Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə54/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   50   51   52   53   54   55   56   57   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
146 
Lakin buna baxmayaraq, Azərbaycan Respublikasının Vergi qanunvericiliyinə 
əsasən, həmin məbləğ gəlir şəklində vergiyə cəlb olunur. Bu da icara fəaliyyəti 
göstərən şirkət üçün xərc deməkdir ki, onun üçün çətinlik yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya 24” telekanalına 
müsahibəsində bildirib: Avrozonada baş verən hadisələr və böhran göstərir 
ki, dövlətin müdaxiləsi və tənzimləməsi olmadan davamlı inkişafı təmin 
etmək  çox  çətin  olacaq”  [25].  Məhz  bu  düşüncənin  əməli  təsdiqi  özünü 
Azərbaycan Respublikasının qəbul etdiyi bir çox qanunlarda da göstərir. Belə ki, 
Prezident İlham Əliyev 11 dekabr 2012-ci il tarixində “Azərbaycan Respublikası 
Hökuməti  və  Belarus  Respublikası  Hökuməti  arasında  lizinq  fəaliyyətinin 
genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması 
haqqında” sazişin təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. Bu saziş hər 
iki ölkədə beynəlxalq lizinqin inkişafı üçün perspektiv imkanlar açır.
Azərbaycanın lizinq bazarının təhlilindən irəli gələn təkliflər
Burada  bütün  qeyd  olunanlardan  irəli  gələn  bir  neçə  təklif  vardır  ki,  bu 
təkliflər Azərbaycanda lizinq bazarının inkişafı üçün faydalı ola bilər:

Lizinq haqqında yeni qanun bazasını yaratmaq;

Hüquqi bazanın yaradılması zamanı dünya təcrübəsindən istifadə etmək;

Lizinq şirkətlərini lisenziyalaşdırmaq;

Bu sahədə ixtisaslı kadrlar yetişdirmək;

Lizinq münasibətlərinə nəzarət edən xüsusi tənzimləyici orqan yaratmaq;

Operativ lizinqin inkişafına şərait yaratmaq;

Operativ  lizinqin  inkişafı  üçün  İslam  maliyyə  sisteminin  tətbiqinə  daha 
geniş yer ayırmaq, buna dair qanunvericilik formalaşdırmaq və bunu insan-
lara aşılamaq; 

Maliyyə  lizinqində  nadir  və  iri  obyektlərin  icarəsi  zamanı  müqavilələrin 
hazırlanmasına sərf olunan vaxt və vəsaiti azaltmaq;

Mühasibat uçotu sisteminin Mülki Məcəlləyə uyğunlaşdırılmasını təmin etmək;

Beynəlxalq Mühasibat Uçotu Standartlarını lizinq sektorunda tətbiq etmək;

Dövlət  sifarişlərini  bu  sahə  üzrə  artırmaq  (məsələn,  2015-ci  ildə  Avropa 
Olimpiya Oyunlarının təşkili üçün lazım olan əsas vəsaitlərin əldə edilməsinə 
yerli lizinq şirkətlərinin cəlb edilməsi);

Regionlarda  lizinqin  inkişafına  kömək  məqsədilə  dövlət  proqramları 
hazırlamaq (“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında li-
zinqin inkişafına toxunulması bu xidmətin regionlarda inkişaf etməsi üçün 
dövlət proqramlarının işlənib hazırlanması və tətbiqinə imkan yaradır);

Lizinq  bazarının  inkişafı  üçün  lizinq  ödəmələri  zamanı  sürətləndirilmiş 
amortizasiyanın tətbiq olunmasını yenidən bərpa etmək;

2015-ci il yanvarın 1-də banklarda minimum nizamnamə kapitalının (hal-
hazırda  10  mln.  AZN)  50  milyon  manatadək  artırılması  bank  sektorunda 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
147
boşluqlar  yaradacaqdır  ki,  bu  boşluqdan  istifadə  edərək  lizinq  şirkətləri 
yaratmaq (hərçənd ki, hazırda lizinq şirkətləri üçün minimum nizamnamə 
kapitalı da tələb olunmur);

ƏDV ilə bağlı çətinliyi aradan qaldırmaq üçün vergi qanunvericiliyində də 
düzəlişlər  etmək;

Xaricdən gətirilən nadir və bahalı lizinq obyektlərini qismən və ya tamamilə 
gömrük rüsumlarından azad etmək;

Lizinq  şirkətlərinin  marketinq  və  menecment  departamentlərinin  işlərini 
gücləndirmək;

Maliyyələşmə mənbələrində daxili investorların payını çoxaltmaq;

Lizinq şikətlərində müştərilərə elektron xidmətlər göstərmək;

Lizinq  şirkətlərinin  xarici  bazarlarda  fəaliyyəti  üçün  müxtəlif  kanallara 
çıxışlarına dövlət tərəfindən dəstək vermək;

ALŞA-nın fəaliyyətini gücləndirmək;

Daha spesifik assosiasiyalar və ya ittifaqlar yaratmaq;

Lizinq  Fondu  yaratmaq  (bu,  maliyyələşdirmə  mənbələri  ilə  bağlı  çətinliyi 
aradan qaldıra bilər);

Bankların lizinq fəaliyyəti ilə məşğul olması məsələsini nəzərdən keçirmək;

Tənzimləmə məqsədilə lizinq şirkətləri üçün minimum nizamnamə kapitalını 
müəyyən etmək;

Lizinq  birjası  yaratmaq (bu, imkan  verəcək ki,  lizinq  şirkəti  və  lizinq  alan 
haqqında tam informasiya  əks  olunsun, elektron baza əsasında  və lizinq 
bazarının bu şəkildə tam təsvir olunması onun digər fondlarla müqayisəsinə 
də imkan yaradacaqdır);

Sahibkarların  maariflənməsi  məqsədilə  lizinq  mövzusunda  təlimlər  təşkil 
etmək;

Strateji Araşdırmalar Mərkəzi tərəfindən bir beyin mərkəzi olaraq ölkədə 
lizinq  bazarının  inkişafı  ilə  bağlı  tədqiqat  aparmaq,  təlimlər  keçirmək  və 
mühazirələr təşkil etmək.
Nəticə
Lizinqin bir maliyyə aləti kimi üstün cəhətləri çoxdur. Bu üstünlüklər ölkə 
iqtisadiyyatının  inkişaf  etməsi  üçün  geniş  imkanlar  açır.  Lizinq  bazarının 
canlanması  ölkədə  maliyyə  bazarının,  KOM-lərin,  qeyri-neft  sektorunun 
inkişafına səbəb olacaqdır ki, bu da lizinqin dolayısilə ölkə iqtisadiyyatının 
neft  iqtisadiyyatından  asılılıq  dərəcəsini  azaldacaqdır.  Azərbaycanda  li-
zinq  şirkətlərindən  hal-hazırda  minimum  nizamnamə  kapitalının  tələb 
olunmamasına  pozitiv  yanaşsaq,  o  zaman  bu  imkan  verir  ki,  müflisləşmə 
təhlükəsi  olacaq  banklar  bu  fəaliyyətlə  məşğul  ola  və  nəticədə  maliyyə 
bazarında  yarana  biləcək  təhlükələr  qismən  də  olsa  aradan  qalxa  bilər. 
Belə  olan  halda,  dövlət  tərəfindən  lizinq  bazarına  olan  diqqət  daha  da 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə