Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Maddə  314‐3.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydaları  pozmaqla  aparılan 
tikinti işlərinin qarşısının alınmaması 
314‐3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması 
nəticəsində  bu  Məcəllənin  222.1‐ci,  222‐1.1‐ci  və  222‐2.1‐ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllərin qarşısının alınmaması ‐
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐3.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az 
ağır zərərin vurulmasına səbəb olduqda ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐3.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
34-cü fəsil 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 315. 
Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq 
etmə 
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq 
etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və 
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə 
hədələmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün 
təhlükəli olan zor tətbiq etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 316. 
Cinayət_prosesində_iştirak_edən_şəxslər_barəsində_tətbiq_edilən_təhlükəsizlik_tədbirləri_haqqında_məlumatları_yayma'>Cinayət  prosesində  iştirak  edən  şəxslər  barəsində  tətbiq  edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma 
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, 
qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun 
nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət 
işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, 
tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik 
tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona 
etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları 
yayma 
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz 
toplama, yaxud qəsdən yayma –  
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai 
işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda – 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın 
qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər 
hansı məlumat başa düşülür. 
Maddə  316‐2.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı həyata  keçirilən 
tədbirlər haqqında məlumatları yayma 
316‐2.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  qarşı həyata  keçirilən tədbirlər  haqqında  şəxsə  qulluq  mövqeyi  ilə 
əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar 
istisna olmaqla yayılması ‐


min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
316‐2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında 
şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla 
nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması ‐
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 317. 
Cəzaçəkmə  müəssisələrinin  və  ya  istintaq  təcridxanalırının  normal 
fəaliyyətini pozma 
317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə 
məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə 
görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və 
sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə 
törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  317‐1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
317‐1.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq təcridxanalarında  saxlanılan  şəxslərə 
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi 
və ya ötürülməsi ‐
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317‐1.2.  Eyni  əməllər  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə