Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə39/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   35   36   37   38   39   40   41   42   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
104 
İndi isə təhlili Azərbaycanın son məhsulunda 10 faizlik bir artımın tərəfdaş 
ölkələrdə  və  ümumilikdə  dünya  üzrə  ümumi  buraxılışın  həcmində  hansı 
dəyişikliyə səbəb olmasının müəyyən edilməsi ilə davam etdirək (bax: cədvəl 
7).  Bununla  Azərbaycanın  dünya  dövlətləri  ilə  qarşılıqlı  iqtisadi  əlaqələrdə 
rolunu təhlil etmiş oluruq. 
Cədvəl 7. Azərbaycanın son məhsulunun 10 faiz artmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın həcmindəki dəyişiklik 
(dollarla)
Cəmi dünyaya nisbətən 
faizlə
Azərbaycan 
8794233205,6
99,44185434
Türkiyə
5246122,1
0,059321159
Gürcüstan
3166536,7
0,035805996
Avstriya
2443803,7
0,027633605
Çin
5101823,6
0,057689486
Almaniya
3430378,0
0,038789414
İtaliya
1920830,7
0,021720025
Qazaxıstan
2349758,3
0,026570176
Rusiya
14251969,5
0,161155867
Ukrayna
4325105,4
0,048906652
Cəmi dünya üzrə
8843593338,2
100
Mənbə: Modeldən alınmış nəticələr
Azərbaycanın son tələbinin (məhsulunun) 10 faiz həcmdə artması dünyanın 
ümumi buraxılışının 8843593338,2 dollar artmasına səbəb olur ki, bunun da 
99.4%-i Azərbaycanın özündə, 0.16%-i Rusiyada, 0.059%-i Türkiyədə, 0.057%-i 
Çində, 0.049%-i Ukraynada, 0.039%-i Almaniyada, 0.036%-i Gürcüstanda və s. 
yaranır. Azərbaycanın son tələbindəki dəyişiklik özündən sonra ən çox Rusiyaya 
təsir  edir.  Bu  isə  Azərbaycanın  Rusiya  üçün  hələ  də  vacib  iqtisadi  tərəfdaş 
olmasını əsaslandırır. Qeyd edək ki, Rusiyanın son tələbinin (məhsulunun) 10 
faiz həcmdə artması dünyanın ümumi buraxılışının 136670215922350.0 dollar 
artmasına səbəb olur. Azərbaycanın ümumi buraxılışında yaranan artımın isə 
dünya üzrə yaranan artımda payı 0.064% təşkil edir.
Nəticə
Azərbaycan  iqtisadiyyatı  dünyada  baş  verəcək  hər  hansı  böhrandan  ən 
az təsirlənən iqtisadiyyatlardan biridir. Aparılan təhlillərdən belə bir qənaətə 
gəlinmişdir ki, dünya ölkələrinin əlavə dəyər normalarının artması nəticəsində 
qiymətlərin  səviyyəsi  region  ölkələrindən  ən  az  Azərbaycanda  artır.  Belə  ki, 
əgər  dünya  üzrə  əlavə  dəyər  norması  1%  artsa  (Azərbaycan,  Gürcüstan  və 
Ermənistanda  sabit  qalmaqla),  onda  Azərbaycanda  qiymətlərin  səviyyəsi 
0.008%, Gürcüstanda 0.032%, Ermənistanda isə 0.02% artar. Göründüyü kimi, 
əhalinin  həyat  tərzində  çox  önəmli  yerə  malik  olan  qiymətlərin  səviyyəsi 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
105
xarici  iqtisadi  əlaqələrdən  ən  az  Azərbaycanda  təsir  görür.  Bundan  başqa, 
Azərbaycanın  son  tələbinin  10%  artması  Ermənistanın  ümumi  buraxılışında 
0.000011%-lik artıma səbəb olur. Əksini nəzərdən keçirsək, Ermənistanın son 
tələbinin 10% artması Azərbaycanın ümumi buraxılışında, demək olar ki, heç 
bir dəyişikliyə səbəb olmur. Deməli, Ermənistan iqtisadiyyatı dolayı yollarla belə 
Azərbaycandakı iqtisadi artımdan nisbətən daha çox asılıdır. Eyni zamanda, bu 
ölkənin iqtisadiyyatı Azərbaycan iqtisadiyyatı ilə müqayisədə digər dövlətlərdə 
baş verən dəyişmələrə daha çox həssasdır.
İstifadə edilmiş ədəbiyyat:
1.  Həmzəağa Orucov, Yadulla Həsənli, Vilayət Vəliyev. Xətti cəbr və iqtisadi modellər. 
Bakı: Qafqaz Universiteti nəş., 2009.
2.  Həsənli Y. Azərbaycan iqtisadiyyatının sahələrarası əlaqələrinin modelləşdirilməsi. 
Bakı, 2011.
3.  Iris  Jensen.  The  Leontief  Open  Production  Model  or  Input-Output  Analysis.  
December  15,  2001  http://msemac.redwoods.edu/~darnold/math45/laproj/
Fall2001/Iris/lapaper.pdf 
4.  İmanov Q., Həsənli Y. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Bakı, 2001.
5.  Carl P. Simon, Lawrence Blume.  Mathematics for economists.
6.  Leontief,  Wassilly.  Environmental  Repercussions  and  the  Economic  Structure:  An 
Input-Output  Approach.  //  Review  of  Economics  and  Statistics  52,  No  3(Avqust 
1979) pp.262-271.
7.  Dünya bankının rəsmi internet saytı // http://datacatalog.worldbank.org/ 
8.  BMT-nin  “UNcomtrade”  elektron  statistik  məlumat  bazası  //  http://comtrade.
un.org/
Jeyhun Abbasov
Analyzing the regional economic position of 
Azerbaijan by using Input-Output table
Economic  relations  between  Azerbaijan  and  the  world’s  countries  have 
been  analyzed  by  input-output  table  in  this  research  work.  Ten  percent 
increase  of  the  final  demand  in  our  country  raises  the  gross  output  of  the 
world countries up to 8843593338,2 US dollars. The change in final demand 
of  Azerbaijan  raises  gross  output  up  to  14251969,5  US  dollars  in  Russia, 
5246122,1 US dollars in Turkey, 5101823,6 US dollars in China, 4325105,4 US 
dollars in Ukraine, 3430378,0 US dollars in Germany and so on. It is defined 
that one percent increase in ratio of gross value added of world’s countries 
raises the prices in Azerbaijan by 0.008%. It should be noted that this fact is 
more satisfactory in Azerbaijan than other region countries.  


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
106 
Джейхун Аббасов
Анализ региональной экономической  позиции  Азербайджана 
на основе модели межотраслевого баланса 
Экономические  отношения  Азербайджана  с  другими  государствами 
мира  были  проанализированы  в  таблице  межотраслевого  баланса. 
Повышение  конечного  спроса  в  нашей  стране  на  10%  приводит  к 
повышению  стоимости  валовой  продукции  в  мире  до  8843593338,2 
долларов.  Повышение  конечного  спроса  в  Азербайджане  приводит  к 
повышению  стоимости  валовой  продукции  до  14251969,5  долларов 
в  России,  5246122,1  долларов  в  Турции,  5101823,6  долларов  в  Китае, 
4325105,4 долларов в Украине, 3430378,0 долларов в Германии, и так далее. 
Было  определено,  что  один  процент  величения  валовой  добавленной 
стоимости в мировой экономике приводит к росту цен в Азербайджане 
на  0,008%.  Следует  отметить,  что  этот  показатель  является  наиболее 
удовлетворительным в Азербайджане, чем в других странах региона.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə