Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə46/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
124 
də son dövrlərdə geniş tətbiq edilir. Sonuncu göstəricinin qiymətləndirmə 
metodu kimi vətəndaşlara təqdim edilən xidmətin keyfiyyəti ilə bağlı su-
alları özündə əks etdirən anketlərdən istifadə edilir. Həmçinin, bu məqsədlə 
bir  sıra  statistik  göstəricilər  –  təqdim  edilən  xidmətin  keyfiyyəti  ilə  bağlı 
şikayətlərin  sayı,  vətəndaşların  məmnunluq  səviyyəsinin  qiymətləndirilməsi 
aparılır.
Avstraliyada  prosesin  qiymətləndirilməsindən  nəticənin  qiymətləndiril-
məsinə keçid daha məqsədəuyğun hesab edilir. Bir qayda olaraq istifadə olunan 
səmərəlilik göstəriciləri kimi qoyulan vaxt müddətinə uyğunluq, qərarın qəbul 
edilmə  müddəti,  müştəri  ilə  ünsiyyətdə  olma  standartına  uyğunluq,  təqdim 
edilən xidmətin keyfiyyəti ilə bağlı şikayətlərin sayı və bir əməliyyatın aparılma 
müddəti istifadə olunur. Yeni Zelandiya daha çox məsrəflərin hesablanmasında 
maraqlıdır. İndikatorlar sisteminin qurulması ilə yanaşı istifadə edilən metodlar 
da bir-birindən fərqlənir. Niderlandda ictimai xidmətin keyfiyyətinin monito-
rinqi  sistemi  daha  üstün  hesab  edilir.  Bu  model  əsasında  yerli  proqramların 
səmərəliliyi qiymətləndirilir. Göstəricilər kimi sosial və iqtisadi səmərəlilikdən 
istifadə edilir. 
Kanadada  dövlət  xərclərinin  idarə  olunması  üçün  (DXİ)  xüsusi  proqram 
hazırlanmışdır.  Eyni  zamanda,  DXİ  çəkilən  xərclərin  qiymətləndirilməsinə 
imkan  verir.  Nəticədə  çəkilən  xərclərin  ictimaiyyət  üçün  təsir  imkanlarını 
qiymətləndirmək və əhalini məlumatlandırmaq mümkündür. İsveçdə ilk dəfə 
dövlət xərclərinin idarə edilməsində səmərəliliyin və məsuliyyətliliyin artırılması 
1980-ci ildə yaradılmış xüsusi işçi qrup tərəfindən aparılan tədqiqatda öz əksini 
tapırdı. Bu tədqiqatın nəticəsi olaraq xüsusi komissiya (ESO) yaradıldı. ESO-nun 
əsas vəzifələri dövlət xərcləri ilə bağlı yuxarıda göstərilən prinsiplərin təmin 
edilməsi  istiqamətində  Maliyyə  Nazirliyinə  təkliflərin  verilməsidir.  ESO-nun 
fəaliyyətinin nəticəsi olaraq dövlət xərclərinin səmərəliliyi qiymətləndirilməyə 
başlandı. 
Tailand  və  Cənubi  Koreya  proqram  çərçivəsində  xərclənən  vəsaitlərin 
səmərəliliyinin qiymətləndirilməsi üçün ABŞ-da son dövrlərdə tətbiq edilən 
PART sistemindən istifadə edir. 2010-cu ildə RF-də “2012-ci ilə qədər büdcə 
xərclərinin səmərəliliyinin artırılması” Proqramı qəbul edilmişdir. Proqramın 
məqsədi  –  ölkənin  sosial-iqtisadi  hədəfləri  nəzərə  alınmaqla  dövlət  funk-
siyalarının  həyata  keçirilməsi  məqsədilə  cəmiyyətin  tələblərini  ödəyəcək 
xidmətlərin, həmçinin onların keyfiyyətinin artırılması və əlçatanlığının təmin 
edilməsidir. RF-də 2011-2013-cü illərdə dövlət xərclərinin səmərəliliyinin ar-
tırılması məqsədilə hər bir qurum tərəfindən bu istiqamətdə görüləcək işlər 
planı  hazırlanır.  3  il  ərzində  dövlət  qulluqçularının  sayının  20%  azaldılması 
hədəflərdən biri kimi müəyyən edilmişdir. Ümumiyyətlə isə federal xərclərin 
ÜDM-ə faiz nisbətinin hər il 1% azaldılması nəzərdə tutulur.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
125
Nəticə 
Səmərəliliyin  qiymətləndirilməsi  məqsədilə  “səmərəlilik”  və  “nəticəlilik” 
göstəricilərindən  istifadə  olunur.  Həmçinin,  ilkin  nəticə  (Output)  −  təqdim 
edilən xidmətərin həcmi, yekun nəticə (Outcome) − təqdim edilən xidmətlərin 
nəticəsi indikatorlarından da istifadə edilir. Sosial səmərənin qiymətləndirilməsi 
yuxarıda qeyd olunan metodlar çərçivəsində mümkün olmadıqda (həmçinin, 
ənənəvi  statistik  göstəricilər  kifayət  etmədikdə)  dövlət  xidmətlərindən  ya-
rarlanan  əhalinin  məmnunluq  səviyyəsi  xüsusi  sosialoji  sorğular  əsasında 
müəyyənləşdirilir.  İqtisadi  səmərənin  əsas  məqsədi  vahid  məhsula 
çəkilən  məsrəflərin  minimuma  endirilməsidir.  Sosial  və  iqtisadi  səmərənin 
qiymətləndirilməsi nəticəyə hədəflənmiş büdcə metodu çərçivəsində məqsədli 
proqram alətlərindən istifadə çərçivəsində həyata keçirilir.
Bu  məqsədlə  sınaqdan  çıxmış  bir  çox  (o  cümlədən,  indekslərin  təhlili, 
reqressiyalı təhlil, PART, CBA, CUA, CMA, CEA, COI və s.) metodların tətbiqi 
məqsədəuyğun hesab edilir. Sadalanan metodları, əsasən, iki qrupa bölmək 
olar. Birinci qrupa ümumi xarakterli metodlar, ikinci qrupa isə sosial səmərəni 
və ayrı-ayrı xərc istiqamətləri üzrə maliyyələşmənin səmərəsini ölçməyə imkan 
verən metod və üsullar aid edilir. Daha populyarı bir qayda olaraq büdcə sek-
torunda dövlətin əsaslı vəsait qoyuluşu üzrə ayrılan xərcləri qiymətləndirmək 
üçün tətbiq edilən Gəlir-Xərc Təhlili (CBA) metodudur. Ümumiyyətlə, bu metod-
ların hər birinin müəyyən çatışmazlıqları olduğu üçün sintetik qiymətləndirmə 
metodunun seçilməsi məqsədəuyğundur. 
İstifadə edilmiş ədəbiyyat:
1. 
Meybullayev M. İqtisadi təlimlər tarixi. Bakı, 2002. 
2. 
Афанасьев  М.П.,  Кривогов  И.В.  Модернизация  государственных  финансов. 
Москва: Изд. дом ГУ ВШЭ, 2006. 
3. 
Бекетов  А.С.  Применение  анализа  “затраты-эффективность”  для  выбора 
препаратов из группы аналогов, Качественная клиническая практика, 2002. 
4. 
Лаптев С.В. Основы теории государственных финансов. Москва, 2010. 
5. 
Марков С.Н. Повышение эффективности бюджетных расходов на образование.  
Омск, 2013. 
6. 
Кнобель  А.,  Соколов  И.,  Худько  Е.  Влияние  государственных  расходов  на 
качество  образования  в  России,  Под  ред.  С.  Г.Синельникова-Мурылева. 
Москва: “Издательство Института Гайдара”, 2011.  
7. 
Щелунцова  М.А.  Оценка  социальной  ставки  дисконтирования  в  проектах 
общественного сектора, Москва, 2011.  
8. 
Томсон  С.,  Фобстер  Т.,  Моссиалос  Е.  Финансирование  здравоохранения  в 
Европейском союзе, Проблемы и стратегические решения, 2010. 
9. 
Субпроект  RFTAP/QCBS/1.6,  “Техническая  поддержка  реализации  основных 
направлений повышения качества управления общественными финансами в 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə