Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   42   43   44   45   46   47   48   49   ...   88

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 310. 
Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə 
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin 
mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni 
mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai 
işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq) 
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə 
əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq 
və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, 
şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti 
istəməsi və ya alması – 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 
3.11.3.2. təkrar törədildikdə; 
311.3.3. külli miqdarda törədildikdə
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə— 
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Qeyd: 
Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, 
beş min manatdan artıq olan məbləğ başa 
düşülür. 
Ma d d ə 3 1 2. Rüşvət vermə (aktiv rüşvətxorluq) 


312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər 
hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində 
vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya 
vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi – 
min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona 
rüşvət vermə və ya təkrar rüşvət vermə— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə 
haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. 
M a d d ə 3 1 2 ‐ 1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə 
(nüfuz alveri) 
312‐1.1.  Şəxs  tərəfindən  öz  həqiqi  və  ya  güman  edilən təsir  imkanlarından  istifadə 
edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər 
üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması‐
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  əmlakı  müsadirə 
olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. 
312‐1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli 
şəxsin qərarına qanunsuz təsir etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin 
verilməsi  ‐ min  manatdan  iki  min  manatadək  miqdarda  cərimə  və  ya  əmlakı  müsadirə 
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 313. 
Vəzifə saxtakarlığı 
Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya 
yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına 
bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya 
resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah 
və ya sair şəxsi niyyətlərlə törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 


Maddə 314. 
Səhlənkarlıq 
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz 
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya 
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla 
qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və 
ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 314-1. 
Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan 
edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə 
Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi 
qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin 
mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə  314‐2.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  torpaq 
sahələri  ayırma,  tikinti  və  ya  quraşdırma  işlərinin  aparılmasına  icazə 
vermə 
314‐2.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ‐
bir  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐2.2.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən  magistral  boru  kəmərlərinin,  gərginliyi  1000  voltdan  çox  olan  elektrik 
şəbəkələrinin,  metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su  təchizatı 
və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və 
ya  suların  mühafizə  zonalarında  torpaq  sahələri  ayırma,  tikinti  və  ya  quraşdırma  işlərinin 
aparılmasına icazə vermə ‐
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  dörd  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐2.3. Bu Məcəllənin 314‐2.1 və 314‐2.2‐ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır 
nəticələrə səbəb olduqda ‐


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə