Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə52/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   48   49   50   51   52   53   54   55   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
140 
olub  ki,  onun  tərkibində  lizinq  yolu  ilə  investisiya  qoyuluşu  0,17  mlrd.  ABŞ 
dollarına bərabər olmuşdur. 2011-ci ildə isə ümumi investisiya qoyuluşunun 
həcmi artaraq 21,66 mlrd. ABŞ dolları olub, lakin belə artımın tərkibində lizinq 
yolu ilə investisiya qoyuluşunun həcmi 2010-cu ilə nisbətən azalaraq 0,15 mlrd. 
ABŞ dolları olmuşdur. Bunu aşağıdakı qrafikdə (2) daha aydın görmək olur.
Lizinq  münasibətlərini  tənzimləyən  xüsusi  orqanın  yoxluğu  bu  sektorun 
zəif inkişaf etməsinin səbəblərindən biri kimi qiymətləndirilir. Hətta Beynəlxalq 
Maliyyə  Korporasiyası  (İFC)  Azərbaycanın  lizinq  bazarının  inkişafı  üçün  belə 
bir  orqana  ehtiyacı  olduğunu  müəyyən  etmişdir  [17].  Çünki  ölkənin  lizinq 
bazarı hələ də tam formalaşmadığından inkişaf üçün dövlət tərəfindən gələn 
dəstək  və  tənzimləyici  tədbirlər  geniş  imkanlar  aça  bilər.  Məhz  tənzimləyici 
orqanın olmamasının nəticəsi idi ki, 2009-cu ildən tətbiq edilən kapitallaşmaya 
yönəldilmiş gəlirə edilən vergi güzəştləri yalnız banklara və sığorta şirkətlərinə 
aid edilmiş və lizinq şirkətləri burada nəzərə alınmamışdır. Lizinq bazarları üçün 
tənzimləyici orqan kimi ideal seçim müxtəlif qurumlar ola bilər.
Ümumiyyətlə,  hər  bir  ölkədə  lizinq  münasibətlərinin  dövlət  tərəfindən 
tənzimlənməsinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Lizinqin  bankların  spe-
sifik xidməti kimi fəaliyyət göstərdiyi ölkələrdə (İtaliya, Fransa) dövlət yalnız 
bankları deyil, həm də lizinq münasibətlərini tənzimləyir. Böyük Britaniya və Al-
maniyada banklar yalnız lizinq əməliyyatlarının o hissəsini tənzimləyir ki, həmin 
hissə  onların  strukturlarına  tabe  olsun.  Fransada  isə  lizinq  fəaliyyəti  banklar 
kimi çox ciddi şəkildə dövlət tərəfindən tənzimlənir. İtaliya, ABŞ və Fransa qa-
nunvericiliyi lizinq mexanizminə xüsusi tələb irəli sürür. Belə ki, lizinq müqaviləsi 
məhkəmə orqanlarından qeydiyyatdan keçməlidir. Böyük Britaniya, Almaniya, 
Danimarka və Niderlandda, bir qayda olaraq, lizinq fəaliyyəti tənzimlənmir və 
məhdudlaşdırılmır.  Lakin  belə  ölkələrdə  lizinqə  dövlət  tərəfindən  investisiya 
fəaliyyətinin  mühüm  forması  kimi  dəstək  verilir.  Məsələn,  İrlandiyada  lizinq 
kampaniyalarının stimullaşdırılması məqsədilə dövlət tərəfindən subsidiyalar 
təqdim edilir, sürətləndirilmiş amortizasiya tətbiq edilir və s. imtiyazlar verilir. 
Nəticədə, İrlandiya dünyada təyyarələrin lizinqi üzrə mərkəz olmuşdur [18].
Qrafik 2.
 
Mənbə:  www.stat.gov.az
2010
2011
Lizinq yolu ilə investisiya 
qoyuluşu (mlrd. dollar)
0.17
0.15
Ümumi investisiya 
qoyuluşu (mlrd. dollar)
17.6
21.66


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
141
Cədvəl  4-ə  nəzər  salsaq  görərik  ki,  ölkəmizdə  fəaliyyət  göstərən  bir  çox 
lizinq şirkətlərinin təsisçiləri yerli banklar və xarici şirkətlərdir. Bu, onu göstərir 
ki,  ölkənin  lizinq  bazarında  problemli  məsələlərdən  biri  də  maliyyələşdirmə 
mənbələridir. Hal-hazırda lizinq şirkətlərinin güclü maliyyələşdirmə mənbələrinə 
ehtiyacı vardır. Belə ki, son maliyyə böhranı ilə əlaqədar olaraq xarici kapitalın 
yerli lizinq bazarına cəlb edilməsi çətin məsələdir. Yerli bankların maliyyələşdirmə 
mənbəyi kimi çıxış etməsinin əsas səbəbi isə onların pul kapitalına malik olması 
və lizinq xidmətinin bu pul kapitalına olan tələbatı ilə bağlıdır.
Bəzi yerli bankların lizinq xidməti göstərməsi lizinq şirkətlərinin inkişafına 
mane olur. Bankların daha çox pul kapitalına malik olması onları bazarda liz-
inq şirkətlərinin güclü rəqiblərinə çevirir. Zəif inkişaf edən lizinq şirkətləri isə 
bu rəqabət mühitində tab gətirə bilmirlər. Nəticədə, ölkədə lizinq portfelinin 
həcmi aşağı olur.    
Bu gün kənd təsərrüfatı sektorunda rəqibsiz lider lizinq şirkəti “Aqrolizinq 
ASC”-dir. Kənd təsərrüfatının inkişafı ilə bağlı olan dövlət sifarişləri yalnız bu 
şirkətə verilir. Aqrolizinq ASC-yə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi 
üçün 2005-2012-ci illər üzrə dövlət büdcəsindən və digər mənbələrdən 370,63 
milyon manat maliyyə vəsaiti ayrılmışdır (Cədvəl 5).
Bundan  başqa,  “Azərbaycan  Respublikasında  heyvandarlığın  inkişafı  ilə 
bağlı əlavə tədbirlər haqqında”  Prezident Sərəncamına (11 fevral 2013-cü il) 
əsasən,  xaricdən  damazlıq  heyvanların  idxal  olunmasının  və  heyvandarlıqla 
məşğul  olan  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  50%  güzəştlə  lizinq 
yolu ilə satılmasının təmin edilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş 
Azərbaycan  Respublikası  Prezidentinin  ehtiyat  fondundan  “Aqrolizinq”  Açıq 
Səhmdar Cəmiyyətinə 10 milyon manat vəsait ayrılmışdır [19].
Cədvəl 4.
Şirkətin adı
Təsisçilər
Ansar Leasing
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (100%)
Qafqaz Lizinq MMC
Türkiyənin NAB şirkətlər qrupu (100%)
Joint Leasing Company
BB-nın DH Leasing LTD (52,4%)
Azərbaycan Beynəlxalq Bankı (47,6%)
AG Leasing
AG Bank (35%)
İngilis şirkəti - Hiperion Capital Managemnet (30%)
Amerikan şirkəti - Delta Trans LTC (25%)
İngilis firması – Milio Leasing Limited (10%)
Unileasing QSC
 
Unibank (66,67%) AYİB (33,33%)
Parex 
Leasing&Factoring
Latviyanın Parex  Bankı (əvvəl)
 Hollandiyanın SWITLAR Investments (indi)
MCB Lizinq QSC
Pakistanın MCB Bank Limited, Yerli rezident
 
Mənbə:   Şirkətlərin rəsmi saytları


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
142 
Dövlət tərəfindən güzəştli imtiyazların “Aqrolizinq”ə verilməsi kənd təsərrüfatı 
sektorunun inkişafına səbəb olmuşdur. Belə ki, ayrılmış və təkrar istifadə olunan 
vəsait hesabına 2005-2012-ci illər ərzində müxtəlif markalı 1033 ədəd taxılbiçən 
kombayn, 4252 ədəd traktor, 164  ədəd ekskavator, 8960 ədəd traktora qoşulan 
kənd təsərrüfatı texnikaları (kotanlar, kultivatorlar, ot biçən texnika, ot və küləş 
presləyən, malalar, taxıl səpən, gübrə səpən, çiləyicilər, traktor qoşquları və s.), 9 
dəst süd zavodu avadanlıqları, 23 dəst soyuducu kameraları, 8 dəst qarışıq yem 
istehsal zavodu avadanlıqları, kənd təsərrüfatı texnikalarına lazım olan ehtiyat 
hissələri, dəzgahlar alınmışdır. Nəticədə, kənd təsərrüfatı müəssisələrində əsas 
istehsal  fondlarının  strukturunda  maşın  və  avadanlıqların  payı  2003-cü  ildə 
10,2%  olduğu halda, 2011-ci ildə bu göstərici artaraq 17,2% olmuşdur. Kənd 
təsərrüfatının  inkişafına  baxmayaraq,  “Aqrolizinq”  ASC-nin  2012-ci  il  maliyyə 
hesabatına əsasən, cəmiyyət 2012-ci ili 1 mln. 340 min 905 manat zərərlə başa 
vurmuşdur. Qeyd edək ki, 2011-ci il üçün zərər 801 min 148 manata bərabər 
olmuşdur  [20].  Buna  görə  də  digər  lizinq  şirkətlərinin  də  bu  istiqamətdə 
fəaliyyətinin  artırılması  məqsədəuyğundur.  Kənd  təsərrüfatı  sektorunda  lizinq 
xidmətinin  daha  da  geniş  yayılması,  digər  lizinq  şirkətlərinin  də  potensial 
müştərilərinin  reallaşdırılması,  eyni  zamanda  “Aqrolizinq”  şirkətinin  sağlam 
rəqabət mühitində daha da inkişaf etməsi üçün, yaxşı olardı ki, Prezidentin ehtiyat 
fondundan ayrılan vəsait bərabər səviyyədə olmasa da, müəyyən hissələrlə digər 
lizinq  şirkətləri  arasında  da  bölüşdürülsün.  Təbii  ki,  vəsaitin  bölüşdürülməsi 
zamanı həmin lizinq şirkətlərinin fəaliyyətinin hansı səviyyədə olmasını nəzərə 
almaq məqsədəuyğun olardı. Belə olan halda sağlam rəqabət mühiti formalaşar, 
nəticədə, lizinq şirkətləri güclü rəqabət şəraitində kənd təsərrüfatı sektorunda 
daha da inkişaf edərlər. Belə ki, lizinq şirkətlərinin daha çox müştəri qazanmaq 
həvəsi onların əlavə xidmətlər göstərməsinə gətirib çıxaracaq ki, bu da birbaşa 
operativ lizinqin inkişafı deməkdir.
Cədvəl 5.
İllər
Dövlət büdcəsi və digər mənbələrdən ayrılmış vəsaitlər (mln., AZN)
2005
25,0
2006
41,0
2007
37,5
2008
72,5
2009
48,23
2010
44,6
2011
46,8
2012
55,0
Mənbə: Aqrolizinq.com
Azərbaycanda  lizinq  şirkətlərinin  lisenziya  verilmədən  yaradılması,  mini-
mum  nizamnamə  kapitalının  tələb  olunmaması,  bankların  da  lizinq  xidməti 
göstərməsi lizinq bazarına istənilən şəxsin daxil olmasına səbəb olur. Bu məsələ 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə