Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə32/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
82 
nacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər [5, BOA, HR. SYS, D. 
2284, G. 1]. Məlumat üçün onu da qeyd edək ki, Osmanlı hökuməti ermənilərin 
bu  kimi  xəyanətləri  ilə  artıq  tanış  idi.  Osmanlı  erməniləri,  xüsusilə  də  onla-
rın dini qurumları və başbilənləri hələ “93 hərbi” (1877-1878-ci illər rus-türk 
müharibəsi nəzərdə tutulur – Z.Ə.) öncəsi tarixi seçim qarşısında qalmışdılar. 
Belə ki, onlar ya Osmanlı dövlətinə sadiq qalmalı, ya da imperatorluğun digər 
xristian toplumlarının yolu ilə gedərək Avropa dövlətlərinin Türkiyənin daxili 
işlərinə müdaxiləsinə nail olmalı idilər [14, 90]. Şübhəsiz ki, erməni xisləti bu-
rada da sakit dayanmadı. Doğrudur, İstanbul erməni patriarxlığının müharibə 
ərəfəsində tərəddüdləri ilk baxışda elə fikir formalaşdırırdı ki, sanki onlar Os-
manlı  dövlətini  istənilən  təcavüzə  qarşı  müdafiə  etməyə  hazırdırlar.  Belə  ki, 
müharibə  ərəfəsində  Osmanlı  dövlətinin  baş  vəziri  məşhur  Midhət  paşanın 
sədrliyi  ilə  keçirilən  N.İqnatyevin  sərt  ahəngli  ultimatumunu  və  onun  rədd 
ediləcəyi təqdirdə başlanacaq hərbin səbəb ola biləcəyi fəlakətləri müzakirə 
edən  toplantıda  erməni  patriarxı  həyəcanla  demişdi:  “Əgər  bu  çox  böyük 
dövlətin yıxılması alın yazısıdırsa, bizlər onun xarabalıqları altında basdırılmağı 
özümüzə vəzifə bilirik. Şərəf və namusla ölmək xəcalət içində yaşamaqdan yax-
şıdır” [13, s.47]. Hətta Rusiyanın Osmanlı dövlətinə  müharibə elan etməsi ilə 
əlaqədar olaraq türk parlamentində müharibəyə qatılmağa dair çıxarılan qərar 
(25 aprel 1877) erməni millət vəkilləri tərəfindən hərarətli alqışlarla qarşılan-
dı. Onlardan Hələbdən olan millət vəkili Manon əfəndinin “biz xristian erməni 
olduğumuza görə elan edirəm ki, Rusiyanın köməyinə möhtac deyilik, Rusiya-
nın himayəsini qətiyyən qəbul etmərik və ona möhtac da deyilik, biz heç bir 
zaman müsəlman qardaşlarımızdan ayrılmadıq və ayrılmayacağıq” [15, s.99] 
deməsi də bütün şübhələri sanki aradan qaldırmışdı. Lakin hadisələrin sonra-
kı gedişatı da göstərdi ki, ermənilərin bu “sədaqət andı”, əslində, həqiqətdən 
çox-çox uzaqdır. Elə müharibə başlayan kimi ermənilərin rus orduları sırasın-
da vuruşması, kəşfiyyat məlumatları ötürməsi qısa zaman ərzində rus qoşun-
larının  1877-1878-ci  illər  rus-türk  müharibəsinin  gedişində  Ədirnəyə  qədər 
irəliləməsinə şərait yaratmışdır.
2.   24 aprel 1915-ci il tarixli “Təhcir qanunu”nu doğuran amillər
Beləliklə, ermənilərin xəyanətləri ilə yaxından tanış olan Osmanlı hökuməti 
Şərqi Anadolu ərazilərinin təhlükəsizliyini təmin etmək üçün 1915-ci il aprelin 
24-də “Təhcir haqqında” qanun qəbul etməyə məcbur oldu. “Təhcir” ərəbcə 
“köç”  mənasını  verir.  Bəzi  tarixçilər  bu  kəlməni  “deportasiya”  mənasında 
işlədirlər, lakin təhcir ilə sürgün arasında fərq vardır. Təhcir fərmanı ilə yerini 
dəyişən şəxs köçdüyü yeni ərazidə sərbəst yaşaya bilər, sürgün edilən şəxs isə 
məhdud bir ərazidə, həbsxana və ya düşərgələrdə qapalı şəkildə yaşamalıdır.
27 may 1915-ci il tarixindən etibarən qüvvəyə minən bu qanun Şərqi Anadolu 
ərazisində daima problem yaradan, xarici qüvvələrlə işbirliyinə girən və əsgəri 
baxımından böyük təhlükə törədən əhalini öz təhlükəsizlikləri baxımından daha 
etibarlı və idarəçilik baxımından da rahat olan ərazilərə köçürülməsindən bəhs 
edirdi [10, s.34]. Göründüyü kimi, qanunda “erməni” kəlməsi işlədilməmişdir. 
Bu qanun silahlı üsyan edənləri, düşmənlə əməkdaşlığa girərək casusluq və 


Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
83
xainlik edənləri hərbi anlayışlarla müharibə 
ərazisindən uzaqlaşdırmaq üçün qəbul edil-
mişdir.  Digər  tərəfdən,  təkcə  qanunun  bu 
tərəfi ilə erməni ideoloqları və onların hava-
darlarının iddialarını alt-üst etmək olur.
“Təhcir  qanunu”nun  əsas  ideoloqu  və 
liderlərindən olan, məhz buna görə erməni 
terrorçusu  tərəfindən  qətlə  yetirilən  Os-
manlı  dövlətinin  Daxili  işlər  naziri  Tələt 
paşa bu köçürülmənin səbəblərini aşağıda-
kı  kimi  şərh  etmişdir:  “Osmanlı  dövlətinin 
bütünlüyü və dövlətin əleyhinə çalışan Av-
ropa  dövlətlərinin  şirin  vədləri  ermənilər 
arasında  gündən-günə  genişlənməkdədir. 
Bu  vədlərdən  ruhlanan  erməni  icmala-
rı  silahlı  üsyan  şəklində  dövlətin  bütöv-
lüyünü  təhlükə  altına  alır,  dövlətin  arzu 
etmədiyi  bir  çox  hadisələrə  yol  açır.  Xal-
qın  və  dövlətin  birliyini  qorumaq  üçün 
erməni, rum və ərəblər Ərzurum, Van, Bitlis 
vilayətləri  ilə  Adana,  Sis,  Mersin,  Maraş  və 
Hələbin  mərkəzi  müstəsna  olmaqla,  Ada-
na, Mersin, Kozan livaları ilə Maraş sancağı, 
mərkəz qəzaları istisna olmaqla İskəndərun, 
Beylan  və  Antakya  qəzalarının  kənd  və 
qəsəbələrində təhlükəli görülən ermənilər Suriya və İraqın şimalına – Urfa, Zor, 
Hələb, Harran, Mosul, Diyarbəkir və Cizrə bölgələrinə köçürülmüşdür” [1, s.66-
67].  Beləliklə,  Tələt  paşanın  “Təhcir  qanunu”  ilə  bağlı  izahından  görünür  ki, 
dövlətin bütövlüyünə zərbə vuran və  silahlı üsyan edənlər daha çox imperiya-
nın erməni əhalisi olmuşdur. Buradan isə Şərqi Anadoluda yaşayan ermənilərin 
Osmanlı imperiyasının daxili rayonlarına köçürülməsinin bir neçə səbəbini izah 
etmək olur. Əvvəla, Osmanlı dövlətinin bütövlüyünə qarşı çıxış edən ermənilər 
silaha sarılmışdılar və rus qoşunları sərhədi keçər-keçməz onlara qoşulmuşdu-
lar. İkincisi, bütün Osmanlı qüvvələri cəbhədə düşmən qüvvələri ilə savaşdığı 
halda, imperiyanın erməni əhalisi üsyan və terrora əl ataraq dövləti düşmənə 
təslim etmək yolunu tutmuşdular. Nəhayət, bu köçürülmənin əsas günahkar-
ları  erməni  millətçiləridir,  çünki  onlar  rus  ordusunun  sıralarında  müharibəyə 
qatılmaqla, əslində, özləri üçün çətin vəziyyət yaratmışdılar.
Erməni millətçiləri sübut etmək istəyirlər ki, Osmanlı hökumətinin bu qərarı 
ilə etnik təmizləmə siyasəti aparılmış, Birinci Dünya müharibəsi illərində Osman-
lı  ərazisində  bir  milyondan  çox  erməni  öldürülmüşdür.  Bunun  üçün  fakt  kimi 
müharibəyə qədər Osmanlı ərazisində ermənilərin sayının 2.5 milyon nəfər oldu-
ğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə, müharibəyə 
qədər “Vilayəti-Sittə”də (Şərqi Anadoluda – Z.Ə.) müsəlmanlar da daxil olmaqla 
3.500.000 əhali yaşayırdı, bunlardan da Türkiyənin şərqində 800.000, Anadolunun 
digər bölgələrində isə 450.000-i erməni idi [6, BOA, DH., KMS, D. 2., G. 2/5, lef. 
Ermənilərin xəyanətləri ilə 
yaxından tanış olan Osmanlı 
hökuməti Şərqi Anadolu 
ərazilərinin təhlükəsizliyini 
təmin etmək üçün 1915-
ci il aprelin 24-də “Təhcir 
haqqında” qanun qəbul 
etməyə məcbur oldu. “Təhcir” 
ərəbcə “köç” mənasını verir. 
Bəzi tarixçilər bu kəlməni 
“deportasiya” mənasında 
işlədirlər, lakin təhcir ilə sürgün 
arasında fərq vardır. Təhcir 
fərmanı ilə yerini dəyişən şəxs 
köçdüyü yeni ərazidə sərbəst 
yaşaya bilər, sürgün edilən 
şəxs isə məhdud bir ərazidə
həbsxana və ya düşərgələrdə 
qapalı şəkildə yaşamalıdır.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə