlu və yüksək texnoloji
məhsulların yaradılması və tətbiqi
layihələrinə dəstək göstərilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Energetika Nazirliyi,
Azərbaycan Milli Elmlər
Akademiyası
2016-
2020
5.2.6.
Yüksək texnologiyalar sahəsində
fəaliyyət göstərən şirkətlərin məhsul
və xidmətlərinin tanıdılması
məqsədi ilə həmin şirkətlərin
Azərbaycan Respublikasında və
xaricdə təşkil olunan biznes forum
və sərgilərə cəlb olunması
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Xarici
İşlər Nazirliyi
2016-
2020
5.2.7.
Yüksək texnologiyalar sahəsində
fəaliyyət göstərən şirkətlərin ixrac
fəaliyyətinin dəstəklənməsi üçün bu
sahədə bilik və bacarıqların
artırılması üzrə təlim kurslarının
təşkil edilməsi
İqtisadiyyat Nazirliyi, Rabitə
və Yüksək Texnologiyalar
Nazirliyi, Xarici İşlər
Nazirliyi
2016-
2020
5.2.8.
Yüksək texnologiya məhsulları
bazarının inkişaf etdirilməsinə dair
təkliflərin hazırlanması və həyata
keçirilməsi üçün tədbirlər görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Təhsil
Nazirliyi, Müəllif Hüquqları
Agentliyi
2016-
2020
5.2.9.
İnternet şəbəkəsi vasitəsilə həyata
keçirilən biznes münasibətləri üzrə
qanunvericiliyin təkmilləşdirilməsi
və internet biznes fəaliyyətinin
təşviqinə dair tədbirlərin görülməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
İqtisadiyyat Nazirliyi
2016-
2020
5.2.10.
Yüksək texnologiyalar sahəsində
innovativ təşəbbüslərə (“start-
up”lara) dəstək verilməsi,
müsabiqələrin, təbliğat tədbirlərinin,
seminar və təlimlərin keçirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.3.
Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi
5.3.1.
Yüksək texnologiyalara dair elmi
tədqiqat işlərinin reyestrinin
yaradılması
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Təhsil Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Ali
Attestasiya Komissiyası,
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin
İnkişafı Fondu
2016-
2017
5.3.2.
Yüksək texnologiyalar sahəsində
dövlət, elm, təhsil, biznes və
vətəndaş cəmiyyəti əlaqələrinin
gücləndirilməsi üçün forumlar,
konfranslar, dəyirmi masalar və
digər tədbirlər keçirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil Nazirliyi,
İqtisadiyyat Nazirliyi,
Energetika Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin
İnkişafı Fondu
2016-
2020
5.3.3.
Xaricdə yüksək texnologiyalar
sahəsində çalışan azərbaycanlı alim
və mütəxəssislərlə əməkdaşlığın
genişləndirilməsi, birgə tədqiqat və
proqramların həyata keçirilməsi
üçün tədbirlərin görülməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Təhsil Nazirliyi,
Xarici İşlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət
Komitəsi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu
2016-
2020
5.4.
İKT - cəmiyyətin inkişaf amili kimi
5.4.1.
E-təhsil
5.4.1.1.
Genişzolaqlı internetə qoşulan təhsil Təhsil Nazirliyi, Rabitə və
2016-
müəssisələrinin sayının artırılması
Yüksək Texnologiyalar
Nazirliyi
2020
5.4.1.2.
“İnformatika” fənni üzrə
yüksəkixtisaslı pedaqoji kadrların
hazırlanması və onların peşəkarlıq
səviyyəsinin daim artırılmasına dair
tədbirlərin həyata keçirilməsi
Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası
2016-
2020
5.4.1.3.
Təhsilin bütün pillələri üçün
informatikanın vahidlilik və
davamlılıq prinsipi əsasında
tədrisinin təşkili üzrə təkliflərin
hazırlanması və həyata keçirilməsi
Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası
2016-
2018
5.4.2.
E-səhiyyə
5.4.2.1.
Tibb müəssisələrinin genişzolaqlı
internetə qoşulmasının təmin
olunması üçün tədbirlərin görülməsi
və Milli Səhiyyə şəbəkəsinin
yaradılmasına dair təkliflər
hazırlanması
Səhiyyə Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi
2016-
2020
5.4.2.2.
Ümumi istifadə üçün tibbi
resursların yaradılması
Səhiyyə Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2016-
2020
5.4.2.3.
Telesəhiyyə xidmətlərinin tətbiqinin
genişləndirilməsinə dair tədbirlərin
görülməsi
Səhiyyə Nazirliyi, Xüsusi
Dövlət Mühafizə Xidməti
2016 -
2020
5.4.2.4.
Tibb işçilərinin İKT biliklərinin
artırılmasına dair təkliflərin
hazırlanması və həyata keçirilməsi
üçün tədbirlərin görülməsi
Səhiyyə Nazirliyi
2016-
2020
5.4.3.
E-vətəndaş
5.4.3.1.
Əhalinin, o cümlədən məhdud fiziki
imkanlı şəxslərin İKT həlləri üzrə
bilik və bacarıqlarının artırılması
üçün təlimlərin, kursların təşkili
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi
mütəmadi
Nazirliyi
5.4.3.2.
İKT-nin cəmiyyətdə
kütləviləşdirilməsi üçün müxtəlif
konfransların, forumların,
seminarların, dəyirmi masaların,
sərgilərin keçirilməsi, KİV
vasitəsilə təbliğat-təşviqat işlərinin
aparılması
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Azərbaycan
Milli Elmlər Akademiyası,
mütəmadi
5.4.3.3.
Gənclərin İKT biliklərinə
yiyələnməsinin stimullaşdırılması
üçün müsabiqə, viktorina,
olimpiada və digər həvəsləndirici
tədbirlərin keçirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
mütəmadi
5.4.3.4.
Kiçik və orta sahibkarlar tərəfindən
İKT həllərinin tətbiqinin
genişləndirilməsi üçün
maarifləndirici və təşviqedici
tədbirlərin görülməsi
İqtisadiyyat Nazirliyi,
Vergilər Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi
2016-
2020
5.4.3.5.
Teleiş üzrə dünya təcrübəsinin
öyrənilməsi və onun tətbiqi
mexanizmləri ilə bağlı təkliflərin
hazırlanması
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi
2016 -
2017
5.4.3.6.
“ASAN 2.0” Konsepsiyasının
tətbiqi ilə xidmətlər göstərilməsində
innovativ texnologiyalardan
istifadənin genişləndirilməsi
Azərbaycan Respublikasının
Prezidenti yanında
Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2016-
2020
5.4.3.7.
Genişzolaqlı internetə qoşulan
gənclər evlərinin və olimpiya
mərkəzlərinin sayının artırılması
Gənclər və İdman Nazirliyi
2016-
2020
5.5.
Kadr hazırlığı
5.5.1.
İKT sahəsində beynəlxalq
sertifikatların əldə edilməsi
imkanlarının genişləndirilməsi üçün
tədbirlərin görülməsi
Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası
2016-
2020
5.5.2.
Ali təhsil müəssisələrində İKT
sahəsində fəaliyyət göstərən
tanınmış xarici və yerli şirkətlərin
tədris və təcrübə laboratoriyalarının
yaradılmasının genişləndirilməsinə
dair tədbirlər görülməsi
Təhsil Nazirliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
2016-
2020
5.5.3.
İKT ixtisasları üzrə təhsil alan
tələbələrin sahə üzrə aparıcı
şirkətlərdə və müəssisələrdə təcrübə
keçməsi imkanlarının
genişləndirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Təhsil Nazirliyi
2016-
2020
5.5.4.
İnformasiyanın kriptoqrafik və
texniki mühafizəsi, xüsusi
telekommunikasiya sistemləri və
şəbəkələri ixtisasları üzrə
mütəxəssis hazırlığının təşkili
Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi, Təhsil
Nazirliyi
2016-
2017
5.5.5.
Yüksək texnologiyalar sahəsində
ixtisasların təbliğinə dair
maarifləndirmə işlərinin aparılması,
ümumtəhsil məktəblərinin yuxarı
sinif şagirdləri üçün “açıq qapı”
günlərinin keçirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Təhsil Nazirliyi
2016-
2020
5.6.
İnformasiya təhlükəsizliyinin təmin edilməsi
5.6.1.
Beynəlxalq təcrübə əsasında
kibertəhlükəsizlik üzrə normativ
hüquqi aktların təkmilləşdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Dövlət Təhlükəsizliyi
Xidməti, Xüsusi Dövlət
Mühafizə Xidmətinin Xüsusi
Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət
Agentliyi, Müdafiə Nazirliyi
2016-
2020
5.6.2.
Dövlət orqanlarının internet
informasiya resurslarının və
informasiya sistemlərinin
təhlükəsizlik parametrləri üzrə
monitorinqinin həyata keçirilməsi
Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi
mütəmadi
5.6.3.
“Elektron hökumət”
infrastrukturunun əsas
komponentlərinin təhlükəsizliyinin
Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
mütəmadi
təmin edilməsi üçün tədbirlər həyata
keçirilməsi
Dövlət Agentliyi, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi
5.6.4.
İnformasiya təhlükəsizliyi sahəsində
digər ölkələrdəki analoji
strukturlarla və beynəlxalq
təşkilatlarla əməkdaşlığın qurulması
və inkişaf etdirilməsi
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi,
Xüsusi Dövlət Mühafizə
Xidmətinin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi, Dövlət
Təhlükəsizliyi Xidməti,
Müdafiə Nazirliyi, Xarici İşlər
Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2016-
2020
5.7.
Milli kontentin inkişaf etdirilməsi
5.7.1.
Qlobal informasiya məkanında
Azərbaycan Respublikası ilə
əlaqədar məlumatların
genişləndirilməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil
Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi, Xarici İşlər
Nazirliyi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2016-
2020
5.7.2.
Azərbaycan həqiqətlərinin virtual
məkanda təbliği və yayılmasının
genişləndirilməsi üzrə tədbirlər
görülməsi
Azərbaycan Milli Elmlər
Akademiyası, Rabitə və
Yüksək Texnologiyalar
Nazirliyi, Xarici İşlər
Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Diasporla İş üzrə
Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2016-
2020
5.7.3.
Yerli xalqların və milli azlıqların
adət-ənənələrinin qorunmasına dair
müxtəlif elektron informasiya
resurslarının yaradılması
Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik
2016-
2020
Fondu və yerli icra
hakimiyyəti orqanları
5.7.4.
Onlayn medianın inkişaf etdirilməsi
üçün tədbirlər görülməsi
Mətbuat Şurası, Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu, Rabitə
və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası
2016-
2020
Dostları ilə paylaş: |