Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə37/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
100 
(1.2.2) bərabərliyinə əsasən
 
                                                                                  (1.2.4)
olduğuna görə diversifikasiya baxımından bu ölkələr arasında mövcud vəziyyət 
qeyri-qənaətbəxş hesab edilməlidir.
1.3. İ-O modelinin bu dövlətlərin qarşılıqlı iqtisadi 
münasibətlərinə tətbiqinin bəzi xüsusiyyətləri və alınmış 
nəticələrin təhlili
Yuxarıda  qeyd  edildiyi  kimi,  xərclər-buraxılış  modelinin  balans  cədvəli  3 
hissədən ibarətdir. Birinci hissə aralıq məhsulların bizim misalda dövlətlərarası 
axınını,  ikinci  hissə  bu  dövlətlərin  son  tələblərini  və  onun  komponentlərini, 
üçüncü hissə isə əlavə dəyərlərini və onun tərkibini xarakterizə edir. Qeyd edək 
ki,  təhlilə  daxil  edilmiş  70  dövlət  üzrə  xərclər-buraxılış  modelinin  cədvəlləri 
həddən  artıq  iri  həcmli  alındığı  üçün  bu  cədvəllərin  mətnə  daxil  edilməsi 
məqsədəuyğun deyil və biz təhlilə bu modelin konkret nəticələrini daxil etmişik. 
Balans  cədvəlinin  3-cü  hissəsi  tərtib  edilərkən  aralıq  məhsul  və  aralıq 
istehlakın  statistik  göstəriciləri  BMT-nin  “UNcomtrade”  elektron  statistik 
məlumat bazasından əldə olunmuşdur [8]. Lakin bu mənbədə cəmi dünya üzrə 
ümumi buraxılışın məbləği barədə məlumat əldə etmək mümkün olmasa da, 
burada  dünya  üzrə  ÜƏD  və  ÜDM  məbləğləri  verilmişdir
1
.  Cəmi  dünya  üzrə 
ümumi buraxılış aşagıdakı qaydada müəyyən edilmişdir.
1. Modelə daxil edilmiş 70 dövlətin əlavə dəyər normaları (hər bir ölkə üzrə 
əlavə dəyərin ümumi buraxılışda payı) tapılmış,  
2. Tapılmış əlavə dəyər normalarının ədədi ortası müəyyənləşdirilmiş,
3.  Müəyyənləşdirilmiş  ədədi  orta  dünya  üzrə  əlavə  dəyər  norması  kimi 
götürülmüş,
4. Dünya üzrə əlavə dəyərin məbləği bu normaya bölünərək dünya üzrə 
ümumi buraxılış alınmışdır.
Aparılmış  təhlillər  nəticəsində  müəyyən  edilmişdir  ki,  99.7%  inamla 
söyləmək olar ki, ana kütlədəki kəmiyyət əlamətinin ortası 
 
intervalına daxildir. Deməli, modelə daxil olan ölkələrin əlavə dəyər normalarının 
ədədi ortası dünya üzrə mövcud olan əlavə dəyər normasına böyük ehtimalla 
yaxın  olacaqdır.  Statistik  baxımdan  əsaslandırma  ilə  bərabər  bunu  iqtisadi 
cəhətdən  də  izah  etmək  olar.  Belə  ki,  əlavə  dəyər  norması  elə  bir  iqtisadi 
kateqoriyadır ki, o, son məhsulların reallaşma qiymətləri ilə birbaşa əlaqədardır. 
Bundan alınmış məhsulun istehsalında istifadə olunmuş aralıq məhsulların da 
böyük əksəriyyəti beynəlxalq ticarət vasitəsilə əldə olunur. Alıcılıq qabiliyyəti 
paritetinə görə dünya ölkələrində məhsulların qiymətləri ancaq qısa dövrdə 
fərqli ola bilər, uzun müddətdə onların qiymətləri həmişə bir-birinə uyğunlaşır. 

 http://unstats.un.org/unsd/snaama/resQuery.asp


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
101
Satılan  son  məhsulların  satış  qiymətlərinin  tərkibində  onun  maya  dəyərinin, 
istehsal  xərclərinin və istehsalçının  mənfəətinin  dəyəri vardır. Deməli,  dünya 
bazarında bərabərləşməyə can atan əmtəə və xidmətlərin qiyməti əlavə dəyər 
normalarını da bir-birinə uyğunlaşdırır.
 Artıq modelin izahına keçmək olar. Təhlilə keçməmişdən əvvəl qeyd edək 
ki,  xərclər-buraxılış  modelinin  balans  cədvəli  və  onun  simuliyasiyaları  böyük 
həcmdə olduğuna görə onu tam şəkildə mətinə daxil etmək mümkün deyil. 
Modelin balans cədvəllərinin hissələri əlavələrdə artıq verilib. Cədvəl 4-də isə 
ölkələr üzrə bəzi əmsallar verilmişdir. Cədvəldə GO - ümumi buraxılışı (Gross 
Output), D - son tələbi (Final Demand), GVA (Gross Value Added) - ümumi 
əlavə dəyəri bildirir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Meksika, Argentina, 
Kanada, Kipr, Gürcüstan, Yunanıstan, Hindistan, Qazaxıstan, Azərbaycan, Misir, 
Norveç, Filippin, İsveçrə, Tunis, BƏƏ və Venesuelada son məhsul və ümimi əlavə 
dəyər ümumu buraxılışın 50 faizdən çox hissəsini təşkil edirsə, qalan ölkələrdə 
bu göstərici 50 faiz və ya 50 faizdən aşağı səviyyədə qərarlaşmışdır (Cədvəl 4). 
Cədvəl 4. Əmsallar
Ölkələr
Son 
məhsulların 
ümumi 
buraxılışda 
payı,%
Əsas 
qiymətlərlə 
ƏD norması 
əmsalı
Ölkələr
Son 
məhsulların 
ümumi 
buraxılışda 
payı,%
Əsas qiymətlərlə 
ƏD norması əmsalı
D/GO
GVA/GO
D/GO
GVA/GO
Albaniya
0.492836
0.485600
Latviya
0.458115
0.452700
Argentina
0.552726
0.551971
Litva
0.509222
0.521700
Ermənistan
0.642447
0.645237
Lüksemburq
0.363481
0.360700
Avstraliya
0.477081
0.476000
Malayziya
0.491904
0.490000
Avstriya
0.481981
0.484000
Malta
0.440671
0.435826
Azərbaycan
0.683336
0.680887
Meksika
0.582434
0.582700
Belarus
0.354918
0.379982
Niderland
0.467411
0.470378
Belçika
0.423016
0.424400
Yeni Zelandiya
0.468848
0.468994
Braziliya
0.494926
0.493000
Norveç
0.521764
0.519872
Bolqarıstan
0.402440
0.401540
Pakistan
0.490536
0.490000
Kanada
0.516583
0.517000
Peru
0.492475
0.490000
Çili
0.500113
0.503600
Filippin
0.589674
0.585954
Çin
0.339607
0.341000
Polşa
0.447351
0.447496
Kolumbiya
0.533290
0.531800
Portuqaliya
0.461680
0.462257
Kipr
0.570072
0.560000
Koreya Resp.
0.403119
0.402299
Çex Resp.
0.340875
0.340000
Moldova
0.398173
0.399815
Danimarka
0.465040
0.465000
Rumıniya
0.459883
0.460192
Misir
0.621465
0.625000
Rusiya 
0.490702
0.492340
Estoniya
0.420101
0.409875
Serbiya
0.433185
0.432253
Finlandiya
0.457871
0.428200
Singapur
0.490687
0.490000
Fransa
0.501290
0.504100
Slovakiya
0.384374
0.383806
Gürcüstan
0.584850
0.585555
Sloveniya
0.444389
0.441687
Almaniya
0.497030
0.496950
Cənubi Afrika
0.452204
0.452078


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə