Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə 
ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 148. 
Təhqir 
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya 
vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — 
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə 
ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
20-ci fəsil 
ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
Maddə 149. 
Zorlama 
149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya 
belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə 
etməklə onunla cinsi əlaqədə olma— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.2. Eyni əməllər: 
149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə; 
149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma 
hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə; 
149.2.5. təkrar törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
149.3. Eyni əməllər: 
149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda
149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına 
və ya digər ağır nəticələrə səbəb olduqda
149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində 
törədildikdə— 


səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 150. 
Seksual_xarakterli_zorakılıq_hərəkətləri'>Seksual xarakterli zorakılıq hərəkətləri 
150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə 
hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya 
seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.2. Eyni əməllər: 
150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 
150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə; 
150.2.5. təkrar törədildikdə; 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
150.3. Eyni əməllər: 
150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda; 
150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına 
və ya digər ağır nəticələrə səbəb olduqda; 
150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində 
törədildikdə— 
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 151. 
Seksual xarakterli hərəkətlərə məcbur etmə 
Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş 
şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa 
və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 152. 
On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli 
digər hərəkətlər etmə 
Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə 
olma və ya seksual xarakterli başqa hərəkətlər etmə— 


üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
Maddə 153.
 Əxlaqsız hərəkətlər 
Təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız 
hərəkətlər törətmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
21-ci fəsil 
İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ 
OLAN CİNAYƏTLƏR 
Maddə 154. 
Bərabərlik hüququnu pozma 
154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 
digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə 
zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 155. 
Yazışma,  telefon  danışıqları,  poçt,  teleqraf  və  digər məlumatların  sirrini 
pozma 
Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır. 
Maddə 156.
 Şəxsi həyatın toxunulmazlığını pozma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə