Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə40/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
107
Açar  sözlər:  dövlət  büdcəsi,  büdcə  xərcləri,  məqsədli  proqram  büdcəsi, 
səmərəlilik, nəticəlilik, Gəlir-Xərc Təhlili, Gəlir-Nəticəlilik Təhlili
Key  words:  state  budget,  budget  expenditures,  program  budgeting, 
effectiveness, efficiency, Cost-Benefit Analysis, Cost-Effectiveness Analysis
Ключевые  слова:  государственный  бюджет,  бюджетные  расходы, 
целевые  бюджетные  программы,  эффективность,  результативность, 
Анализ Выгоды-Затраты, Анализ Выгоды-Результативност
Dövlət büdcəsi 
xərclərinin 
səmərəliliyinin 
qiymətləndirilməsi
Zaur 
VƏLİYEV
Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji 
Araşdırmalar Mərkəzinin aparıcı 
elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru
zaur.veliyev@sam.gov.az


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
108 
Giriş
Həm  iqtisadi  nəzəriyyədə  və  həm  də  praktikada  iqtisadi  fəaliyyətin 
səmərəliliyinin  qiymətləndirilməsi  bütün  dövrlərdə  iqtisadçı  alimləri 
düşündürən aktual məsələlərdən biri olmuşdur. 2003-cü ildən hazırkı dövrədək 
xam neftin satışından böyük gəlirlər əldə etməyə başlayan Azərbaycan üçün 
dövlət  fondlarının  həcminin  böyüməsi  və  aktivlərin  artması  fonunda  dövlət 
büdcəsi xərclərinin səmərəliliyi xüsusilə əhəmiyyət kəsb edir. 
2003-2012-ci illərdə dövlət büdcəsinin xərclərinin həcmi orta hesabla hər 
il  35.7%  artmışdır.  Ayrı-ayrı  bölmələr  üzrə  götürdükdə  funksional  təsnifat 
üzrə ümumi dövlət xidmətləri 2012-ci ildə 2003-cü illə müqayisədə 7.6 dəfə, 
məhkəmə  hakimiyyəti,  hüquq-mühafizə  və  prokurorluq  7.7  dəfə,  təhsil  6.2 
dəfə, səhiyyə 11 dəfə, sosial müdafiə və sosial təminat 11 dəfə, mədəniyyət, 
incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən 
sahədə  fəaliyyət  7.7  dəfə,  mənzil  və  kommunal  təsərrüfatı  14.9  dəfə,  kənd 
təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 8.9 
dəfə, sənaye, tikinti və faydalı qazıntılar 56.1 dəfə, nəqliyyat və rabitə 1.9 dəfə 
artmışdır. Nəticədə hələ 1995-ci ildə 431 milyon manat olan dövlət büdcəsi 
2000-ci ildə 804 mln. manata, 2003-cü ildə 1234 mln. manata, 2012-ci ildə isə 
17 416 mln. manata çatmışdır. 
Büdcə  xərclərinin  həcminin  artması,  bir  tərəfdən,  dövlət  büdcəsindən 
maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının mərhələlərlə artı-
rılması, həmçinin onların orta aylıq əmək haqları ilə ölkədə mövcud olan orta 
aylıq  əmək  haqqı  arasındakı  fərqin  azalması  istiqamətində  tədbirləri  həyata 
keçirməklə ölkədə minimum əmək haqqı həddinin artırılması, sosial siyasətin 
ardıcıl  həyata  keçirilməsi  məqsədilə  yoxsulluğun  azaldılması  istiqamətində 
işlərin davam etdirilməsinə xidmət etmişdir. Digər tərəfdən, dövlət əsaslı vəsait 
qoyuluşunun həcmini artırmaqla, ölkənin daxili maliyyə ehtiyatlarının daha çox 
cəlbinə, regionlar üzrə inkişafa, sosial-mədəni və məişət təyinatlı obyektlərin 
tikintisinə və bərpasına yönəldilmişdir.
A.Nəzəri yanaşma
Faydalılıq nəzəriyyəsinin yaradıcıları olan Avstriya məktəbi belə hesab edir-
di  ki,  dəyər  hər  hansı  bir  xərclərlə  deyil,  yalnız  son  faydalılığın  səmərəsi  ilə 
ölçülə bilər. Bu faydalılıq insanın sərəncamında olan məhsulun kəmiyyəti art-
dıqca azalmağa doğru meyil edir. Avstriya məktəbinin banilərindən biri Bem-
Baverkin  iqtisadi  tədqiqatlarının  əsas  istiqamətlərindən  birini  “gözləmələr 
nəzəriyyəsi” təşkil edirdi [1]. Həmin nəzəriyyəyə görə, bütün sərvətlər iki yerə 
bölünür.  Bunlardan  birincisi  şəxsi  tələbatların  ödənilməsinə  xidmət  edən  is-
tehlak  nemətlərindən,  ikincisi  isə  istehsal  vasitələrinin  aid  edildiyi  istehsal 
sərvətlərindən ibarətdir. 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
109
Bem-Baverk  göstərirdi  ki,  istehsal 
nemətləri  öz  müstəqil  dəyərinə  malik 
deyillər,  belə  ki,  insan  tələbatını  bilavasitə 
ödəmirlər.  Bem-Baverk  onları  “gələcək 
sərvət” adlandırır, həmin sərvətlərin fayda-
sını isə “hazırkı sərvət” kimi çıxış edən isteh-
lak nemətlərinin faydası ilə müəyyən edirdi. 
O,  kapitalist  iqtisadiyyatı  şəraitində  hazırkı 
sərvətin  əldə  edilməsində  fəhlənin  aldığı 
əmək  haqqının  müstəsna  əhəmiyyətindən 
çıxış  edərək  onu  “hazırkı  sərvət”  kimi 
səciyyələndirirdi.  Bem-Baverkin  mənfəət 
və  faiz  haqqında  düşüncələri  də  bilavasitə 
onun “gözləmələr nəzəriyyəsi” ilə müəyyən edilir. “Kapital və mənfəət” əsərində 
sahibkarın mənfəət əldə etmək hüququ sübut edilirdi. Bem-Baverk göstərirdi 
ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırkı sərvətlərə daha çox 
üstünlük verirlər, belə ki, hazırkı dövrdə onların səmərəsi gələcək sərvətlərin 
səmərəsindən daha çoxdur.
Klassik  məktəbin  davamçısı,  görkəmli  iqtisadçı  Alfred  Marşall  iqtisadi 
fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün aşağıdakı göstəriciləri təklif 
etmişdir:
1.  “istehlakçı  artıqlığı”  –  fərdin  alınan  məhsula  (xidmətə,  işə)  görə  ödəmək 
istədiyi  maksimal  məbləğlə  bu  məhsulun  alınmasına  çəkdiyi  real  xərcin 
fərqi;
2.  “istehsalçı artıqlığı” – istehsalçının mənfəəti, yəni onun gəliri ilə məhsulun 
istehsalına çəkdiyi xərcləri arasında fərq; 
3.  “məcmu  istehlakçı  artıqlığı”  –  istehlakçı  artıqlığı  ilə  istehsalçı  artıqlığının 
məcmusu.
İctimai  nəzəriyyə  elmində  səmərəlilik  anlayışı  eyni  zamanda  italyan  alimi 
Paretonun  adı  ilə  bağlıdır.  Maksimum  ictimai  faydaya  nail  olunmasının  əsas 
meyarını Pareto resursların düzgün bölüşdürülməsində görürdü. Pareto opti-
mumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının 
rifah halının yaxşılaşmasını, ya da hamının rifah halını pisləndirməməklə heç 
olmasa bir nəfərin rifah halının yaxılaşdırmasını əks etdirir. Paretonun optimal 
müvazinət nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin, həm də əhalinin ri-
fah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması əgər hər hansı 
dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə, 
bu hal optimal müvazinətə nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda 
gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin isə vəziyyətinin 
pisləşməsinə səbəb olursa, deməli, maksimum ictimai fayda əldə olunmur. Bu 
vəziyyət qeyri-optimal hesab olunur. Çünki ictimai rifah halı fərdi rifah halı ilə 
qiymətləndirilir.
Əgər iqtisadiyyatda 
gedən dəyişikliklər birinin 
vəziyyətinin yaxşılaşması-
na, digərinin isə vəziyyətinin 
pisləşməsinə səbəb olursa, 
deməli, maksimum ictimai fay-
da əldə olunmur. Bu vəziyyət 
qeyri-optimal hesab olunur. 
Çünki ictimai rifah halı fərdi 
rifah halı ilə qiymətləndirilir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə