Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə49/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   45   46   47   48   49   50   51   52   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
134 
lizinqə  bəzən  servis  lizinqi  də  deyilir.  Operativ  lizinqlə  məşğul  olan  lizinq 
şirkətləri, adətən, investisiya malları bazarının konyunkturunu və dinamikasını 
yaxşı  bilirlər.  Bu  lizinq  növündə  müqavilə  sonunda  avadanlığın  mülkiyyəti 
lizinq  şirkətində  qalır.  Operativ  lizinqdə  müqavilə  müddəti  avadanlığın 
normativ  xidmət  müddətindən  qısa  olur  və  lizinq  alan  tərəfindən  ödənilən 
lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir. Lizinq şirkətləri operativ 
lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə, ya da satmaqla 
avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq, 
əsasən, çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə 
olunur. Belə ki, bəzi avadanlıqların texniki cəhətdən işlək vəziyyətdə olmasına 
baxmayaraq,  bazara  yeni  modellərin  təqdim  edilməsi  ilə  bu  avadanlıqların 
mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir müəssisə üçün istehsal 
avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə vəsaitləri tələb 
edir. Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə 
vəziyyətlərdən çıxış yolu əldə edilir [9].
 
Lizinqin üstünlükləri:
1. 
Lizinq  100%  maliyyələşmədir  [10].  Lizinqdən  istifadə  zamanı  birdəfəlik 
şəxsi  maliyyə  xərcləri  çəkmədən,  kapital  qoyuluşları  etmədən  və  borc, 
xüsusilə  bank  krediti  almadan    istehsal  genişləndirilə,  mənəvi  aşınmış 
avadanlıqlar  müntəzəm  olaraq  yeniləşdirilə  və  avadanlıqlara  qulluq 
həyata keçirilə bilər.
2. 
Qərar  qəbul  etmə  sistemi  çevikdir.  Müqavilənin  imzalanması  zamanı 
müştərini  narahat  edən  bütün  nüanslar  nəzərə  alınır.  Bank  kreditinin 
tərtib edilməsi zamanı bu, praktiki olaraq mümkün deyil.
3. 
Lizinq alanın likvid vəsaitlərinin məhdudlaşdırılması probleminin kəskinliyi 
nisbətən azalır, avadanlıqların alınması üçün xərclər lizinq müqaviləsinin 
qüvvədə olacağı bütün dövr ərzində bərabər bölüşdürülür.
4. 
Müəssisənin  balansında  şəxsi  və  borc  kapitalının  optimal  nisbəti 
(proporsiyası) müəyyən edilir və saxlanılır, belə ki, yeni əlavə borc vəsaitləri 
cəlb edilmir.
5. 
Lizinq  əməliyyatlarına  tətbiq  edilən  vergi  güzəştləri  (məsələn,  lizinq 
obyektinin ƏDV-dən azad olması) və başqa investisiya üstünlükləri lizinqin 
bank faizindən aşağı olmasına səbəb olur ki, bu da lizinqi bankçılıqdan 
üstün edir.
6. 
Lizinq  əsas  kapitalı  təzələməklə  istehsalın  müəyyən  sahələrində  bazar 
konyunkturunun  cari  dəyişməsinə  operativ  reaksiya  vermək  imkanı 
yaradır.  Operativ  lizinqin  burada  rolu  böyükdür.  Bu  zaman  avadanlığın 
alınmasına  sərf  olunmayan  xərclər  vəsait  şəklində  dövriyyə  kapitalının 
artırılmasına, cari xərclərin ödənilməsinə və marketinqə yönəldilə bilər.
7. 
Qiymətqoymanın  adekvatlığı  təmin  edilir,  belə  ki,  lizinq  şirkətlərinin 
sənaye  avadanlıqlarını  tədarükçü  firmalardan  optimal  qiymətlər  üzrə 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
135
alması elə tədarükçü firmaların özləri üçün də maraqlıdır.
8. 
Beynəlxalq Valyuta Fondunun qaydalarına görə, icarə müqavilələrindən 
irəli  gələn  məcmu  ödəniş  öhdəlikləri  ölkənin  məcmu  xarici  borcları 
göstəricisinə daxil edilmir. Buna əsasən lizinqdən istifadə ölkənin xarici 
ödəniş mövqeyini və ödəniş balansını pozmur.
9. 
Lizinq  makrosəviyyədə  də  ölkə  iqtisadiyyatına  dolayı  yolla  müsbət 
təsir göstərir, belə ki, ölkədə əmtəə və xidmət istehsalı genişlənir, ixrac 
potensialı artır, yeni iş yerləri açılmaqla işsizliyin səviyyəsi və büdcədən 
maliyyə investisiyasına ayrılan vəsaitin miqdarı azalır.
10. 
Lizinq maliyyələşdirmənin əlavə resursudur (vasitəsidir) ki, bu da banklar 
və  onların  lizinq  təşkilatları  (müəssisələri)  üçün  müntəzəm  fəaliyyət 
sahələrinin fəallaşdırılması və diversifikasiyası üçün çox vacibdir. 
11. 
Lizinq  maliyyələşdirilməsində  girov  təminatı  tələb  olunmadığından 
uzunmüddətli bank ssudalarından daha az risklərlə bağlıdır [11].
12. 
Avadanlıq istehsalçıları ilə daha sıx əlaqələr lizinq verənlər üçün işgüzar 
tərəfdaşlıq üçün yeni imkanlar yaradır.
13. 
Lizinq  bir  ideyadır.  Lizinq  yolu  ilə  ölkəyə  gətirilən  yeni  texnika  və 
texnologiya yerli sahibkarlar üçün həm də yeni ideyadır. Yerli sahibkarlar 
həmin  tip  məhsulların  nümunəsinə  əsasən  ya  onun  elə  özünün,  ya  da 
alternativinin istehsalını həyata keçirə bilərlər.
14. 
Lizinq  bir  alternativdir.  Lizinq  bankçılıq  və    sığorta  ilə  sıx  bağlı  olan 
fəaliyyət növüdür. Lizinq xidmətləri icarə və bank kreditləşməsi ilə bağlıdır. 
Elə  Azərbaycanda  bu  gün  lizinq  şirkətlərinin  təsisçilərinin  əksəriyyəti 
banklardır.
  Ümumiyyətlə,  bankçılıqdan  fərqli  olaraq,  lizinq  birbaşa  sahibkarlığın 
inkişafının stimullaşdırılmasına hesablanıb.
Azərbaycanda lizinq münasibətləri
Azərbaycanda  “Lizinq  haqqında”  Qanun  29  noyabr  1994-cü  ildə  qəbul 
edilmişdir [12]. Qeyd edilməlidir ki, Azərbaycan MDB ölkələri arasında lizinq 
haqqında  qanunu  qəbul  edən  ilk  ölkədir.  Qanunun  qəbul  olunduğu  illərdə 
ölkədə lizinq münasibətləri haqqında hələ tam təsəvvür yox idi. Bu Qanun lizinq 
münasibətlərini tənzimləyə bilmədiyi üçün 2003-cü ilin avqustunda  qüvvədən 
düşmüşdür.  Ona  görə  də  daha  sonra  lizinq  münasibətləri  Mülki  Məcəllə 
(XXXVIII fəsil), Vergi Məcəlləsi (140-cı maddə) və digər qanunverici aktlar ilə 
tənzimlənmişdir. Bundan başqa, Mülki Məcəllənin 747-751-ci maddələri lizinq 
münasibətlərinin  spesifik  xüsusiyyətlərini  tam  tənzimləyə  bilmədikdə,  elə 
751-ci maddəyə əsasən, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin 
qaydaları tətbiq olunur.
Lizinq münasibətlərinin inkişafına kömək və lizinq şirkətlərinin əlaqələrinin 
gücləndirilməsi  məqsədilə  Azərbaycan  Lizinq  Şirkətləri  Assosiasiyası  (ALŞA) 
yaradılmışdır.  Assosiasiya  2004-cü  il  oktyabrın  27-də  Beynəlxalq  Maliyyə 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə