STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
102
Yunanıstan
0.583085
0.581500
İspaniya
0.467844
0.467989
Macarıstan
0.396255
0.396011
Şri Lanka
0.615019
0.611587
İslandiya
0.454084
0.450000
İsveç
0.472545
0.471316
Hindistan
0.516164
0.514300
İsveçrə
0.514127
0.512854
İndoneziya
0.492009
0.490806
Tayland
0.411083
0.410141
İran
0.657679
0.658200
Tunis
0.565807
0.572077
İrlandiya
0.432719
0.432131
Türkiyə
0.470515
0.469692
İsrail
0.497869
0.501600
ABŞ
0.523487
0.522713
İtaliya
0.456280
0.458667
Ukrayna
0.392260
0.393590
Yaponiya
0.553609
0.552600
Birləşmiş ƏƏ
0.600339
0.597475
Qazaxıstan
0.589493
0.587500
Böyük
Britaniya
0.501893
0.501433
Qırğızıstan
0.436167
0.418700
Venesuela
0.639597
0.637657
Mənbə: Müəllif hesablamaları
Bu o deməkdir ki, qeyd olunan ölkələrdə daxili resurslar nisbətən daha
çoxdur və ixrac üçün əlavə üstünlüklər mövcuddur.
Məlumdur ki, dünya iqtisadiyyatında böhranların tsikli çox qısalmışdır.
Qısaca desək, iqtisadi böhranlar son dövrlərdə daha tez-tez baş verir. Sonuncu
dünya maliyyə böhranını xatırlasaq, bu böhranın məhz ilkin olaraq ABŞ-da
təzahür etdiyi qənaətinə gələ bilərik. Təbii ki, bu böhran özünü ilk olaraq
bank sektorunda göstərsə də, sonra o, ABŞ-ın makroiqtisadi göstəricilərinə
də öz mənfi təsirlərini göstərməyə başlamışdır. Bunun nəticəsində isə ABŞ-la
qarşılıqlı iqtisadi əlaqələrdə olan ölkələr də müəyyən itkilərə düçar olmuşlar.
Bu bölmədə ABŞ və ya Azərbaycanın digər partnyor ölkələrində baş verə
biləcək itkilərin ölkəmizin iqtisadiyyatında nələrə səbəb olduğunu təhlil
etməyə çalışacağıq. Eyni zamanda, Azərbaycanla müqayisədə digər region
ölkələrində baş verə biləcək dəyişikliklərə də nəzər salmaqla müqayisəli bir
təhlil aparmağa çalışacağıq. Hesab edək ki, böhran nəticəsində ABŞ-ın son
məhsulunda 5 faizlik bir azalma müşahidə olunmuşdur. Belə olan halda bunun
bəzi ölkələr üzrə nəticələri aşağıdakı cədvəldə verilmişdir (
bax: cədvəl 5).
Cədvəl 5. ABŞ-ın son məhsulunun 5 faiz azalmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın həcmindəki
itkilər (dollarla)
Cəmi dünyaya nisbətən
faizlə
ABŞ
-1445705221556,8
99,69129589248
Azərbaycan
-3330,5
0,00000022966
Gürcüstan
-549324,7
0,00003787971
Ermənistan
-210559,2
0,00001451950
Rusiya
-98847467,5
0,00681621121
Kanada
-676672999,5
0,04666124685
Çin
-1098831167,6
0,07577194952
Böyük Britaniya
-205107045,7
0,01414353831
Niderland
-121347514,8
0,00836774387
Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
103
Meksika
-286689608,1
0,01976921583
Fransa
-325160503,3
0,02242204805
Cəmi dünya üzrə
-1450181992935,6
100,00000000000
Mənbə: Modeldən alınmış nəticələr
Qeyd edək ki, əsas simulyasiya cədvəlində 69 dövlət içərisində ən az itki
məhz Azərbaycanda qeydə alınmışdır. Biz mətndə ancaq cədvəl 5-də verilmiş
dövlətlərin nəticələrini verməklə kifayətlənmişik. Göründüyü kimi, region
ölkələrindən ən çox itki ilə üzləşən Gürcüstan və Ermənistandır ki, ABŞ-ın son
məhsulunun 5 faiz azalması nəticəsində bu ölkələrdə ümumi buraxılış müvafiq
olaraq təqribən 550 min və 210 min dollar təşkil etmişdir. Müqayisə üçün qeyd
edək ki, bu rəqəm Azərbaycan üzrə 3300 dollar qeydə alınmışdır.
Azərbaycanın əsas tərəfdaşlarından biri də Rusiya Federasiyasıdır. Analoji
olaraq bu dövlətin son məhsulunda baş verən 5 faizlik azalmanın MDB
dövlətlərində hansı nəticələrə səbəb olduğunu nəzərdən keçirsək faydalı olardı
(
bax: cədvəl 6).
Cədvəl 6. Rusiyanın son məhsulunun 5 faiz azalmasının nəticələri
Ölkələr
Ümumi buraxılışın
həcmindəki itkilər (dollarla)
Cəmi dünyaya nisbətən faizlə
Rusiya
-159010544532,0
99,62466413851
Azərbaycan
-976971,6
0,00061210069
Gürcüstan
-49012,2
0,00003070757
Ermənistan
-8229865,1
0,00515624642
Belarus
-13331362,4
0,00835248068
Qazaxıstan
-738870,5
0,00046292356
Qırğızıstan
-303366,7
0,00019006794
Moldova
-5955969,3
0,00373158548
Ukrayna
-30392355,2
0,01904168173
Cəmi dünya üzrə
-159609616661,8
100,00000000000
Mənbə: Modeldən alınmış nəticələr
Cədvəldə verilənlərə əsasən söyləmək olar ki, Rusiyanın son məhsulunun 5
faiz azalması nəticəsində ən az itki ilə məhz Gürcüstan üzləşmişdir. Qeyd edək
ki, bu, Gürcüstanla Rusiya arasında baş vermiş məlum müharibədən sonra iki
dövlət arasında iqtisadi əlaqələrin kəsilməsi ilə izah oluna bilər. Digər MDB
dövlətləri üzrə isə ən az itki Qırğızıstan, Qazaxıstan və Azərbaycanda qeydə
alınmışdır (
bax: cədvəl 6). Rusiyanın son məhsulunda baş verən 5 faizlik azalma
nəticəsində Ermənistanın ümumi buraxılışında baş verən itkinin məbləği
Azərbaycanla müqayisədə 8.4 dəfə çox qiymətləndirilmişdir.