Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə42/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
113
  Subsidiyaların verilməsi ilə bağlı proqramlar;
  Tənzimləyici proqramlar;
  Əsas fondların alınması və bölüşdürülməsi ilə bağlı proqramlar;
  Kreditlərin verilməsi ilə bağlı proqramlar;
  Elmi tədqiqatların aparılması ilə bağlı proqramlar.
Yuxarıda göstərilən 3 metod daha çox ümumi xarakterli və proqramların 
səmərəliliyinin  qiymətləndirilməsinə  hədəflənmiş  metodlardır.  Sadalanan  3 
metodla  yanaşı  digər  metod  və  üsullardan  da  istifadə  edilir.  Bunlar  iqtisadi 
səmərə ilə yanaşı həm də sosial səmərənin, eyni zamanda, büdcənin konkret 
istiqamətlərinin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab olunur. 
Büdcə xərclərinin sosial səmərəsinin qiymətləndirilməsi istiqamətində apa-
rılan tədqiqatlar daha çox sosial səmərəni həyat səviyyəsinin və ictimai rifahın 
yüksəlməsi kimi qəbul edir. Rifahın yüksəlməsi dedikdə alimlər aşağıdakı ob-
yektiv və subyektiv meyarlara üstünlük verirlər:
•  Obyektiv meyar: maddi nemətin istehlakı, ərzaq məhsulları, xidmət sekto-
runun inkişafı, təhsil və mədəniyyət.
•  Subyektiv  meyar:  işdən  məmnunluq,  sosial  statusdan  məmnun  olma, 
həyat şəraitindən razı olma.
Bu  əsasda  sosial  səmərənin  qiymətləndirilməsi  ön  plana  gəlir.  Bir  qay-
da  olaraq,  sosial  səmərənin  və  büdcə  xərclərinin  ayrı-ayrı  istiqamətlərinin 
əhəmiyyətliliyinin qiymətləndirilməsi üçün 8 metod tətbiq edilir.
Cədvəl 2. Dövlət büdcəsi xərclərinin səmərəliliyinin 
qiymətləndirilməsinin metod və üsulları
I.
Ümumi xarakterli metodlar
1.
İndekslərin təhlili
Ratio analysis
2.
Reqressiya təhlili
Regression analysis
3.
Proqramların reytinq 
qiymətləndirilməsi
Program Assesment Rating Tool 
(PART)
II.
Ayrı-ayrı xərclərin qiymətləndirilməsi metodları
A.
İnvestisiya xərcləri
4.
Xərc – Gəlir Təhlili
Cost – Benefit Analysis (CBA)
B.
Səhiyyə və təhsil xərcləri
5.
Xərc – Nəticəlilik Təhlili
Cost – Effectiveness Analysis (CEA)
6.
Xərc – Faydalılıq Təhlili
Cost – Utility Analysis (CUA)
7.
Xərclərin Minimallaşdırılmasının 
Təhlili
Cost Minimization Analysis (CMA)
8.
Xəstəliyə Çəkilən Xərcin Təhlili
Cost Of İllness (COI)
C.
Məktəbəqədər təhsilə ayrılan xərclər
9.
Məktəbəqədər təhsil göstəricilərinin 
Müqayisəli Təhlili


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
114 
D.
Orta təhsilə ayrılan xərclər
10.
Riyaziyyat və təbiət fənləri üzrə 
biliyin qiymətləndirilməsi sistemi
Trends in Mathematics and 
Science Study (TIMSS)
11.
Şagird Nailiyyətlərinin 
Qiymətləndirilməsi üzrə Beynəlxalq 
Proqram
Programme for International Student 
Assessment (PISA)
12.
Oxuma və qavramanın keyfiyyətini 
tədqiq edən beynəlxalq 
qiymətləndirmə tədqiqatı
Progress in International 
Reading Literacy Study (PIRLS)
E.
Əmək haqqı xərcləri
13.
Dövlət qulluqçusunun fəaliyyətinin 
qiymətləndirilməsi əsasında 
nəticələrə hədəflənmiş əmək haqqı 
sistemi 
A. 
Özünü qiymətləndirmə. 
B. 
Müsahibə əsasında rəhbərlik 
tərəfindən qiymətləndirmə.
C. 
“360 dərəcə” qiymətləndirmə.
Mənbə: Cədvəl müəllif tərəfindən tərtib edilmişdir
1.Xərc–Gəlir  Təhlili.  Beynəlxalq  təcrübədə  dövlət  (o  cümlədən, 
dövlət  büdcəsindən  ayrılan)  investisiyalarının  sosial-iqtisadi  səmərəsinin 
qiymətləndirilməsi  məqsədilə  xərc-gəlir  (Cost-Benefit  Analysis)  metodundan 
istifadə edilir. Metodun mahiyyəti sadədir: diskontlaşdırılmış məcmu gəlirlərlə 
diskontlaşdırılmış məcmu məsrəflər müqayisə olunur və təbii ki, layihə o zaman 
qəbul olunur ki, birinci ikincidən böyük olsun. Gəlir – fundamental hədəflər 
baxımından layihənin müsbət nəticələri, məsrəflər – resursların daha səmərəli 
istifadə olunduğu halda əldə oluna biləcək xeyir kimi götürülür. Bu metod həm 
infrasturktur, həm də təhsil və səhiyyə sahəsində istifadə edilə bilər. Mahiyyət 
ondan  ibarətdir  ki,  hər  hansı  bir  layihənin  xərcləri  gəlirlərini  üstələyərsə,  bu 
halda layihə səmərəsiz hesab edilir (və ya əksinə). Bu prinsipin təmin edilməsi 
məqsədilə aşağıdakı formuldan istifadə edilir:
Bu halda, B
t
 – 1 il ərzində layihədən əldə olunan gəlir, 
C

– 1 il ərzində layihəyə çəkilən xərc
r – diskontlama dərəcəsi,
n – layihənin əhatə etdiyi müddət.
CBA  metodundan  istifadə  zamanı  maliyyə  və  iqtisadi  təhlil  anlayışların-
dan istifadə edilir. Maliyyə təhlilində əsas məqsəd pul ifadəsində mənfəətin 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
115
əldə  edilməsidirsə,  iqtisadi  təhlildə  layihənin  fundamental  sosial  və  iqtisadi 
hədəfləri əsas götürülür. İnvestisiya layihələrinin qiymətləndirilməsinin öz spe-
sifikliyi vardır – birincisi, “iqtisadi” (bazar) qiymətlərdən, ikincisi, “diskontlama 
dərəcəsindən”  istifadə  edilir  [4,  s.144].  Diskontlama  (diskontlaşdırma)  –  bir 
tərəfdən,  sahibkarın  qoyduğu  kapitaldan  əldə  etmək  istədiyi  gəlirlilik  nor-
ması, digər tərəfdən isə investorun layihənin eyni xarakterli, analoji riski olan 
digər  layihə  ilə  müqayisədə  cəlbediciliyini  qiymətləndirməsidir.  Diskontlama 
dərəcəsinin tərkib komponentləri aşağıdakılar hesab edilir:
 
Gəlirliliyin minimal dərəcəsi; 
 
İnflyasiya səviyyəsi; 
 
Konkret investisiya layihəsinin risk dərəcəsi. 
Bir qayda olaraq, diskontlama dərəcəsi kimi kredit dərəcəsi, uçot dərəcəsi, 
istiqrazların gəlirlilik dərəcəsi və s. göstəricilər əsas götürülür. Lakin bir məqama 
xüsusilə  diqqət  yetirmək  istərdik  ki,  dövlət  investisiyalarının  diskontlaması  ilə 
özəl sektorda müəssisə və təşkilatların həyata keçirdiyi layihələr üzrə diskontla-
ma dərəcəsi bir qədər fərqlənir. Dövlət, xüsusilə büdcə sektoru üçün götürdükdə 
bu,  Xalis  Diskontlaşdırılmış  Dəyər  (NPV),  özəl  sektor  (bir  sıra  hallarda  dövlət 
müəssisələri) üçün götürdükdə Cari Diskontlaşdırılmış Dəyər (PDV) adlanır [8, 
9]. Özəl sektorun məqədi mənfəət əldə etməkdirsə, dövlət sektorunun məqsədi 
bazarın uğursuzluqlarını aradan qaldırmaq və ictimai nemət yaratmaqdır. Dövlət 
tərəfindən  həyata  keçirilən  layihələr  daha  çox  sosial  xarakterli  olduğu  üçün 
dövlət sektoru üçün diskont dərəcəsi sosial diskont dərəcəsi adlanır. 
Nümunə. Diskontlama anlayışının mahiyyətini bir qədər də açmağa çalı-
şaq. Təsəvvür edək ki, bizim 1 manatımız var. Biz bu manatı bankda əmanət 
kimi  yerləşdirmiş  olsaq,  bir  ildən  sonra  (şərti  olaraq  götürsək)  1  manat  10 
qəpiyimiz  olacaq.  Əgər  biz  1.10  manatımızı  bankda  yerləşdirmiş  olsaq,  bir 
ildən sonra 1.21 manat əldə etmiş olacağıq. Bu halda, bizim qazandığımız 10 
qəpik diskontlama dərəcəsi (r) adlanır. Layihələrin gəlir və xərc təhlilinin apa-
rılması zamanı növbəti illərdə əmsallardan istifadə edilir. Belə olduğu təqdirdə, 
diskontlama əmsalı 1/1+r bərabərdir. r- bu halda bank faizinin dərəcəsidir. Dis-
kontlama əmsalı 1/1.1= 0.9 olacaqdır. İki ildən sonra 1/(1+r) (1+r) = 1/(1+r)². 
Yəni bizim qiymətləndirmə üzrə götürsək 1/1.21 manat. Bugünkü dəyər 100 
manatdırsa, deməli, iki ildən sonra dəyər 82.60 manat təşkil edəcəkdir. Son-
ra biz növbəti illərdə əldə ediləcək məbləğləri də aldığımız rəqəmin (82.60) 
üzərinə  gəlirik.  Alınan  ümumi  məbləğ  Cari  Diskontlaşdırılmış  Dəyər  adlanır. 
Əgər  R
t
  bizim  tapmaq  istədiyimiz  məbləğin  t  müddətində  xalis  dəyəridirsə, 
o zaman r – faiz dərəcəsidir. O halda, biz N il üzrə qiymətləndirmə aparmaq 
istəyiriksə, NPV aşağıdakı kimi olacaqdır:


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə