Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə57/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   53   54   55   56   57   58   59   60   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
156 
əsasında əmək bazarının sabitliyini təmin edir. Əsas miqrasiya axını inkişaf 
etməkdə  olan  ölkələrin  hesabına  formalaşır.  Belə  ki,  varlı  Şimal  və  kasıb 
Cənubdakı əmək haqqı arasındakı fərq on dəfələrlədir [4]. Rusiyalı iqtisadçı-
alim  Gennadi  Starçenkov  Qərbi  Avropadakı  “miqrasiya  bumeranqı”nı  belə 
şərh edir: “İkinci Dünya müharibəsindən sonra bir çox Avropa ölkələri böyük 
maddi və insan itkisi ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığını hiss edirdilər. 
Bu zaman Asiya və Afrika ölkələrindən Qərbə işçi qüvvələrinin kütləvi axını 
başlandı. Bu işçi qüvvəsinə tələb nisbətən yüksək əmək haqqı və miqrantla-
rın vətənlərindəki işsizliklə bağlı idi. 1973-cü ildə başlanan neft böhranına 
qədər əmək immiqrasiyası üçün şərait nisbətən yaxşı idi. Sonrakı illərdə nef-
tin qiymətinin 16 dəfə yüksəlməsi istehsalın tənəzzülünə və bir çox Avropa 
ölkələrində immiqrasiya siyasətinin sərtləşməsinə səbəb oldu. Lakin bütün 
məhdudiyyətlərə  baxmayaraq  immiqrantların  sayı  artmaqda  davam  edirdi. 
Belə  ki,  elmi-texniki  tərəqqi  əlavə,  daha  yaxşı  ixtisaslaşmış  işçi  qüvvəsinin 
olmasını tələb edirdi. 2001-ci il sentyabrın 11-də Amerikanın iqtisadi gücü-
nün  simvolları  olan  binalar  dağıdıldıqdan  sonra  immiqrasiya  siyasəti  daha 
da sərtləşdirildi. Bir sıra ölkələrdə “şübhəli şəxslərin” deportasiyası başladı, 
lakin bu, xarici işçilərin sayının əhəmiyyətli dərəcədə azalmasına təsir etmədi. 
XX  əsrin  sonunda  Avropaya  hər  il  bir  milyona  yaxın  immiqrant  köçürdü, 
90-cı illərdə Avropada xarici əhalinin sayı 8,6 milyondan 10 milyon nəfərə, 
təxminən 3%-ə qədər artmışdı”.
Müasir  dövrdə  də  Qərbi  Avropa  immiqrantların  işçi  qüvvəsi  kimi  cəlb 
edilməsində  dünya  lideri  hesab  olunur.  Belə  ki,  Qərbi  Avropa  ölkələrində 
əhalinin təbii artımının aşağı düşməsi və uzunömürlülüyün yüksəlməsi ilə bağlı 
immiqrasiya böyük əhəmiyyət kəsb edir. 
Cədvəl 1. Beynəlxalq immiqrasiyanın göstəriciləri [9].
Xarici vətəndaşlar
Milyon nəfər
Əhalinin ümumi sayı, %-lə
1990
2000
1990
2000
Avstriya
0,5
0,8
7,4
10,5
Belçika
0,9
0,8
9,1
8,4
Fransa
3,6
3,3
6,3
5,6
Almaniya
5,3
7,3
8,4
8,9
İtaliya
0,8
1,1
1,4
2,4
Lüksemburq
0,1
0,2
29,4
37,3
Niderland
0,7
0,7
4,6
4,2
İsveçrə
1,1
1,4
16,3
19,3
Böyük Britaniya
1,7
2,3
3,2
4,0


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
157
Avropada imiqrantların sayına görə Alma-
niya liderlik edir, burada xarici vətəndaşların 
sayı  7,3  milyon  nəfərdən  çoxdur.  Avropa 
əhalisinin  ümumi  faiz  nisbətində  Lüksem-
burq və İsveçrə fərqlənir. Bu ölkələrdə xarici 
vərtəndaşlar  2000-ci  ildə  37,3%  və  19,3% 
olmuşdur. Bu ölkələr xaricilərin işçi qüvvəsi 
kimi ümumi göstəricisinə - 57,3% və 18,3% 
- görə də qabaqdadırlar. Bu göstərici Fransa 
və Belçikada 9% olmuşdur.  
Miqrasiya prosesinin əmək bazarı və so-
sial sahə üçün mənfi nəticələri də mümkün-
dür.  Belə  ki,  miqrantlar  onları  qəbul  edən 
ölkələrdə iqtisadi çətinliklərə və sosial-siyasi 
gərginliyə səbəb ola bilirlər. 
1994-cü  ildə  əhalinin  yerləşməsi  və  in-
kişafı  ilə  bağlı  keçirilmiş  beynəlxalq  kon-
fransda  qeyd  edildiyi  kimi,  tənzimlənmiş 
beynəlxalq  miqrasiya  həm  çıxış  ölkələrinə,  həm  də  qəbul  edən  ölkələrə 
müsbət təsir göstərə bilər. Belə ki, miqrasiya biliklərin ötürülməsinə və mədəni 
zənginləşməyə kömək edə bilər [3]. 
Diasporların yaranmasının əsasları
Miqrasiya  sosial,  iqtisadi,  siyasi,  mədəni,  demoqrafik,  həmçinin  sosial-
psixoloji,  humanitar,  kriminoloji  və  geosiyasi  əsaslara  malikdir.  Yüksək  inki-
şaf  etmiş  ölkələrdə  Cənubi  və  Şərqi  Asiya,  Şimali  Amerika  və  Şərqi  Avropa 
ölkələrindən  köçənlərin  çox  sayda  etnik  birlikləri  yaradılmışdır.  Miqrantlar 
“qara işlərlə”, nüfuzu olmayan peşələrlə məşğul olur, yerli sosiuma assimilya-
siya olunmayan qapalı birliklər yaradırlar. Bu birliklər çox zaman etnik kriminal 
biznesin və kölgəli iqtisadiyyatın formalaşmasına əsas olur. 
Miqrasiya prosesləri ilə bağlı təcrübə göstərir ki, müəyyən bir ölkə ərazisində 
işçi mühacirlərin say göstəriciləri 30%-i keçdikdə miqrantlarla bağlı problemlər 
kəskinləşir. Eyni zamanda, əgər mühacirlər ölkə əhalisinin nəzərə çarpmayan 
bir hissəsini təşkil edirlərsə və burada öz “milli ərazilərini” yarada bilmirlərsə, 
onların assimilyasiyası mümkündür.  Əks-təqdirdə qetto tipli birliklər yaranır, 
gəlmələr yerli mədəniyyəti mənimsəmək istəmirlər və çalışırlar ki, öz adət və 
ənənələrini, ailə modellərini, məhkəmə sistemlərini, mədəniyyətlərini yeni ya-
şayış yerində tətbiq etsinlər. Beləliklə, ayrı-ayrı etnik birliklərə məxsus “çayna-
taun”lar (Çin məhəlləsi) formalaşır.
Miqrasiyanın geosiyasi aspekti həm də “qlobal diasporlar”ın yaranması ilə 
bağlıdır [1]. Mühacir olan etnik azlıqların nümayəndələrinə əvvəllər qrup kimi 
Avropada imiqrantların sayına 
görə Almaniya liderlik edir
burada xarici vətəndaşların 
sayı 7,3 milyon nəfərdən çox-
dur. Avropa əhalisinin ümumi 
faiz nisbətində Lüksemburq və 
İsveçrə fərqlənir. Bu ölkələrdə 
xarici vərtəndaşlar 2000-ci ildə 
37,3% və 19,3% olmuşdur. Bu 
ölkələr xaricilərin işçi qüvvəsi 
kimi ümumi göstəricisinə - 
57,3% və 18,3% - görə də qa-
baqdadırlar. Bu göstərici Fran-
sa və Belçikada 9% olmuşdur.  


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə