Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə44/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   40   41   42   43   44   45   46   47   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
119
A
30 000
1
30 000
B
6 000
3
2 000
C
22 000
5
4 400
Mənbə:  Применение  анализа  «затраты-эффективность»  для  выбора 
препаратов из группы аналогов, А. С. Бекетов, Качественная клиническая 
практика, 2002
Bir  məqama  aydınlıq  gətirmək  lazımdır.  Səhiyyə  sektorunda  tətbiqi 
təcrübəsinin  populyar  olmasına  baxmayaraq  eyni  metodu  təhsil  xərclərinin 
səmərəliliyinin qiymətləndirilməsi üçün də tətbiq etmək mümkündür.
3.Xərclərin  Minimallaşdırılmasının  Təhlili.  Xərclərin  Minimallaşdırıl-
ması  Metodu  Xərc-Səmərəlilik  Metodunun  bir  forması  olaraq  alternativ 
qiymətləndirmə  üsulu  kimi  istifadə  edilir.  Eyni  səmərəliliyi  xarakterizə  edən 
iki  və  daha  artıq  müdaxilə  nəticəsində  məsrəflərin  minimuma  endirilməsi 
məqsədilə  istifadə  olunur.  Yəni  müxtəlif  dəyərlərdə  olan,  lakin  eyni  nəticəni 
verən iki və daha artıq variantın nəticələrinin təhlili üçün tətbiq edilir. Çox nadir 
hallarda eyni kliniki nəticələri olan alternativ texnologiyalar tapmaq mümkün 
olduğu üçün bu metod çox az hallarda istifadə edilir. Bir qayda olaraq aşağı-
dakı kimi qiymətləndirilir:
CMA = (DC
1
+IC
1
) – (DC
2
–IC
2
)
CMA – xərclərin fərq göstəricisi 
DC
1
 və DC

– 1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində 
yaranan birbaşa xərclər
IC


 
IC

– 1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində pul ifadəsində 
yaranan dolayı xərclər
4.Xərc–Faydalılıq Təhlili. Xərc-Faydalılıq (Cost Utility) Metodu. Bu iki me-
todun davamı olaraq Xərc-Faydalılıq (Cost Utility) Metodunda QALY (quality 
adjusted life years) – “keyfiyyətli həyat səviyyəsinin saxlanılması illəri” (KHSİ) 
göstəricisindən istifadə olunur. Bu göstəricinin hesablanması daha çox sosio-
loji sorğular vasitəsilə həyata keçirilir. Tətbiq edilən metod sosiologiya elminin 
metodologiyasına əsaslanır. Bu indikatorun tətbiqi zamanı öncədən müəyyən 
edilmiş dəyər parametrlərinin kəmiyyət ifadəsi xüsusilə əhəmiyyət kəsb edir. 
Əhəmiyyətlilik parametrləri (U
t
) tam sağlamlıq nisbətindən (1.00) tam “huşsuz-
luq” vəziyyətinə qədər sıralanır. 
Müalicənin alternativ metodları olaraq aşağıdakı formuldan istifadə edilir:


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
120 
CUA – keyfiyyətli yaşanan 1 ilin dəyəri 
Ut
1
 və Ut


 
1-ci və 2-ci texnologiyalarının tətbiqi nəticəsində yararlılıq və ya 
əhəmiyyətlilik.
5. Xəstəliyə Çəkilən Xərcin Təhlili [Cost Of İllness (COI)]. Bir xəstəliyin 
müxtəlif mərhələlərdə maliyyələşdirilməsinə çəkilən xərc təhlil edilir. Qeyd olu-
nan göstərici bilavasitə səhiyyə sektoru üçün nəzərdə tutulmuşdur və yalnız 
bir səhiyyə təşkilatı çərçivəsində qiymətləndirmə aparmaq üçün istifadə edilir. 
Lakin bu metod keyfiyyəti qiymətləndirməyə imkan vermir [10, s.229].  
COI = (DC + IC)
N – xəstələrin sayıdır.
Təhsilə dövlət büdcəsindən ayrılan xərclərin səmərəliliyinin qiymətləndirilməsi 
məqsədilə bir sıra göstəricilərdən istifadə edilir. Cəmiyyətin, demək olar ki, bütün 
təbəqələrini əhatə etməsi və ümumən hər bir ölkədə hökumətin əsas məqsədinin 
keyfiyyətli  təhsil  xidməti  təqdim  etməyə  hədəflənməsini  nəzərə  alaraq  təhsilin 
hər bir pilləsi üzrə fərqli səmərəlilik göstəricilərindən istifadə edilir. Məktəbəqədər 
təhsildə  ərazidə  yaşayan  uşaqların  məktəbəqədər  təhsillə  təmin  edilmə  əmsalı 
(nisbəti), orta təhsildə üç fənn (riyaziyyat, oxu və təbiət elmləri) üzrə toplanan bal-
lar, ali təhsildə təhsili bitirərək həmin ildə işlə təmin edilmə əmsalı əsas götürülür.
6.Məktəbəqədər təhsilə çəkilən xərclərin səmərəliliyi. Bu və ya digər ra-
yonun ərazisində çoxlu sayda məktəbəqər təhsil müəssisəsi fəaliyyət göstərir. 
Hansı inzibati ərazi vahidinin daha səmərəli şəkildə büdcə vəsaitlərini istifadə 
etməsini  müəyyələşdirmək  üçün  iki  əsas  göstərici  a)  Məktəbəqədər  təhsilə 
çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı və b) Məktəbəqədər təhsilə çəkilən 
büdcə xərclərinin səmərəlilik nisbəti istifadə edilə bilər [5, s. 57-62]. 
C

= A/B
C
e
− Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik əmsalı,
A – uşaqların məkəbəqədər təhsillə təmin edilmə nisbəti, %-lə
B – hər bir uşağa büdcədən məktəbəqədər təhsil alması üçün çəkilən xərc, mln.
manat
E
r
 − Məktəbəqədər təhsilə çəkilən büdcə xərclərinin səmərəlilik nisbəti, %-lə
C
max 
– inzibati ərazi vahidləri arasında daha yüksək paya malik olam subyekt, %-lə
Daha sonra hər iki göstərici nəzərə alınmaqla daha yüksək səmərəliliyə ma-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
121
lik rayon və ya əyaləti müəyyənləşdirmək mümkündür.
7.Riyaziyyat və təbiət fənləri üzrə orta təhsildə biliyin qiymətləndirilməsi 
sistemi  [Trends  in  Mathematics  and  Science  Study  (TIMSS)].  Bu  proqra-
mı  ABŞ-ın  Boston  Kollecinin  nəzdində  fəaliyyət  göstərən  Beynəlxalq  Təhsil 
Mərkəzi  reallaşdırır.  Proqram  orta  təhsildə  keyfiyyətin  qiymətləndirilməsinə 
yönəldilməklə  yanaşı  bir  neçə  ildən  bir  aparılmaqla  nəticələrin  dinamikasını 
müqayisə etməyə imkan verir. 
Əsas xüsusiyyəti orta təhsil proqramının şagirdlər tərəfindən mənimsənilməsi 
dərəcəsini müəyyən etməkdir. Sistem 1995-ci ildən başlayaraq hər 4 ildən bir 
tətbiq olunur. Sonuncu dəfə TIMSS 2007-ci ildə 500000-dən artıq şagird ara-
sında 1000-dən artıq dərslik üzrə qiymətləndirilmişdir. Bir qayda olaraq 4-cü, 
8-ci və sonuncu buraxılış sinifləri üzrə qiymətləndirmə aparılır [18].
Bu proqram çərçivəsində həmçinin şagirdlərin hər bir fənn üzrə “savadlılıq 
dərəcəsi” müəyyən edilir:
  Aşağı səviyyə. Şagirdlərin fənn üzrə baza biliklərinin olması, şəkil və rəsmləri 
izah etmək qabiliyyəti əsas götürülür.
  Orta  səviyyə.  Şagirdlərin  fənn  üzrə  bilikləri  nümayiş  etdirmək  qabiliyyəti 
şərtdir.
  Yuxarı səviyyə. Şagirdlərin fənni dərindən mənimsəmək qabiliyyəti, qazanı-
lan bilikləri tətbiq etməsi mühüm şərtdir.
  “İrəliləmiş”  səviyyə.  Daha  dərin  biliklərə  malik  olmaqla  çoxmərhələli 
məsələləri həll etmək qabiliyyətinin aşkarlanmasıdır.  
8.Şagird  Nailiyyətlərinin  Qiymətləndirilməsi  üzrə  Beynəlxalq  Proq-
ram  [Programme  for  International  Student  Assessment  (PISA)]  İqtisadi 
Əməkdaşlıq və İnkişaf Təşkilatı reallaşdırır. Bu proqram TIMSS-dən fərqli ola-
raq şagirdin təhsil proqramını mənimsəməsi ilə kifayətlənməyərək daha çox 
bu  (riyaziyyat,  təbiət  və  oxu)  fənlərin  dünyada  və  ümumən  həyatda  rolunu 
və  istifadə  yerini  müəyyən  etməyə  hədəflənmişdir.  Bir  sözlə,  PISA  daha  çox 
şagirdin mühakimə yürütmək qabiliyyətini müəyyən etməyə yönəlmişdir [19]. 
Əsas sual “Şagirdlərin icbari 15 illik təhsil aldığı dövrdə qazandığı biliklər on-
lara cəmiyyətdə “fəaliyyət göstərməyə” imkan verirmi?” Proqram 2000-ci ildən 
başlayaraq hər 3 ildən bir tətbiq olunur. 15 yaşlı şagirdlərin testlər vasitəsilə 
qiymətləndirilməsi  zamanı  onların  “səriştəlilik  dərəcəsi”nin  aşağıdakı  şərtləri 
ödəməsi zəruridir:
  Bu və ya digər fənn vasitəsilə ətrafda baş verən problemlərin həll edilməsinə 
çalışmaq;
  Bu fənlərin dilində həmin problemləri keçirtmək;
  Bu problemləri öz “ bilik alətləri” vaistəsilə həll etmək;
  Tətbiq edilən metodları təhlil etmək;
  Qoyulan problem üzrə əldə edilən nəticələri şərh etmək;
  Əldə edilən nəticələri sistemləşdirmək, qeydlər aparmaq.
9.Oxuma  və  qavramanın  keyfiyyətini  tədqiq  edən  beynəlxalq 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə