Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   53   54   55   56   57   58   59   60   ...   88

44.2.  Cərimə  törədilmiş  cinayətin  ağırlığı və  məhkumun  əmlak  vəziyyəti  nəzərə  alınmaqla 
Azərbaycan_Respublikasının_Qanunvericilik_Toplusu,_2008‐ci_il,_№7,_maddə_602'>Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş şərti maliyyə vahidi məbləğinin on 
min mislinədək miqdarda müəyyən olunur. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 44.4-cü maddədə "ödəməkdən" sözündən sonra "qəsdən" sözü əlavə 
edilmişdir. 
13 iyun 2008‐ci il tarixli 648‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №7,  maddə  602)  ilə  47.4.1‐ci  maddəsində 
“əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud uşaqlara” sözləri əlavə edilmişdir. 
KM2 
Azərbaycan Respublikası Konstitusiyasının 109‐cu maddəsinin 23, 24, 32‐ci bəndlərini və 
113‐cü  maddəsini  nəzərə  alaraq,  Azərbaycan  Respublikası  Cinayət Məcəlləsinin  48‐ci  maddəsinin 
müddəaları yalnız ali hərbi və ya ali xüsusi rütbəyə, fəxri ada və dövlət təltifinə şamil edildiyi halda, 
Konstitusiyanın 63 və 125‐ci maddələrinə uyğun hesab edilsin. 
Konstitusiya  Məhkəməsinin  bu  qərardakı  hüquqi  mövqeyinə  əsasən 
Azərbaycan  Respublikasının  Cinayət Məcəlləsində  məhkəmə  tərəfindən  əlavə  cəza 
kimi digər hərbi və ya xüsusi rütbədən məhrumetmə qaydasının müəyyən olunması 
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. 
7  aprel  2006‐cı  il  tarixli  92‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu(Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 5, maddə 390
ilə aşağıdakı əlavələr və dəyişikliklər edilmişdir 
1.51.  1‐ci  maddədə  ʺvasitələrin,ʺ  sözündən  sonra  ʺcinayətin  predmetlərinin,ʺ 
sözləri əlavə edilmişdir. 
2. 
Aşağıdakı 
məzmunda 
51.3‐cü 
maddə 
əlavə 
edilmişdir 
Əvvəlki  redaksiyada  51.3  maddəsi  2  iyul  2001‐ci  il  tarixli  “172‐IIQD  nömrəli  qanun 
vasitəsilə çıxarılmışdır. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 52.1-ci maddədən  "ağır və ya xüsusilə  ağır" sözləri çıxarılmışdır. 
Əvvəlki redaksiyada deyilirdi: 


52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma  əcnəbilərə, 
onlar ağır və ya xüsusilə  ağır cinayət törətdiklərinə görə  təyin olunmuş əsas cəza növünü 
çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla 
tətbiq edilə bilər. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 53.2.1-ci maddədə "azadlıqdan məhrum etməyə məhkum olunmuş" 
sözləri "məhkum edilən" sözləri ilə əvəz edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 53.2.2-ci maddədə "azadlıqdan məhrum etməyə məhkum olunmuş" 
sözləri "məhkum edilən" sözləri ilə əvəz edilmişdir. 
1 oktyabr 2007‐ci il tarixli 424‐IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2007‐ci  il,  №  11,  maddə 
1049) ilə 53.5‐ci maddədə “uşağı olan qadınlara,” sözlərindən sonra “səkkiz yaşına 
çatmamış uşağını təkbaşına böyüdən kişilərə,” sözləri əlavə edilmişdir. 
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, 
№ 1, maddə 9) ilə 55.1-ci maddədə "koloniya-məntəqəyə" sözləri "məntəqə tipli" sözləri 
ilə, "islah koloniyasına" sözləri "cəzaçəkmə müəssisəsinə" sözləri ilə, "koloniyalarında" 
sözü "müəssisələrində” sözü ilə əvəz edilmişdir. 
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına  əlavələr və  dəyişikliklər edilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, 
№ 7, maddə 455) ilə 56.1.3-cü maddədə "yəni əvvəllər azadlıqdan məhrum etmə növündə 
cəza çəkmiş  şəxslər üçün" sözləri  "əgər məhkum  əvvəllər azadlıqdan məhrum etmə 
növündə cəza çəkmişsə" sözləri ilə əvəz edilmişdir. 
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə 
mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" 
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə