Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə56/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   52   53   54   55   56   57   58   59   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
150 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
151
XARİCİ SİYASƏT 
BEYNƏLXALQ 
MÜNASİBƏTLƏRİN 
APARICI MEYİLLƏRİ


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
152 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
153
Açar  sözlər:  beynəlxalq  miqrasiya,  emiqrantlar,  imiqrantlar,  miqrasiya 
siyasəti,  miqrasiya  prosesi,  miqrasiya  axınları,  itirilən  və  qazanılan  insan 
kapitalı, reseptor ölkələr
Key words:  international migration, migrants, migration policy, migration 
process, migration flows, human capital, migrant receiving countries
Ключевые слова: международная миграция, мигранты, миграционная 
политика, процесс миграции, миграционные потоки, человеческий ка-
питал, страны принимаюшие мигрантов   
Beynəlxalq 
miqrasiyanın 
geosiyasi 
aspektləri
Fətəli 
ABDULLAYEV 
AMEA, 
siyasi elmlər üzrə fəlsəfə doktoru
f_abdullayev@yahoo.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
154 
Giriş
Müasir dövrdə sosial-iqtisadi, mədəni və siyasi məkanın birləşməsi şəraitində 
həm qlobal, həm də ayrı-ayrı dövlətlər səviyyəsində miqrasiya proseslərinin 
sürətlənməsi müşahidə olunur. Dünyada baş verən geosiyasi dəyişikliklər yeni 
miqrasiya  dalğalarının  yaranmasını  qaçılmaz  edir,  miqrasiya  qlobal  təzahürə 
çevrilir və özü ilə bağlı bir çox problemlərin, o cümlədən qaçqınlar probleminin 
qlobal səviyyəyə qalxmasına səbəb olur. Bu, həmin proseslərə bilavasitə, yaxud 
dolayısı ilə cəlb edilmiş regionların və ölkələrin siyasi həyatına təsir edir. 
XX  əsrin  ortalarında  ABŞ,  Qərbi  Avropa  və  digər  dövlətlərlə  müqayisədə 
respublikamızda həm könüllü (əmək), həm də məcburi (qaçqınlar) miqrasiya 
prosesləri daha zəif idi. Lakin XX əsrin 80 – 90-cı illərində bu vəziyyət dəyişdi. 
XX  əsrin  80-cı  illərinin  sonlarında  cəlb  edildiyimiz  Ermənistan-Azərbaycan, 
Dağlıq Qarabağ münaqişəsi, həmçinin SSRİ-nin süqutu Azərbaycanda qaçqın-
lar və məcburi köçkünlər problemini aktuallaşdırdı. Bununla yanaşı, Azərbaycan 
həm də mühacirlərin qəbulu və tranziti ölkəsidir, yəni sosial-iqtisadi, siyasi və 
digər səbəblərdən bəzi insanlar öz ölkəsini tərk edərək yeni ərazilərə köçərkən 
ölkəmizin ərazisindən tranzit kimi istifadə edirlər.
Ölkəmizin təcrübəsindən çıxış edərək deyə bilərik ki, miqrasiya proseslərinin 
qloballaşması və fəallaşması ilə bağlı genişlənən daxili və xarici miqrasiya təsirli 
siyasi nəticələrə gətirib çıxarır. Bu baxımdan miqrasiya dalğalarının, amillərinin, 
mexanizmlərinin  aşkar  edilməsi  və  politoloji  biliklər  prizmasından  təhlili  xü-
susi  aktuallıq kəsb edir. Belə ki, miqrasiya axınları dövlətin siyasi, demoqra-
fik, sosial-iqtisadi vəziyyətinə əsaslı təsir göstərir. Miqrasiya qanuni və qeyri-
qanuni  ola  bilər.  Bununla  əlaqədar  olaraq,  siyasi  nizamın  dəstəklənməsinə 
yönələn siyasi idarəetmə qərarlarının rolu yüksəlir, miqrasiya siyasi nəzarət və 
tənzimləmə obyektinə çevrilir. Miqrasiya dalğalarının siyasi prosesə və siyasi 
prosesin miqrasiya axınlarına təsiri xüsusiyyətlərinin və qanunauyğunluqlarının 
aşkar edilməsi məsələsi aktuallaşır.
Tarixi  inkişafın  ən  yeni  mərhələsində  miqrasiya  sosial-iqtisadi  səviyyədən 
siyasi səviyyəyə keçməkdədir. Bu baxımdan miqrasiyanın demoqrafik, sosial-
iqtisadi çərçivədə, siyasi proseslərdən ayrı şəkildə öyrənilməsi miqrasiya pro-
sesinin dərk edilməsinə imkan vermir. Hazırkı dövrdə siyasi proseslərin və miq-
rasiyanın qarşılıqlı əlaqəsinin dərk edilməsi, həmçinin onların qarşılıqlı təsirinin 
mahiyyətinin, xüsusiyyətlərinin və istiqamətlərinin aşkar edilməsi milli və regi-
onal təhlükəsizliyin əldə edilməsinin vacib elementinə çevrilmişdir.
Qeyd  etmək  lazımdır  ki,  ənənəvi  yanaşmalar  çərçivəsində  müasir  siyasi 
prosesdə miqrasiyanın rolunu və yerini öyrənmək qeyri-mümkündür. Miqrasi-
ya və siyasi proseslərin qarşılıqlı əlaqəsinin təhlili ilə bağlı konseptual əsasların 
işlənməsi  politologiyada  bir  sıra  ənənəvi  anlayışların  yenidən  nəzərdən 
keçirilməsini tələb edir və siyasi elmlərdə yeni elmi istiqamətin formalaşdırıl-
ması zərurətini yaradır. Bu sahədə lazımi nəticələrə nail olmaq üçün uyğun elmi 
istiqamətlərin inkişaf etdirilməsi zəruridir.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
155
Beynəlxalq miqrasiya prosesi
Postindustrial  sivilizasiya  və  qloballaşma  dünyaya  yeni  çətinliklər  və 
münaqişələr  gətirmişdir.  Şübhəsiz  ki,  XX  əsrin  sonu  –  XXI  əsrin  əvvəllərində 
müasir  inkişafın  kəskin  siyasi  və  sosial-iqtisadi  probleminə  çevrilmiş  miqrasi-
ya da bu siyahıya daxildir. Hazırkı dövrdə qlobal problemə çevrilmiş miqrasi-
yanın mürəkkəb sosial, iqtisadi və siyasi amilləri həm milli, həm də beynəlxalq 
səviyyədə diqqət mərkəzindədir və bir çox ölkələrdə ciddi narahatlıqlar doğurur.
Miqrasiya  prosesləri  müxtəlif  istiqamətlərdə  inkişaf  edir.  Onlar  daxili, 
yəni mövcud dövlət sərhədlərini keçməyən və xarici, yəni miqrasiya ilə bağlı 
mühacirlərin bir ölkədən, yaxud ölkələr qrupundan digər ölkəyə, yaxud ölkələr 
qrupuna keçməsi ilə bağlı olur. Beynəlxalq miqrasiya qloballaşma prosesi, ka-
sıb və varlı ölkələrdə həyat səviyyəsinin qeyri-bərabərliyi ilə bağlı olub, əhalinin 
ölkələr arasında yerdəyişməsi kimi təzahür edir [1]. İnsanların ölkə sərhədlərini 
tərk  etməsi  ilə  bağlı  beynəlxalq  miqrasiyası  əhalinin  sayına  və  miqrasiya 
proseslərinin tarazlaşdırılmasına təsir edir. Miqrasiya tarazlığı mövcud ölkənin 
sərhədlərini tərk edən insanların (emiqrantlar) sayı ilə həmin ölkəyə gələn in-
sanların (imiqrantlar) sayı arasındakı fərqin hesablanması əsasında müəyyən 
edilir. Miqrant axınlarının fərqləndirilməsi üçün emiqrasiya və immiqrasiya an-
layışları istifadə edilir.
Əvvəllər miqrasiyanın əsas səbəbləri əhalinin artım sürətindəki fərqlər, iqti-
sadi şərait, müharibələr və müstəmləkəçilik idisə, qloballaşma prosesi əhalinin 
irimiqyaslı miqrasiyasını doğurdu. 
     Miqrantlar itirilən və qazanılan insan kapitalı kimi
Miqrasiya prosesində donor ölkələr və reseptor ölkələr iştirak edir. Donor 
ölkələrdə  beynəlxalq  miqrasiya  insan  ehtiyatlarının  itirilməsi  ilə  nəticələnir, 
millətin ziyalı təbəqəsi azalır. İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq miq-
rasiyanın  doğurduğu  əsas  narahatlıq  yüksək  ixtisaslı  kadrların,  xüsusilə  də 
səhiyyə və Minilliyin Bəyannaməsində göstərildiyi kimi, inkişafa nail olunması 
üçün çox əhəmiyyətli olan xidmət sahələrində çalışan insanların emiqrasiyası 
ilə bağlıdır [8]. Bu ölkələr peşəkar mütəxəssislərin getməsi nəticəsində həm 
də iqtisadi itkilər verirlər, çünki bu mütəxəssislərin hazırlanmasına sərf edilən 
sərmayə itirilmiş olur. Yüksək miqrasiya mobilliyi olan ölkələrdə xoşagəlməz 
demoqrafik şərait yarana bilir.
Reseptor  ölkələrdə  isə  əksinə,  işçi  qüvvəsinin  keyfiyyəti  yüksəlir,  əmək 
bazarında  ahəngdarlıq  yaranır  və  mütəxəssislərin  hazırlanmasına  qənaət 
edilir.  Miqrantların  böyük  bir  hissəsi  onları  qəbul  edən  ölkələrin  inkişafı-
na əhəmiyyətli töhfə verirlər. Reseptor ölkələr kimi çıxış edən inkişaf etmiş 
ölkələrdə sosial yönümlü iqtisadiyyat işsizliyin yüksəlməsinin qarşısının alın-
ması, əmək haqqının dinamikası, səhiyyə və təhsilin səviyyəsi və etnik siyasət 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə