Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə31/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
80 
25. Şıxəliyev Emin. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qərb və Türk si-
vilizasiyalarının və geosiyasi maraqların toqquşması müstəvisində // “Strateji təhlil”, 
2012, say: 5, s. 43-56.
26. Togan Zeki Velidi. Umumi Türk tarihine giriş. İstanbul: Enderun kitabevi, 1981‚ -539 s.
27. Uimz Səmyuel A. Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri. Bakı: OKA Ofset 
Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya şirkəti, 2004, -386 s.
28. Uğur Ali. Dünya gündemindeki İsrail. İstanbul: Burak yayınevi, 1998, -224 s.
29. Uras Esat. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul: Belge yayınları, 1987, 798 s.
30. Мнацаканян  А.Ш.  О  литературе  Кавказской  Албании.  Ереван:  Академия  Наук 
Армянской ССР, 1969, -220 с.
31. Улубабян  Б.А.  Очерки  историй  Восточного  края  Армении  (V—VII  вв.).  Ереван: 
Изд-во АН АрмССР, 1982.
32. Lowry Heath W. The U. S. Congress and Adolf Hitler on the Armenians // Institute of 
Turkish Studies, Washington D.C.: Pre-Print from: Political Communication and Persu-
asion, 1985, Volume: 3, Number: 2, p. 111-139.
33. http://www.doguturkistan.net/modules.php?name=AvantGo&file=print&sid=4741
34. http://www.1001kitap.com/Guncel/Tamer_Andrea_Bacinoglu/modern_alman_oryan-
talizmi/almanyaveermeni.html
Emin Shikhaliyev
The main directions of the Armenians’ “religion” strategy 
It  is  well  known  that  the  biggest  Armenian  ideal  either  as  a  state  or  a 
diaspora and a church is to realize the ideology of “Great Armenia”. In every 
opportunity Armenians claim that the territories which include Eastern Anadolu 
and  Caucasus  are  their  homeland.  They  use  religion  as  a  major  weapon  in 
order to justify their claims against the regional states. The strategy includes: 
to depict Armenians as “the first Christian community and the state” in the 
eyes of international community, “the enclave and inheritance of Christianity in 
Caucasus region” and “the first martyr nation of Christianity”.  Without doubt 
there are some secret plans behind this religious strategy. In this article the 
main directions of the Armenia’s religious strategy and its place in international 
politics is comprehensively analyzed and researched.
Эмин  Шихалиев
Основные направления “религиозной” стратегии армян 
Как общеизвестно, реализация политической концепции “Великая Ар-
мения” является приоритетом армян. Армяне при каждом удобном случае 
заявляют о том, что как будто бы ряд земель, включая Восточную Анато-
лию и Кавказ, являются их прародиной, историческими землями. Для ле-
гитимизации своих территориальных претензий в отношении государств 
региона и для оправдания совершенных ими деяний, армяне используют 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
81
религию как главнейшее оружие в своем арсенале. Основное содержа-
ние этой стратегии в следующем: создание в глазах мировой обществен-
ности образа первого христианского этноса и государства мира, символа 
“крепости” христианства на Кавказе, а также образа первого народа-му-
ченика в истории христианства. Несомненно, что под завесой “религиоз-
ной” стратегии скрываются определенные намерения. В статье со всеми 
подробностями  и  нюансами  были  изучены  направления  “религиозной” 
стратегии армян, а также роль и место этой стратегии в международных 
отношениях.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
82 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
83
QLOBAL VƏ MİLLİ  
İQTİSADİ SİSTEMLƏRİN 
AKTUAL MƏSƏLƏLƏRİ  


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
84 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
85
Açar sözlər:  modernizasiya, innovasiya, elm, bilik iqtisadiyyatı, R&D
Key words:  modernization, innovation, science, knowledge economy, R&D
Ключевые слова: модернизация, инновация, наука, экономика знаний, 
R & D
İqtisadi 
modernizasiyanın 
nəzəri-metodoloji 
əsasları
Vüsal 
Qasımlı
Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə 
müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
vusal.gasimli@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
86 
Modernləşdirilmə  nəzəriyyəsinin  yaradıcılarından  biri  sayılan  alman 
mütəfəkkiri M.Veber ilk dəfə modern kapitalist cəmiyyəti üçün rasionallaşdırma 
konsepsiyasını  hazırlamışdı  [26].  Öz  nəzəriyyəsində  modernizm  (modernism), 
modernləşdirilmə  (modernization)  və  çağdaşlıq  (modernity)  paradiqmalarını 
fərqləndirən  alman  mütəfəkkiri  M.Bermana  görə,  heç  nə  daimi  deyil,  hər  bir 
mövcudiyyət “əriməlidir” ki yeniləri yaransın [2, s.15]. M.Berman hesab edirdi ki, 
modernləşdirilmə davamlı bir proses kimi sosial həyatı əbədi olaraq dəyişir [3].
Klassik  modernləşdirilmə  nəzəriyyələri  əsasən  fərqləndirmə  (differentiati-
on)  və  rasionallaşdırma  (rationalization)  meyarları  üzərində  qurulub.  Klassik 
nəzəriyyəni tənqid edən N.Luhmann, N.J.Smelser, J.Habermas və V.Şluçter kimi 
alimlər bildirirdilər ki, fərqləndirməyə və rasionallaşdırmaya əks olan proseslər 
də (dedifferentiation and derationalization) modern cəmiyyətlər üçün xarakte-
rikdir [10; 19; 25, s.113-30; 23]. Beləliklə, bu iki əks proses də bəzi tədqiqatçılar 
tərəfindən modernizasiyanın tərkib hissəsi kimi qəbul edilir.  
Yarım  əsrdən  çoxdur  ki,  S.M.Lipsetin  modernizasiya  nəzəriyyəsi  müxtəlif 
elmi  mübahisələr  doğurmaqdadır.  Bu  nəzəriyyəyə  görə,  modernizasiya - 
sənayeləşmə və iqtisadi inkişaf pozitiv sosial və siyasi dəyişikliklərə aparıb çı-
xarır  [18, s.69-105]. Lakin müasir dövrdə Çində modernləşmə heç də siyasi 
islahatlarla müşayiət olunmur və ya XIX əsrdə Argentina ən yüksək iqtisadi in-
kişaf səviyyəsinə çatsa da, bu ölkənin siyasi həyatında ən yaddaqalan hadisələr 
siyasi islahatlar deyil, dövlət çevrilişləri oldu. Beləliklə, modernizasiyanın hər 
bir  ölkədə  özünəməxsus  şəkildə  baş  verməsi  S.M.Lipsetin  modernizasiya 
nəzəriyyəsi ilə  mübahisə etməyə  imkan verir.
S.M.Lipsetin modernizasiya nəzəriyyəsini ilk tənqid atəşinə tutanlardan biri 
S.P.Hantinqton oldu. S.P.Hantinqton modernizasiya nəzəriyyəsinin tərəfdarları 
ilə o məsələdə razılaşırdı ki, istisadi inkişaf dərin sosial dəyişikliklərə gətirib çı-
xarır. Lakin o, bu dəyişikliklərin heç də həmişə proqressiv və ziyansız olmadığını 
düşünürdü [12].
A.G.Frank,  F.H.Kardoso  və  F.Enzo  kimi  alimlər  isə  modernizasiya 
nəzəriyyəsinin  sosial  tərəflərinə  deyil,  iqtisadi  inkişafla  bağlı  hissəsinə  etiraz 
edirlər. Onlar belə bir fakt gətirirlər ki, qeyri-Qərb ölkələri beynəlxalq iqtisadi 
müstəvidə asılı vəziyyətdədirlər və inkişafdan geri qalıblar [5; 9]. 
A.Przevorski bildirmişdi ki, modernizasiya nəzəriyyəsində demokratiya və 
davamlılıq anlayışları düzgün müəyyənləşdirilməyib. Onun fikrincə, iqtisadi in-
kişaf davamlılığın təmin olunmasında həlledici olsa da, demokratiyanın inkişa-
fına töhfə verə bilməyib [20, s.155-183]. 
İllərlə müxtəlif həmkarları ilə tədqiqat aparan R.İnglehart dünya dəyərlər 
sorğusunun (World Values Survey) çox sayda göstəricilərini emal edərək belə 
bir qənaətə gəlmişdi ki, müxtəlif mədəni və davranış dəyişiklikləri iqtisadi in-
kişaf və siyasi  nəticələrə təsir baxımından əhəmiyyətlidir [13]. Bunun əksinə 
olaraq  D.Ruesçemeyer,  E.Stephens  və  J.Stephens  fikirləşirdilər  ki,  əsas  amil 
cəmiyyətdəki siniflərin güc balansının dəyişməsidir [22]. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə