Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin 
nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona 
qarşı zor tətbiq etməklə əlaqədar olduqda— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.2. Eyni əməllər: 
332.2.1. təkrar törədildikdə; 
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
332.2.4. silah tətbiq etməklə törədildikdə; 
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır 
nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 333. 
Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət 
yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında 
gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, 
eyni əməllər altı ay ərzində təkrar törədildikdə— 
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən 
özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq, 
lakin bir aydan çox olmayaraq törədildikdə— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan 
hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini 
özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on 
gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin 
üç gündən çox olduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan 
artıq, lakin üç aydan çox olmayaraq törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi— 


bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs 
cinayət məsuliyyətindən azad edilə bilər. 
Maddə 334. 
Fərarilik 
334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və 
ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud 
müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya 
xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri 
oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən 
fərarilik etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət 
məsuliyyətindən azad edilə bilər. 
Maddə 335. 
Öz  sağlamlığına  zərər  vurmaqla  və  ya  sair  üsulla  hərbi  xidmətdən  boyun 
qaçırma 
335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, 
sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə 
hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi— 
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 336. 
Qarovul xidmətinin nizamnamə qaydalarını pozma 
Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin 
nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 337. 
Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma 


Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs 
tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan 
şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə 
səbəb olduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 338. 
Döyüş növbəsi çəkmə qaydalarını pozma 
338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması 
üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə 
qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli 
hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır 
nəticələrə səbəb olduqda — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 339 . 
Sərhəd xidməti qaydalarını pozma 
339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair 
vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər 
dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır 
nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 340.
 İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə 
xidmət qaydalarını pozma 
340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi 
dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq 
və qanuni mənafelərinə zərər vurduqda— 
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində 
törədildikdə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə