Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
Maddə 168. 
Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə 
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu 
fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya 
formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla 
müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik 
etmə və ya belə qrupda iştirak etmə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə 
yetkinlik yaşına çatmayanları cəlb etmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 169. 
Toplantıları keçirmə qaydasını pozma 
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə 
toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli 
pozulmasına səbəb olduqda — 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və 
ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
169.2. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq 
silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün 
təhlükə törədən sair maddə və əşyaları gəzdirmə — 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
22-ci fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ 
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 170. 
Yetkinlik_yaşına_çatmayanı_cinayətkar_fəaliyyətə_cəlb_etmə'>Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 
170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər 
vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs 
tərəfindən törədildikdə— 


üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq 
etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı 
cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 171. 
Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə 
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə— 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
171.2. Eyni əməllər: 
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə; 
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 172. 
Özgənin uşağını dəyişdirmə 
Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs 
tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə— 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 173. (Çıxarılıb) 
Maddə 174. 
Qanunsuz olaraq övladlığa götürmə 
Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə 
olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə— 
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 175. 
Övladlığa götürmə sirrini yayma 
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri 
kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq 
niyyətlə yayma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək 
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 176. 
Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma 
176.1. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan 
uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların 
saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq 
boyun qaçırma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan 
valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən 
qərəzli olaraq boyun qaçırma— 
beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
DOQQUZUNCU BÖLMƏ 
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR 
23-cü fəsil 
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 177. 
Oğurluq 
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — 
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx 
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
177.2. Eyni əməllər: 
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
177.2.2. təkrar törədildikdə; 
177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil 
olmaqla törədildikdə; 
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və 
ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
177.3. Eyni əməllər: 
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə