Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə50/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   46   47   48   49   50   51   52   53   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
136 
Korporasiyasının  (İFC)  dəstəyi  ilə  “Ataleasing”,  “Unileasing”,  “Muganleasing” 
şirkətləri tərəfindən yaradılmışdır. ALŞA-nın tərkibinə aşağıdakı lizinq şirkətləri 
daxildir: Joint Lizinq, Unilizinq, Ansar Lizinq, Turan Lizinq, Standard Lizinq, AG 
Lizinq, Ata Lizinq, Dəmir Bank, Qafqaz Lizinq, ASB Bank, Nikoil Lizinq (son iki 
şirkət müşahidəçi qismində çıxış edir). ALŞA beynəlxalq səviyyədə Rusiya, Türkiyə, 
Belarus və Avropa ölkələrinin lizinq assosiasiyaları ilə əməkdaşlıq edir [13].
Cədvəl  2-də  Azərbaycanın  ilk  onluğa  daxil  olan  lizinq  şirkətlərinin 
nizamnamə  kapitalı  göstərilmişdir.  Azərbaycanda  lizinq  şirkətləri  üçün 
minimum nizamnamə kapitalı tələb olunmur. Ölkədəki lizin şirkətləri arasında 
5 lizinq şirkəti daha aktiv fəaliyyətə malikdir. Bunlar “Joint Leasing Company”, 
“Unilizinq”, “Ansar Lizinq” “MBC Lizinq” və “Turan Lizinq”dir.
Növbəti cədvəldə (3) isə Azərbaycanın lizinq bazarındakı mövcud vəziyyət 
əks  olunmuşdur.  Joint  Leasing  Company  nüfuzlu  “Business  Time”  jurnalı 
tərəfindən  “İlin  lizinq  şirkəti”  nominasiyasında  “Azeri  Business  Award”  milli 
mükafatına layiq görülmüşdür. 2012-ci il dekabrın 31-nə olan məlumata görə
şirkətin lizinq portfeli 35,312 mln. AZN, maliyyələşdirdiyi lizinq müqavilələrinin 
ümumi sayı isə 520 olmuşdur.
Cədvəl 2.
Şirkətin adı
Nizamnamə kapitalının həcmi (mln., AZN)
Ansar Lizinq
5,0
Standart Lizinq
4,0
Unilizinq
1,8
Finans Lizinq
1,2
AG Lizinq
1,0
MBC Lizinq
0,842
Joint Leasing Company
0,7
Ata Lizinq
0,5
Turan Lizinq
0,1
Parex Leasing&Factoring
0,05
Mənbə: Şirkətlərin rəsmi saytları
 
İlkin ödənişi 30%-dən çox olan müştərilər üçün lizinq üzrə faiz dərəcələri 
17%-dən  başlayaraq  verilir.  Lizinq  portfelinin  40%-i  tikinti  sektorunun, 
33%-i  nəqliyyatın,  20%-i  istehsalın  və  7%-i  isə  digər  sahələrin  payına 
düşmüşdür.  Cədvəldəki  (3)  vəziyyətlə  bağlı  nəticəyə  görə,  Azərbaycanda 
lizinq əməliyyatlarının orta müddəti 36 ay, orta illik faiz dərəcəsi 20%, avans 
ödənişləri 18-25%-dir.
Buna baxmayaraq, ölkənin lizinq bazarındakı vəziyyət istənilən səviyyədə 
deyildir.  Buna  birinci  səbəb  lizinq  haqqında  qanunun  işləməməsi  və  bu 
münasibətləri tənzimləyən Mülki Məcəllənin 38-ci fəsli ilə Vergi Məcəlləsinin 
140-cı  maddəsinin  ziddiyyət  təşkil  etməsidir.  Vergi  Məcəlləsinin  140-cı 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
137
maddəsində əmlak icarəsi maliyyə lizinqinə aid edilir ki, bu da Mülki Məcəllənin 
lizinq münasibətlərini tənzimləyən maddəsi ilə üst-üstə düşmür. Ümumiyyətlə, 
Vergi  Məcəlləsi  lizinq  münasibətlərinin  hüquqi  tənzimləmə  elementlərini 
deyil, lizinqin vergi ilə bağlı olan məsələlərinin elementlərini, vergi güzəştlərini 
müəyyən etməlidir [14].
Lizinqin  icarənin  bir  növü  kimi  qiymətləndirilməsi  isə  Azərbaycan 
qanunvericiliyinə  uyğun  deyildir.  Çünki  Azərbaycan  Respublikasında  icarə 
münasibətləri ayrıca olaraq Mülki Məcəllənin XXXIV fəsli (“İcarə” adlı) və lizinq 
münasibətləri XXXVIII fəsli (“Lizinq” adlı) ilə tənzimlənir. Lizinq münasibətlərində 
tərəflərin hüquq və vəzifələri isə xüsusi hallarda Mülki Məcəllənin XXXIII fəsli 
(Əmlak  kirayəsi)  ilə  nizamlanır.  Azərbaycan  qanunvericiliyinə  əsasən,  bizim 
icarə və lizinq terminləri müvafiq olaraq “operativ lizinq” və “maliyyə lizinqi” 
(lizinqin əsas iki növü) beynəlxalq anlayışlarına uyğun gəlir. Lizinqin maliyyə 
lizinqi kimi qiymətləndirilməsi ölkədə operativ lizinqin inkişafına mane olur.
Cədvəl 3.
Şirkətin adı
Minimum və 
maksimum 
məbləğ
İllik faiz 
dərəcəsi
İllik 
avans 
ödənişi
Lizinq 
müddəti
Lizinq 
obyektləri
Joint Leasing 
Company
10 000 AZN
17-21%-
dən 
başlayaraq
layihə 
dəyərinin 
20-30%-i
10 ilədək
tikinti, sənaye 
texnikası, 
nəqliyyat 
vasitələri
Unilizinq 
(daşınmaz 
əmlak xaric)
obyekt 
növündən asılı 
olaraq dəyişir
21%
20-30%
2-5 il
tikinti, sənaye 
texnikası, 
nəqliyyat 
vasitələri
MBC Lizinq
şirkətin 
investisiyası-
60%-ə qədər
17-20%
30%
3-7 il
nəqliyyat 
vasitələri, istehsal 
avadanlığı, tibbi 
avadanlıq, tikinti 
texnikası
Qafqaz 
Lizinq
min. 15 000 
AZN, maks. 
800 000 AZN
18-26%
min. 20% 
min. 3 
ay, maks. 
8 ay
minik 
avtomobilləri
Ata Lizinq 
(daşınmaz 
əmlak xaric)
min. məbləğ 
5000 ABŞ 
dolları
20-30%
30%-dən 
yuxarı
12 aydan 
60 
ayadək
ikinci əl 
avadanlıqları
Finans Lizinq
min. məbləğ 
10 000 AZN, 
50-60%-ə 
qədəri ödənir
20-25%-
dən 
başlayaraq
40%
12-60 ay
nəqliyyat, inşaat, 
istehsalat, k/t 
avadanlıqları, 
iaşə
Parex 
Leasing & 
Factoring
10 000 AZN
20-35% 
obyekt 
növündən 
asılı olaraq 
dəyişir 
30-60 
aya 
qədər
xüsusi təyinatlı 
texnika, 
avadanlıq, minik 
avtomobilləri 
Mənbə: Şirkətlərin rəsmi saytları


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə