156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin,
video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya
başqasına verilməsi qanunsuz toplanılması—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 157.
Mənzil toxunulmazlığını pozma
157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə
yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və
ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 158.
Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma
158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi
şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli
şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 159.
Seçki_(referendumda_iştirak)_hüquqlarının_həyata_keçirilməsinə_maneolma'>Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün
imza yığılmasına maneolma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə
maneolma -
üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə
törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 159-1.
Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma
159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum)
kampaniyalarına müdaxilə etmə və ya onu pozma -
iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qirx saatadək
ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 160.
Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir
göstərmə
160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya
seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə
etmə –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
160.2. Eyni hərəkətlər:
160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;
160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri
düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin
saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün
hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya
səsvermənin gizliliyinin pozulması -
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim
edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq
seçki bülletenlərinin qoyulması üçün zərfin açılması –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə
cəzalandırılır.
Maddə 167-1. Dinə etiqad etməyə məcbur etmə
167‐1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini
ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak
etməyə, habelə dini təhsil almağa məcbur etmə ‐
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167‐1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv
olduğu dini qurumdan çıxmasına mane olma ‐
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.
167‐1.3. Bu məcəllənin 167‐1.1 və ya 167‐1.2‐ci maddələrində nəzərdə tutulmuş
əməllər:
Dostları ilə paylaş: |