Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş ildən 
on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 352. 
Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma 
352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır 
nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 353. 
Hərbi gəmiləri idarəetmə qaydalarını pozma 
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya 
ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq 
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 251
ilə təsdiq edilmişdir. 
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar 
1.  
26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan 
Respublikası  Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə 
minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 5, maddə 323) 
2.  
26 dekabr 2000-ci il tarixli 48-IIQ nömrəli “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının 
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 12, maddə 835) 
3.  
26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar 
Məcəllələrinə əlavələr və  dəyişikliklər  edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 24) 
4.  
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) 
5.  
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9) 
6.  
19 aprel 2002-ci il tarixli 305-II QD nömrəli "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 
əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik 
toplusu, 2002-ci il, № 5, maddə 236) 
7.  
14 may 2002-ci il tarixli 321-IIQD nömrəli "Şəhərsalmanın  əsasları haqqında" Azərbaycan Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına  əlavələr və  dəyişikliklər 
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik 
toplusu, 2002-ci il, № 5, maddə 248) 
8.  
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında 
Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" Azərbaycan Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan Respublikasının 
qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 258) 


9.  
16 aprel 2002-ci il tarixli 302-IIQD nömrəli "Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və 
onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və 
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan Respublikasının 
qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 326) 
10.  
2 iyul 2002-ci il tarixli 360-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə 465) 
11.  
20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 
müdafiəsi üzrə komissiyalar haqqında”  Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası 
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və 
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının 
qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 276) 
12.  
20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının 
pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının 
qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 279) 
13.  
20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 425) 
14.  
7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 676) 
15.  
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq 
edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər 
edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi 
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004­
cü il, № 1, maddə 10) 
16.  
5 mart 2004-cü il tarixli 599-IIQD nömrəli “Azərbaycan folkloru nümunələrinin Hüquqi qorunması 
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının  İnzibati 
Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi 
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü 
il, № 4, maddə 200) 
17.  
4 may 2004-cü il tarixli 646-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarına  əlavələr və 
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının 
qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 321) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə