Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə48/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   44   45   46   47   48   49   50   51   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
131
Lizinqin (ingiliscə “lease” – icarəyə vermək) iqtisadi termin kimi formalaşması 
isə  “Bell”  telefon  şirkəti  rəhbərliyinin  1877-ci  ildə  öz  telefonlarını  satmaq 
əvəzinə    onları  icarəyə  vermək  qərarına  gəlməsi  ilə  bağlıdır.  Lakin  fəaliyyəti 
lizinq  əməliyyatları  olan  ilk  cəmiyyət  1952-ci  ildə  San-Fransisko  şəhərində 
yaradılmış  “United  States  Leasing  Corporation”-dır  (hazırkı  adı  “United 
States Leasing International Inc”) [2]. Beləliklə, Amerika Birləşmiş Ştatları yeni 
bir  biznes  növünün  vətəni  olmuşdur.  Lizinq  əməliyyatları  ötən  əsrin  50-ci 
illərinin sonlarında Avropada
1
, 1962-ci ildən isə Yaponiyada istehsalın texniki 
təchizatında geniş istifadə edilmişdir. Hal-hazırda İEÖ-də kapital yatırımlarının 
30-40%-i lizinq yolu ilə həyata keçirilir.
Lizinq- lizinq verənlə lizinq alan arasında imzalanan maliyyə sazişidir və 
həmin sazişin obyektiv əsasını aşağıdakılar təşkil edir:
- Lizinq subyektləri;
- Lizinq obyekti;
- Lizinq müqaviləsinin müddəti;
- Lizinq ödənişləri;
- Lizinq üzrə təklif olunan xidmətlər.
Lizinq subyektləri lizinq alan, lizinq verən, satıcı (birbaşa iştirakçılar), lizinq 
verəni  kreditləşdirən  və  müqavilənin  zamini  rolunda  çıxış  edən  kommersiya 
və  investisiya  bankları,  sığorta  şirkətləri,  broker  və  digər  vasitəçi  şirkətlərdir 
(dolayı iştirakçılar).
Lizinq  obyektləri  isə  sərbəst  dövriyyə  qabiliyyətinə  malik  olan  əsas 
vəsaitlərdir (daşınan və daşınmaz).
Bəzi ədəbiyyatlarda lizinqi icarənin bir növü kimi qiymətləndirirlər. Belə olan 
halda icarə müddətindən asılı olaraq müqavilələrin 3 növü müəyyənləşdirilir:
1.  İcarə müddəti 1 gündən 1 ilə qədər olan qısamüddətli icarə (ing.: renting);
2.  İcarə müddəti 1 ildən 3 ilə qədər olan ortamüddətli icarə (ing.: hiring);
3.  İcarə müddəti 3 ildən 20 ilə qədər olan uzunmüddətli icarə (ing.: leasing).
Göründüyü kimi, icarə müqaviləsinin müddətinə görə uzunmüddətli 
icarə (3-20 il) real olaraq lizinq adlanır.
Lizinq ödəmələrinin iqtisadi strukturunu aşağıdakılar təşkil edir:

Lizinq obyektinin dəyəri;

Normativ istismar müddəti;

Amortizasiya norması;

Ssuda faizi;                                                                               

Fəaliyyət növü; 

Vergi güzəştləri;

Lizinq şərti (lizinq müddəti başa çatdıqda obyektin alışı və ya qaytarılması);

Lizinq xidmətlərinin tələb və təklifi.
Lizinq ödənişinin məcmu məbləğinin tərkibinə onun aşağıdakı əsas elementləri 
daxil olmalıdır [3]:
1 Amerika maliyyə lizinqinin yaradıcısı Henri Şonfeld olub. O, bu fəaliyyəti ancaq dəmiryolu nəqliyyatı sahəsinə tətbiq edib, 
daha sonra “United States Leasing Corporation” lizinq şirkətini yaradıb.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
132 
-  cari  ildə  amortizasiya  ayırmalarının  dəyəri  (beynəlxalq  təcrübədə  lizinqin 
müddəti,  adətən,  amortizasiya  müddətindən  az  olur  və  bu,  aşağıdakı 
cədvəldə (1) öz əksini tapır);
Cədvəl 1.
Amortizasiya müddəti
3
4
5
6-7
8
9-10
Lizinqin minimal müddəti
3
3
4
5
6
7
-   müqavilənin lizinq verən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan 
resursların ödənişi;
-   lizinq  marjası-  bura  lizinq  verənin  göstərdiyi  xidmətlərə  görə  əldə  etdiyi 
gəlir daxildir (1-3%);
-   riskin  mükafatı-  bu  məbləğ  lizinq  verənin  aid  olduğu  müxtəlif  risklərin 
səviyyəsindən asılıdır.
Resursların  qiymətini  Q,  lizinq  marjasını  M  və  risk  məbləğini  R  ilə  işarə 
etsək, onda lizinq faizinin mahiyyəti aşağıdakı formulda öz ifadəsini tapacaq:
LF= Q+M+R
Lizinq  ödəmələrinin  məbləğinin  hesablanması  üçün  daha  çox  annuitet 
(konkret borc üzrə illik məcburi ödəmələr) düsturundan istifadə olunur ki, bu 
da lizinq müqaviləsinin bütün şərtləri üzrə lizinq ödəmələrinin faktiki qiymətini, 
xüsusilə  də  müqavilənin  məbləğini,  müddətini,  ödəmələrin  dövriliyini  və 
borcların verilməsini daha aydın əks etdirir. 
Annuitet borcun aylıq bərabər hissələrdə ödənilməsidir. Annuitet ödəniş 
zamanı lizinq alan, qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda 
məbləğ  ödəyir.    Bu  ödənişlər  aylar  üzrə  elə  hesablanır  ki,  lizinqin  ödəniş 
müddətinin  sonunda  borc  tamamilə  ödənilmiş  olsun.  Lizinq  şirkətləri  üçün 
annuitet  ödənişinin  tətbiq  edilməsi  daha  sərfəlidir.  Çünki  bu  zaman  onlar 
faizlərdə daha çox mənfəət qazanırlar. Borcalanlar üçün isə annuitetin təqdim 
etdiyi yeganə üstünlük  aylıq ödənişlərin bərabər olmasıdır, yəni onlar konkret 
olaraq hər ay nə qədər pul ödəməli olduqlarını bilirlər. Bu, hər ay fərqli məbləğ 
ödəməkdən daha asandır [4].
Annuitet formuluna əsasən, mütəmadi aylıq ödənişlərin miqdarı aşağıdakı 
kimi müəyyən olunur: 
Burada,
 A
ö 
- aylıq annuitet ödəniş, 
Km - kredit məbləği


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
133
Aə
 
 - annuitet əmsalıdır.
Annuitet əmsalı aşağıdakı düstura uyğun müəyyən edilir [5]:
 Burada,
 i - faiz məbləği, aylıq paylar üzrə, məsələn, illik nominal faiz dərəcəsi 24% 
olarsa, i = 0,24/12, 
- kreditin götürüldüyü ayların sayıdır.
Bu 
metoddan 
Almaniya, 
Avstriya, 
Yaponiya,  Fransa,  İtaliya  və  Rusiyanın  lizinq 
kampaniyalarında istifadə olunur [6].
Beynəlxalq  səviyyədə  lizinqin  əsas  2  növü 
fərqləndirilir:  maliyyə  lizinqi  və  operativ  lizinq. 
Belə bölünmə üçün meyarlar bunlardır [7]:
- avadanlığın istismar müddəti;
- lizinq verənin vəzifələrinin həcmi.
Maliyyə 
lizinqində 
avadanlığın 
uzunmüddətli  icarəyə  verilməsi  və  müqavilə 
müddətinin sonunda bu avadanlığın müqavilədə 
əvvəlcədən  nəzərdə  tutulmuş  simvolik  bir 
dəyərlə  lizinq  alana  satılması  nəzərdə  tutulur. 
Maliyyə  lizinqinin  və  ya  tam  ödənilən  lizinqin 
mahiyyəti  ondadır  ki,  müqavilə  müddəti 
ərzində əmlak tamamilə amortizasiyaya uğrayır 
və  lizinq  verən  lizinq  tədiyyələri  hesabına  əmlakın  dəyərini  və  onun  əsas 
hissəsini  geri  qaytarır.  Adətən,  maliyyə  lizinqinə  yüksək  texnoloji  avadanlıq 
verilir. Maliyyə lizinqində icarə müddəti, bir qayda olaraq, avadanlığın xidmət 
müddətinə  (amortizasiya  müddətinə)  bərabər  olur.  Maliyyə  lizinqi  daha  çox 
bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq 
şirkəti  tərəfindən  yalnız  satın  alınmasından  ibarətdir.  Lizinq  şirkəti  alınacaq 
avadanlıq  haqqında  heç  bir  məlumata  sahib  deyil.  Hətta  çox  zaman  alınan 
avadanlıq satıcı tərəfindən birbaşa müştəriyə (lizinq alana) təqdim edildiyi üçün 
lizinq şirkəti avadanlığı görmür. Maliyyə lizinqində avadanlığın cari və əsaslı 
təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Müqavilənin 
müddəti bitdikdə, operativ lizinqdə olduğu kimi, lizinq alan sövdə obyektini 
qalan bazar qiyməti ilə ala, bir qədər az müddətə və daha güzəştli dərəcələrlə 
yeni müqavilə imzalaya, obyekti lizinq verənə qaytara bilər [8].
Operativ (istismar) lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin 
(lizinq alanın) əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri 
(avadanlığın saxlanılması, təmiri və xidməti üzrə öhdəlikləri və bu xərclər lizinq 
ödənişlərinə əlavə edilir) lizinq şirkəti öz üzərinə götürür. Buna görə də, operativ 
Maliyyə lizinqi 
sazişindən fərqli 
olaraq operativ lizinq 
sazişləri kreditin 
alınması vasitəsi deyil, 
investisiya edilməsi 
yolu ilə problemin 
həllini nəzərdə tutur. 
Bu, tam amortizasiya-
və mülkiyyət hüqu-
qu ilə bağlı risklərin 
lizinq alanın hesabına 
yazılmasını nəzərdə 
tutmur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə