Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə51/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   47   48   49   50   51   52   53   54   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
138 
Lakin  buna  baxmayaraq,  son  zamanlar  xüsusilə  avtolizinq  bazarında 
avtomobillərin daha çox 5 illik lizinq yolu ilə əldə edilməsi, avtomobilə lizinq 
şirkətləri  tərəfindən  xidmətlərin  (sığorta,  texniki  servis  və  s.)  göstərilməsi 
operativ lizinqin az da olsa fəaliyyətini sübut edir. 
Mülki Məcəllənin lizinq haqqında 747-1.2-ci maddəsində qeyd olunur: “Lizinq 
verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti 
hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana 
müəyyən  haqla,  müəyyən  müddətə  və  şərtlərlə  (mülkiyyət  hüququnun  lizinq 
alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və 
ya  istifadəyə  verən  hüquqi  və  ya  fiziki  şəxsdir”  [15].  Mülki  Məcəlləyə  (152.3, 
159-cu  maddələri)  əsasən,  sahiblik  hüququ  əşyaya  faktiki  sahib  olmağı 
nəzərdə  tutur  və  buna  görə  də  istifadə  hüququndan  təcrid  olunmuş  halda 
lizinq  obyektinin  lizinq  alanın  yalnız  sahibliyinə  verilməsi  lizinq  müqaviləsinin 
mahiyyətini  əks  etdirmir.  Bu  anlaşılmazlığın  aradan  qaldırılması  üçün  bir  sıra 
xarici ölkələrin mülki qanunvericiliyində, məsələn, Rusiya Federasiyasının Mülki 
Məcəlləsinin  576-cı  maddəsində  olduğu  kimi,  “sahibliyə  və  ya  istifadəyə” 
sözləri “sahibliyə və istifadəyə” sözləri ilə əvəz olunsa, daha yaxşı olar. Mülki 
Məcəllənin 747-1.3 müddəasında lizinq obyektinin lizinq müqaviləsinə uyğun 
olaraq müəyyən müddətə, müəyyən haqla lizinq alana  müvəqqəti sahibliyə 
və istifadəyə verilməsinin qeyd olunması da lizinq verənin hüquqi vəziyyətinin 
Mülki Məcəllədə düzgün göstərilmədiyini təsdiq edir.
Bundan başqa, Mülki Məcəllədə lizinq verənin əsas vəzifələrindən biri təkcə 
lizinq  obyektini  əldə  etmək  deyil,  həm  də  onu  hazırlamaqdır.  Düzdür,  bəzi 
ölkələrdə bunu “birbaşa lizinq” adı altında həyata keçirirlər, belə olan halda 
özlərinin broker şirkətlərini yaradırlar. Lakin Mülki Məcəllədə lizinq verən lizinq 
obyektini özü hazırladığı halda o, satıcı olacaqdır ki, bu da lizinq münasibətlərinə 
ziddir.  Çünki  lizinq  verən  sadəcə  əmlakın  əldə  edilməsini  maliyyələşdirən 
şəxsdir. Lizinq verənin üzərinə lizinq obyektini əldə etmək vəzifəsinin qoyulması 
747-5.1  maddəsinə  əsasən,  lizinq  münasibətlərinin  hüquqi  formasını  pozur. 
Ona görə ki, lizinq üçtərəfli münasibətdir (747-1.1, 747-5.1 maddələrinə uyğun 
olaraq) və lizinq subyektlərindən biri olmadığı halda onu lizinq münasibətləri 
adlandırmaq  olmaz.  Buradan  ümumi  şəkildə  sual  yarana  bilər  ki,  bəs  onda 
nəyə görə “qaytarılan lizinq”də ikitərəfli münasibət mövcud olduğu halda onu 
lizinq münasibətlərinə daxil edirik? Çünki qaytarılan lizinq növündə lizinq alan 
həm də satıcı qismində çıxış edir və sanki üçüncü tərəf olur.
Qərbi  Avropanın  bəzi  ölkələrində  də  (Böyük  Britaniya,  Almaniya, 
Danimarka) lizinq üzrə xüsusi qanun yoxdur. Lakin Fransa, Portuqaliya, İsveçrə 
kimi ölkələrdə isə lizinq alan və lizinq verənin hüquqlarını, onların arasında baş 
vermiş münasibəti müəyyən edən qanun mövcuddur.
Ölkədə lizinq münasibətlərinin növbəti problemi lizinqin mühasibat uçotu 
ilə bağlıdır. Milli mühasibat uçotu standartlarında lizinq üçün xüsusi standart 
yoxdur və lizinq uzunmüddətli icarə kimi qeydə alınaraq lizinq alanın balansında 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
139
əks olunur. Bu isə Mülki Məcəllə ilə uyğunlaşmır. Çünki Mülki Məcəllədə lizinq 
obyekti əsas vəsait kimi tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya 
lizinq alanın balansında qeydə alınmalıdır. 
Əvvəllər  tətbiq  olunan  sürətli  amortizasiyanın  (əvvəllər  bu,  2  əmsalla 
hesablanırdı) ləğv edilməsi lizinq sektorunda əsas vəsaitlərin yenilənməsinin 
qarşısını alır. Qeyd edək ki, Rusiyada lizinq münasibətlərində sürətləndirilmiş 
amortizasiya (bu, Rusiyada 3 əmsalla hesablanır) tətbiq olunur və onlar xərclər 
kimi çıxılır, bu da vergi bəyannaməsi zamanı nəzərə alınmır [16].
Lizinq obyektinə vergi qanunvericiliyinə əsasən qoyulan ƏDV (18%) əmlakın 
qiymətinə  daxil  edilir,  nəticədə  əmlakın  maya  dəyəri  artır.  Belə  olan  halda 
müştəri lizinq şirkətlərinin rəqibi olan banklara kredit götürməyə üz tutur.
Əsas  etibarilə  operativ  lizinq  şirkətlərinin  gəlirləri  tam  şəkildə  lizinq 
müqaviləsinin  müddəti  bitdikdən  sonra  geri  qaytarılan  əmlakın  ikinci  dəfə 
lizinqə  verilməsi  və  satılması  zamanı  formalaşır  və  bu  zaman  ƏDV-nin 
tətbiqi  operativ  lizinq  sövdələşməsinin  qiymətini  bahalaşdırır.  Ona  görə  də 
Azərbaycanda operativ lizinq inkişaf edə bilmir.
Qeyd olunan səbəblərə görə Azərbaycan malik olduğu lizinq potensialından 
tam istifadə edə bilmir. Məsələn, Qərbdə şirkətlər əsas vəsaitlərin yenilənməsini, 
demək  olar  ki,  80  %-ni,  Avstraliya  sənaye  kapital  qoyuluşunun  33%-ni, 
Qazaxıstan isə 6%-ni lizinq yolu ilə həyata keçirdiyi halda, Azərbaycanda bu 
göstərici 1%-dən bir qədər çoxdur. 
Qrafik 1.
Mənbə:  Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası
Yuxarıdakı qrafikdə (1) göründüyü kimi, 2003-2008-ci illərdə ölkədə lizinq 
portfelinin  həcmi  ilbəil  artmışdır.  Lakin  2008-ci  ildən  sonra  lizinq  bazarında 
azalma müşahidə olunur ki, bunun da əsas səbəbi həmin ildən etibarən vergi 
qanunvericiliyinə əsasən lizinq obyektlərinə ƏDV-nin qoyulmasıdır.
Azalma  anoloji  olaraq  ümumi  investisiya  qoyuluşunun  tərkibində  də  əks 
olunur. 2010-cu ildə ölkəyə 17,6 mlrd. ABŞ dolları ümumi investisiya qoyuluşu 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə