Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə45/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   41   42   43   44   45   46   47   48   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
122 
qiymətləndirmə  tədqiqatı  [Progress  in  International  Reading  Literacy 
Study (PIRLS)] hər 5 ildən bir IV sinif şagirdləri arasında aparılır. Bu tədqiqat 
Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosia-
siya (IEA) tərəfindən həyata keçirilir [20].
10.Nəticələrə hədəflənmiş əmək haqqı sistemi
Bir  qayda  olaraq  dövlət  qulluqçusunun  əmək  haqqı  (dövlət  məvacibi)  3 
əsas komponentdən ibarət olur. Bura kollektiv razılaşma əsasında ümumi ta-
arif cədvəli üzrə müəyyən edilən baza əmək haqqı (vəzifə maaşı), peşəkarlıq, 
səriştəlilik və digər amillər nəzərə alınmaqla verilən əlavələr (staja görə əlavə 
və s.), işçinin əldə etdiyi nailiyyətlərdən asılı olaraq aldığı mükafatlar (kollektiv 
və fərdi) aid edilir.
Cədvəl 6. Nəticələrə görə dövlət qulluğunda əmək haqqının 
müəyyənləşdirilməsi təcrübəsi
 
1.Qiymət-
ləndirmə 
meyarları 
hansı sənəddə 
öz əksini tapır?
2.Qiymətləndirmə 
meyarlarının 
müəyyələşdirilməsi 
səlahiyyətləri kimə 
məxsusdur?
3.Nəticəliliyin 
qiymətləndirilməsi 
və mükafatların 
verilməsi 
səlahiyyətləri
4.Qiymət-
ləndirmə 
metodları 
hansılardır?
Birləşmiş 
Krallıq
Nəticəlilik 
haqqında 
razılaşma
Bilavasitə rəhbərlik
Bilavasitə 
rəhbərlik dövlət 
qulluqçularının 
əmək haqqı 
üzrə komitə ilə 
razılaşdıraraq
Özünü 
qiymətləndirmə. 
Müsahibə əsasında 
qiymətləndirmə. 
“360 dərəcə” 
qiymətləndirmə
Kanada
Nəticəlilik 
haqqında 
razılaşma
Bilavasitə rəhbərlik
Xüsusi şuranın 
qərarı
Özünü 
qiymətləndirmə. 
Müsahibə əsasında 
qiymətləndirmə. 
Yuxarı rəhbərliyin 
mövqeyi
ABŞ
Nəticəlilik 
haqqında 
razılaşma
Bilavasitə rəhbərlik
Bilavasitə rəhbərlik 
dövlət nəticəlilik 
üzrə komissiya ilə 
razılaşdıraraq
Müsahibə əsasında 
qiymətləndirmə.
Yeni 
Zelandiya
Nəticəlilik 
haqqında 
razılaşma
Bilavasitə rəhbərlik
Dövlət Qulluğu 
üzrə Komissiya
Müsahibə əsasında 
qiymətləndirmə.
Niderland
Əmək 
müqaviləsi
Bilavasitə rəhbərlik
Bilavasitə rəhbərlik
Müsahibə
Avstraliya
Fərdi plan
Bilavasitə rəhbərlik
Bilavasitə rəhbərlik
Müsahibə
Fransa
Dövlət 
orqanının planı Bilavasitə rəhbərlik
Bilavasitə rəhbərlik Müsahibə əsasında 
qiymətləndirmə.
Belçika
Nəticəlilik 
haqqında 
razılaşma
Bilavasitə rəhbərlik
Bilavasitə rəhbərlik
Özünü 
qiymətləndirmə. 
Müsahibə əsasında 
qiymətləndirmə. 
“360 dərəcə” 
qiymətləndirmə


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
123
Cənubi 
Koreya
Nəticəlilik 
haqqında 
razılaşma
“360 dərəcə” 
qiymətləndirmə
Mənbə:  “Техническая  поддержка  реализации  основных  направлений 
повышения  качества  управления  общественными  финансами  в  РФ  на 
период 2007-2008 годов”, “Техническое содействие реформе бюджетной 
системы на региональном уровне”, Москва, 2010
İlk  iki  element  daha  çox  sabit  məbləğ  olduğu  üçün  üçüncü  komponent 
xüsusilə  əhəmiyyət  kəsb  edir.  Əsas  şərt  dövlət  qulluqçusunun  faəliyyətinin 
nəticələrinə  uyğun  mükafatlandırılmasıdır.  Bu  tip  mükafatlandırma  müxtəlif 
ölkələrdə əmək haqqının 3-50%-i nisbətində müəyyənləşdirilir. 
Bu halda, iki əsas meyara üstünlük verilir: 1.vəzifəyə qoyulan tələblərə uy-
ğun  qiymətləndirmə  (criteria  for  job)  və  2.məqsədlərin  qoyulmasına  uyğun 
qiymətləndirmə (goal setting). Əsas mükafatlandırma metodları aşağıdakılardır:
A.  Mükafatlandırmanın  [birinci  forması]  işçinin  rəhbərliyi  (line  manager) 
tərəfindən aparılır. Rəhbərliyin qiymətləndirilməsi və bu əsasda mükafatların 
verilməsi çoxsaylı meyarlar əsasında müəyyənləşdirilir ki, bu da ölkələrdən asılı 
olaraq fərqlənir. Bir qayda olaraq rəhbərlik dövlət qulluqçusunun fəaliyyətini 
müsahibə yolu ilə qiymətləndirir. 
B. Daha bir yanaşma “360 dərəcə” prinsipidir ki, (Avstraliya, Kanada, ABŞ, 
Danimarka,  Fransa,  Skandinaviya  ölkələri  və  s.)  rəhbərliklə  yanaşı  işçinin 
həmkarları və rəhbərliyi altında çalışan işçilərinin mövqeyi əsas götürülməklə 
qiymətləndirmə aparılır. 
Sadalanan  metod  və  üsullardan  heç  biri  mütləq  şəkildə  dövlət  büdcəsi 
xərclərinin  səmərəliliyinin  qiymətləndirilməsi  üçün  tam  obyektiv  hesab  edil-
mir. Məhz bu səbəbdən bu metodlar arasında seçim edərkən daha çox sin-
tetik  qiymətləndirmə  metodlarına  üstünlük  verilməsi  məqsədəuyğundur. 
Misal üçün, biz bir tərəfdən reqressiya təhlili aparmaqla, eyni zamanda, ayrı-
ayrı xərclərin əsaslandırılmasının rasionallığını və səmərəli istifadə edilməsini 
qiymətləndirə bilərik.
D. Beynəlxalq təcrübədə dövlət sektorunda səmərəliliyin artırılması ilə 
bağlı aparılan islahatlar
Son  illərdə  hər  bir  ölkə  üzrə  istifadə  olunan  qiymətləndirmə  metodları 
və  göstəricilər  fərqlidir.  Böyük  Britaniyada  səmərəliliyin  əsas  göstəricisi  kimi 
məhsulun planlaşdırılan qiymətinin cari dövrdəki qiyməti ilə müqayisəsi əsas 
götürülür. Lakin bu halda çəkilən məsrəflər nəzərə alınmır. Dövlət müəssisə və 
təşkilatlarının təqdim etdiyi məhsul və xidmətlərin səmərəlilik göstəricisi 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə