Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə43/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   39   40   41   42   43   44   45   46   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
116 
Qiymətləndirməmizi bir qədər dərinləşdirək. Daha konkret misalı nəzərdən 
keçirək. Hər il üzrə biz xalis dəyəri diskonlama əmsalına vururuq. Digər tərəfdən, 
cədvəldən göründüyü kimi, ilkin mərhələdə gəlir əldə edilə bilməzdi, məhz bu 
səbəbdən birinci ildə gəlir sıfırla göstərilmişdir. 
Xərcin həcmi 3000 manat olduğu üçün sonrakı illərdə əldə edilən xalis dis-
kontlaşdırılmış gəliri biz yuxarıdakı formula uyğun olaraq bu məbləğdən çı-
xırıq. Sonda 169 manat alırıq. Diskontlaşdırılmamış dəyərlə diskontlaşdırılmış 
dəyər arasındakı fərqə baxdıqda biz onun 1000 və 169 manat olduğunu gö-
rürük. Burdan belə nəticəyə gəlmək olar ki, layihənin müddəti nə qədər uzun 
olarsa, xalis diskontlaşdırılmış gəlir də bir o qədər az olacaqdır.
Sosial,  yəni  büdcə  (ictimai)  sektoru  üçün  diskont  dərəcəsinin  müəyyən 
edilməsi məqsədilə 3 metoddan istifadə edilir. Haqqında danışılan metodlardan 
fərqli olaraq bu metodlar ümumi təhlili və qiymətəndirməni deyil, təhlil zamanı 
istifadə edilən dərəcənin özünü müəyyən etmək üçün aparılır [5, s. 4, 13]. Bu me-
todların sayı üçdür: a)Zamanlararası üstünlüklərin müəyyən edilməsi üçün sosial 
diskont metodu (Social rate of time preferences − SRTP), b)Kapitalın alterna-
tiv dəyərinin müəyyən edilməsi üçün sosial diskont metodu (Social opportu-
nity cost of capital − SOC), c)Kapitalın “kölgə qiyməti”nin müəyyən edilməsi 
üçün sosial diskont metodu (Shadow price of capital − SPC).
Cədvəl 3. Xalis diskontlaşdırılmış gəlirin hesablanması
İllər
Gəlir
Xərc
Xalis 
gəlir
Diskontlama 
əmsalı
Xalis 
diskontlaşdırılmış 
gəlir
1
0
3000
-3000
1
-3000
2
1200
200
1000
1/1.1 = 0.909
909
3
1200
200
1000
1/(1.1)
2
  = 0.826
826
4
1200
200
1000
1/ (1.1)
3
 = 0.751
751
5
1200
200
1000
1/ (1.1)
4
 = 0.683
683
Cəmi
4800
3800
1000
169
SRTP  metodunun  əsas  hipotezi  −  cəmiyyət  gələcəkdə  istehlak  etmək 
niyyəti ilə hazırkı istehlakından imtina etməyə hazırdır. Yəni bu metod insanla-
rın konkret zaman çərçivəsində üstünlük verdiyi məsələləri müəyyən edir. SOC 
metodunun əsas  xüsusiyyəti  ondan ibarətdir  ki,  sosial  dərəcə investor  üçün 
alternativ gəlirlilik kimi götürülür. Bu metod həm dövlət, həm də özəl sektor 
üçün tətbiq edilir. SPC metodu SRTP və SOC metodları özünü doğrultmadığı 
halda tətbiq edilir. Bu 3 metod arasında daha çox üstünlük SRTP metoduna 
verilir, SOC isə köməkedici metod kim qəbul edilir. 
Eyni zamanda, nəzərə almaq lazımdır ki, diskontlama dərəcəsi ölkə, zaman, 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
117
hətta sahələrə görə dəyişir. Məsələn, İtaliyada bütün layihələr üçün bu dərəcə 5%, 
İspaniyada investisiya qoyulan sektordan asılı olaraq 4-6%-dir (tikinti – 6%, su 
sektoru – 4%). ABŞ-da da müxtəlif dərəcələr (ictimai layihələr üçün 7%-dir, dövlət 
borcu ilə bağlı olduqda isə xəzinədarlıq tərəfindən müəyyənləşdirilir) tətbiq edi-
lir. Dünya Bankı bu göstəricini 10% həddində qəbul edir. MDB ölkələrində bu 
göstəricinin əvəzinə investisiya deyflyatorundan istifadə nəzərdə tutulur. 
Ümumiyyətlə,  büdcə  layihələrinin  qiymətləndirilməsi  üçün  tətbiq  olunan 
sosial diskontlaşdırma dərəcəsi büdcə sektoruna qoyulan vəsaitlərin gəlirliliyi 
ilə müəyyənləşdirilir. Bir çox ölkələrdə mərkəzi bankın uçot dərəcəsindən də 
istifadə olunur. İnvestisiya proqramlarının səmərəliliyinin CBA metodu əsasında 
qiymətləndirilməsi bir neçə mərhələdə aparılır.
Cədvəl 4. Müxtəlif ölkələrdə diskont dərəcəsi
SDR
%
Filippin
15
Hindistan, Pakistan
12
Yeni Zelandiya
8 (1982-2008=10)
Kanada
8 (1976-2007=10)
Çin
8
CAR
8 (3, 12)
ABŞ
(1992-ci ilə qədər 10)
Avropa Birliyi
10 (2001-2006=6)
İtaliya
5
Niderland
4
Fransa
4 (1985-2005=8)
Birləşmiş Krallıq
3.5 (1969-1978=10)
Norveç
3.5 (1978-1998=7)
Almaniya Federativ Respublikası
3 (1999-2004=4)
Mənbə: Harrison, M. 2010, Valuing the Future: the social discount rate in cost-
benefit analysis, Visiting Researcher Paper, Productivity Commission, Canberra.
2.Xərc  –  Nəticəlilik  Təhlili.    Xərc  -  Nəticəlilik  (Cost  Effectiveness)  Me-
todu CBA metodu ilə oxşarlıq təşkil edir. Lakin əsas fərq ondan ibarətdir ki, 
qiymətləndirmə  yalnız  pul  ifadəsində  deyil,  həm  də  natural  ifadədə  aparılır. 
Metodun  kifayət  qədər  populyar  olmasına  baxmayaraq,  daha  çox  (dövlət) 
səhiyyə sektorunda tətbiq edilir. 
Xərc səmərəlilik metodunun hesablanma qaydası aşağıdakı formulda ve-
rilmişdir:


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
118 

c/e 
– səmərəlilik əmsalıdır (vahid səmərəyə düşən xərc nisbətini hesablayır, 
misal üçün, 1 xəstəyə düşən nisbət)
TC – (total cost) – hər bir alternativ müalicə üsulunun tətbiqi zamanı yara-
nan birbaşa və dolayı xərclərin həcmi
E – müalicənin səmərəsi (misal üçün, müalicə olunmuş xəstələrin sayı)
C – cost – xərclər 
birbaşa xərclər – bura tibbi yardım göstərildiyi müddətdə yaranan birba-
şa xərclər (diaqnostika, reabilitasiya və profilaktik tibbi xidmətlə bağlı xərclər, 
dərman  preparatlarının  alınması,  xəstənin  qidalanması,  tibbi  avadanlıqdan 
istifadə, tibbi, o cümlədən, avadanlığın və binanın amortizasiya xərcləri) aiddir
dolayı xərclər – bura daha çox “itirilmiş imkanlar üzrə xərclər” aiddir. Misal 
üçün, xəstənin ailə üzvlərinin xəstəyə xidmətlə bağlı işə getməməsi nəticəsində 
“itirilmiş  zamanın  dəyəri”,  xəstənin  özünün  işə  çıxmaması  və  ya  əlil  qalması 
səbəbindən yaranan xərclər. 
Bir sıra hallarda artım göstəricisi olaraq istifadə edilir. Məhz bu səbəbdən 
qiymətləndirmə metodu bəzən CEA deyil, ICEA (Icremental Cost Effectivness 
Analysis) olaraq adlandırılır. 
ICER (Icremental Cost Effectiveness Ratio) – Xərc-Səmərəliliyi nisbətinin 
artım əmsalı
ΔC – xərclərdəki dəyişmə
ΔE – (sosial səmərə) nəticəliliyin dəyişməsi
Formulun interpretasiyası belədir ki, ICER nə qədər kiçikdirsə, bu istiqamətdə 
nəticəliliyin əldə edilməsi üçün bir o qədər az xərc həyata keçirilir. 
Nümunə.  Metodun  mahiyyətini  açmaq  üçün  sadə  bir  misalı  nəzərdən 
keçirək. 3 preparatdan istifadə etməklə 100 nəfər xəstənin müalicəsinin dəyəri 
müvafiq olaraq 30000 avroya qədərdir. 3 nümunənin müqayisəsi C preparatın-
dan istifadə nəticəsində xilas edilən ömürlərin sayının daha yüksək, B prepara-
tından istifadə etməklə isə 
c/e
 əmsalının daha aşağı olduğunu göstərir. Sadə 
formuldan  istifadə  etməklə  əlavə  səmərəlilik  vahidinin  qiymətini  hesablaya 
bilərik. Konkret olaraq bu misalda əlavə səmərəlilik vahidi (22 000 – 6 000)/5-
3 = 8000 manat təşkil edəcəkdir. Deməli, C preparatından istifadə edən xəstə 
5 ildən artıq yaşayarsa, o zaman onun hər yaşadığı il üçün maliyyələşmənin 
həcmi 8000/5=1600 manat təşkil edəcəkdir.
Cədvəl 5. Xərc-Səmərəlilik nisbətinin hesablanması
100 nəfər xəstənin 
müalicəsinin 
dəyəri, manat
100 xəstənin müalicəsi 
nəticəsində “xilas edilən” 
insanların sayı, nəfər
Xərc-Səmərəlilik 
Nisbəti (əmsalı)


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə