Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə41/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   37   38   39   40   41   42   43   44   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
110 
Müasir  iqtisadi  nəzəriyyədə  fəaliyyətin  səmərəliliyinin  qiymətləndirilməsi 
üçün aşağıdakı meyarlardan istifadə olunur:
1.  Kaldor-Xiks meyarı – bölgü sistemi o zaman səmərəlidir ki, hər hansı bir 
fəaliyyət nəticəsində zərər çəkən tərəflər tam kompensasiya alır, cəmiyyətin 
digər hissəsinin isə vəziyyəti yaxşılaşır;
2.  Skitovski meyarı – Kaldor-Xiks meyarı ödənildikdə əhalinin iqtisadi rifah halı 
yaxşılaşır və zərər çəkən tərəfin mənfəət əldə edən tərəfə təsir imkanı yoxdur;
3.  Littl meyarı – fəaliyyətin səmərəliliyinin təmin edilməsi üçün Skitovski me-
yarı təmin edilir və rifahın paylanmasında mənfi dəyişiklik baş vermir.
Xüsusən  keçən  əsrdə  dövlətin  milli  iqtisadiyyatlarda  rolunun  artması 
dövlət  büdcəsi  xərclərinin  səmərəliliyinin  qiymətləndirilməsi  məsələsinin  ak-
tuallığını daha da artırmışdır. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyini 
qiymətləndirmək məqsədilə nəticəyə hədəflənmiş büdcə metodundan istifadə 
edilməyə  başlanılmışdır.  Bu  isə  öz  növbəsində  dövlət  büdcəsi  xərclərinin 
məqsədli  proqramlar  səviyyəsində  icrasını  təmin  etməklə  həmin  vəsaitlərin 
daimi (aylıq, rüblük və illik) monitorinqi və büdcə xərclərinin məqsədli, ünvanlı, 
səmərəli istifadəsini qiymətləndirmək imkanı verir. 
Büdcə  xərclərinin  səmərəliliyinin  nəticəyə  hədəflənmiş  büdcə  metodu 
əsasında qiymətləndirilməsi iki mərhələdən – büdcə prosesinin monitorinqindən 
və qiymətləndirmədən ibarətdir. Monitorinq – qoyulan hədəflərə çatmaq üçün 
nailiyyətlərin mütəmadi olaraq izlənilməsi və bu haqda hesabatların təqdim 
edilməsidir. Qiymətləndirmə – həm proqramların icrasının nəticələrinin strateji 
məqsəd və hədəflərlə müqayisə və müzakirə edilməsi, həm də strateji məqsəd 
və hədəflərin uyğunluğunun və münasibliyinin təhlil edilməsidir. 
B.Səmərəlilik anlayışının mahiyyəti
Nəticəyə hədəflənmiş büdcə metodunun üstünlüklərindən maksimum ya-
rarlanmaq üçün aşağıdakı məqamların nəzərə alınması zəruridir. İlk növbədə 
dövlət xərclərinin səmərəliliyi anlayışının (xüsusilə haqqında danışılan metod 
çərçivəsində) mahiyyətini açmağa çalışaq. 
Rusiya alimi A.Ulyukayevə görə, bu anlayışın iki tərkib hissəsi var:
  nəticəlilik (effectiveness) – planlaşdırılan nəticənin icra səviyyəsi;
  effektivlik və ya səmərəlilik (efficiency) – vahid məhsula (və ya xidmətə, işə) 
çəkilən məsrəflərin minimuma endirilməsi.
Bir sıra tədqiqatlarda səmərəlilik (efficiency) termininin daha iki - allokativ 
və texniki forması qeyd edilir. Allokativ səmərəlilik dedikdə sərəncamda olan 
resursların maksimal şəkildə səmərəli istifadə edilməsi (və ya məhsulların opti-
mal bölüşdürülməsi) nəzərdə tutulur [16, s.3-4; 17, s.5].
M.Afanasyev  dövlət  strukturlarının  fəaliyyətinin  yekun  qiymətləndirilməsi 
üçün aşağıdakı göstəriciləri təklif edir [2, s.22-28]:


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
111
  sosial səmərə – qarşıya qoyulan sosial hədəflərin nail olma səviyyəsi (faiz və 
ya mütləq ifadədə);
  iqtisadi səmərə – vahid məhsula çəkilən məsrəflərin həcmi;
  sosial-iqtisadi səmərə – əldə edilən sosial səmərə ilə məsrəflərin nisbəti;
  qənaətlilik – əmək, maliyyə və maddi resursların alınması və istifadə olun-
masının iqtisadi rentabelliliyi.
A.P.Kovalevski səmərəlilik və nəticəlilik terminləri ilə yanaşı daha iki  - il-
kin və yekun (son) nəticə terminlərindən istifadə edir. İlkin nəticə (Output) − 
təqdim  edilən  xidmətlərin  həcmi,  yekun  nəticə  (Outcome)  −  təqdim  edilən 
xidmətlərin nəticəsidir.
Şəkil 1. Səmərəlilik və nəticəliliyin konseptual çərçivəsi
Mənbə: The effectiveness and efficiency of public spending, Ulrike Mandl, 
Adriaan Dierx, Fabienne Ilzkovitz, Economic Papers 301/February 2008
Sadə bir nümunə ilə yuxarıdakı çərçivəni izah edək. Misal üçün, şagirdlərin 
təhsil  alması  üçün  dövlət  büdcəsindən  ayrılan  vəsait  hesabına  məktəbin 
tikilməsi  “daxilolma”dır.  Məktəbdə  uşaqların  dərs  keçməsi  “ilkin  məhsul”dur. 
Şagirdlərin təhsil alaraq savadlılıq dərəcəsinin artması “aralıq nəticə”, təhsil al-
manın ölkədə yoxsulluğun azaldılması və iqtisadi artımın yüksəlməsinə təsiri 
“yekun nəticə”dir [15, s.161].
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodikasına görə, səmərəliliyin 
qiymətləndirilməsi aşağıdakı parametrlərlə xarakterizə olunur:

sadə göstəricilərdən istifadə səviyyəsi, göstəricilər sisteminin formalaşdı-
rılması;

kəmiyyət  göstəriciləri  ilə  yanaşı  keyfiyyət  göstəricilərindən  də  istifadə 
olunması;

fəaliyyət, proses və təşəbbüslərin qiymətləndirilməsi;

qiymətləndirmənin  prioritet  parametrlərinin  müəyyənləşdirilməsi 
(səmərəlilik, xidmətin keyfiyyəti, qənaətlilik, nəticəlilik).
C.Səmərəliliyin qiymətləndirilməsinin metod və üsulları
Beynəlxalq təcrübədə səmərəliliyin qiymətləndirilməsi məqsədilə daha çox 
yayılmış aşağıdakı əsas metodlardan istifadə olunur. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
112 
1.İndekslərin təhlili (Ratio analysis) metodunun mahiyyəti hər hansı bir 
təsərrüfat  subyektinin  əvvəlki  illərlə  və  eyni  sahədə  olan  digər  təşkilatların 
fəaliyyətinin nəticələri ilə müqayisəli təhlilindən ibarətdir. Bu məqsədlə dövlət 
tərəfindən təqdim edilən xidmətlərin maya dəyəri, həmçinin istehsal göstəricisi 
kimi daxil olan ehtiyatların dəyərinin istehsal xərclərinə nisbəti göstəricilərindən 
istifadə olunur. Bu, bir tərəfdən çox sadə metod olsa da, digər tərəfdən  dövlət 
təşkilatının idarəetmə strukturuna təsir edən obyektiv amilləri nəzərə almağa 
imkan vermir. Məhz bu səbəbə görə bu metodun xidmət sahəsinə deyil, isteh-
sal strukturlarına tətbiqi daha məqsədəuyğundur.
2.Reqressiya təhlili zamanı səmərəlilik göstəricisi kimi orta göstəricidən 
kənarlaşma  həddi  qiymətləndirilir.  Lakin  səmərəliliyin  maksimum  həddinin 
qiymətləndirilməsi üçün ən yüksək “nəticəliliyə” hədəflənmək lazımdır ki, bu 
metodun köməkliyi ilə qeyd olunanları etmək mümkün deyil. Göründüyü kimi, 
bu metodun da öz çatışmazlıqları vardır.
3.Proqramların reytinq qiymətləndirilməsi (PART) metodu. Beynəlxalq 
təcrübədə  dövlət  büdcəsi  xərclərinin  85%-ə  qədər  hissəsinin  (xüsusilə 
məqsədli)  proqramlar  əsasında  icra  edilməsi  nəzərə  alınmaqla  proqramların 
özlərinin  nəticələrinin  qiymətləndirilməsi  məqsədilə  bu  metoddan  istifadə 
edilir. 2002-2009-cu illərdə ABŞ-da (hazırda Şotlandiya və Cənubi Koreyada) 
tətbiq  edilən  bu  metodun  mahiyyəti  hər  bir  proqram  çərçivəsində  həyata 
keçirilən  tədbirlərin  və  ümumən  proqram  komponentlərinin  xüsusi  çəkisinə 
uyğun əmsalların müəyyənləşdirilməsini nəzərdə tutur ki, bu əmsallara uyğun 
da müvafiq qiymətləndirmə həyata keçirilir. PART metodu üzrə qiymətləndirmə 
hazırlanmış anketlər əsasında aparılır. Bu anketlərdə 25 və bəzən daha artıq 
sual olur. İl ərzində seçmə üsulla ümumi proqramların 20%-i yoxlanılır. Büdcə 
qərarlarının  qəbul  edilməsində  Konqres  bu  metoddan  istifadə  etməsə  də, 
dövlət  təşkilatları  tərəfindən  federal  büdcə  layihəsinin  hazırlanması  zamanı 
istifadə edilir. 
Cədvəl 1. PART metodu üzrə proqramların nəticələrinin 
qiymətləndirilməsi
BAL
Səmərəli 
85-100
“Mülayim” səmərəli 
70-84
Adekvat 
50-69
Səmərəsiz 
0-49
PART metodu əsasında qiymətləndirmə proqramların 7 kateqoriyaya 
bölünməsini şərtləndirir:
  Birbaşa federal proqramlar (xidmətin bilavasitə dövlət qulluqçuları 
tərəfindən göstərilməsi);
  Müsabiqə əsasında qrantların verilməsi;


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə