Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə29/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   25   26   27   28   29   30   31   32   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
81
bütövlükdə ictimai həyatın elmi biliklərə, intellektual potensiala əsaslanmaqla 
qurulması və fəalliyəti zamanı baş verir. 
 
İstifadə edilmiş ədəbiyyat:
1.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2005-ci il tarixində  Milli 
Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitqi,   http://files.
preslib.az/site/ialiyev/2005.pdf
2.  Эффективность государственного управления. Под ред. С.А.Батчиков и С.Ю.Глазьев 
(пер. с англ.). М.,  1998,  -810 c.
3.  Бонем М.,  Сейферт Д. Потенсиал электронного правительства для трансформасии 
демократических  систем  переходного  типа.  Проблемы  государственного 
управления,  2002, -308 c.
4.  Вальрас Л. Элементы чистой политической экономии. М.: “Изограф”, 2000, -448 с.
5.  Поппер К. Открытое  общество и его враги. Т.1. 2003, М., 450 c. 
6.  Патнэм  Р.  Чтобы  демократия  сработала.  Гражданские  традиции  в  современной 
Италии. - М.: “Ad Marginem”, 1996, -540 с. 
7.  Интерфакс-АИФ, № 13, 31 марта - 6 апреля 1997 г. 
8.  Демин  А.В.  Общие  вопросы  теории  административного  договора.  Красноярск, 
1997, -268 с. 
9.  Abbasov Ə.F. İnnovasion inkişaf naminə: intellektual sərvət və milli elita. // “Azərbaycan” 
qəzeti, Bakı, 3 noyabr 2009-cu il,  s.5.
Matlab Mahmudov
Metodological Aspects of Horizontal Management of 
National Intelligent Resources 
The  article  draws  attention  to  some  of  the  methodological  aspects  of 
the  processes  of  horizontal  organization  in  the  management  of  intellectual 
resources  of  Azerbaijan,  conducted  structural  and  functional  analysis  of 
the organizational process. In addition, the article expresses the attitude to 
the  formation  of  a  control  system  in  accordance  with  the  requirements  of 
modernity,  the  establishment  and  development  of  its  business  units  in  the 
context of extrapolation  to all spheres of society, are some of the suggestions 
and recommendations on improving the effectiveness of each of its segment. 
Матлаб Махмудов
Методологические аспекты горизонтального управления 
национальных интеллектуальных ресурсов
В  статье  особое  внимание  уделяется  некоторым  методологическим 
аспектам  горизонтальной  организации  в  управлении  интеллектуальных 
ресурсов  Азербайджана,  проводится  структурно-функциональный  ана-
лиз организационного процесса. 
Кроме того, в статье выражено отношение к формированию системы 
управления в соответствии с требованиями современности, к становле-
нию и развитию ее структурных подразделений в контексте экстраполя-
ции ко всем сферам деятельности общества, даны некоторые предложе-
ния и рекомендации по проблемам повышения эффективности в каждом 
его сегменте.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
82 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
83
Açar  sözlər:  internet,  genişzolaqlı  internet,  e-ticarət,  e-hökumət,  internet 
iqtisadiyyatı, informasiya-kommunikasiya texnologiyaları
Key  words:  internet,  broadband,  e-commerce,  e-government,  internet 
economy, information and communication technologies
Ключевые  слова:  интернет,  широкополосный  интернет,  э-торговля, 
э-правительство, интернет экономика, информационные и коммуника-
ционные технологии
Azərbaycanda milli 
internet iqtisadiyyatının 
inkişafı məsələləri
Rasim 
SƏFƏROV
AR Rabitə və Yüksək 
Texnologiyalar Nazirliyi “TASİM” 
Layihəsi Katibliyinin əməkdaşı
rasim.safarov@mincom.gov.az


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
84 
Giriş
İnternet insan həyatının ayrılmaz parçasına çevrilməklə ekoloji, iqtisadi, si-
yasi və mədəni sistemlərin inkişafında mühüm təsirlərə malikdir. Bu gün bir-
başa  biznesin  aparılması,  çevik  informasiya  axtarışı,  mübadiləsi  və  təminatı, 
iqtisadi münasibətlərin daha geniş səpkidə inkişafı, yeni (rəqəmsal) məhsul və 
xidmətlərin yaradılması, xərclərə qənaət, şirkətlər və istehlakçılar üçün qlobal 
bazarlara  qeyri-məhdud  çıxış,  o  cümlədən  dünyada  baş  verən  sosial-iqtisa-
di innovasiya proseslərinə sürətli inteqrasiya üçün istifadə edilən ən optimal 
texnologiyalardan biri internetdir. Belə ki, rəqəmsal şəbəkələşmə və kommu-
nikasiya infrastrukturları əhali, biznes və dövlət strukturları üçün strategiyala-
rın hazırlanması, qarşılıqlı faydalı fəaliyyətin həyata keçirilməsi, əlaqələrin və 
şəbəkələrin  genişləndirilməsi,  o  cümlədən  məlumat  axtarışı  və  informasiya 
təminatının qlobal platformasını təmin edir. Bu baxımdan, BMT-nin Davamlı 
İnkişaf Məqsədlərində yoxsulluğun azaldılması, savadsızlığın aradan qaldırıl-
ması  və  müxtəlif  sahələrdə  müsbət  artımın  əldə  edilməsi  üçün  genişzolaqlı 
internetin inkişafı əsas lokomotiv kimi dəyərləndirilərək, onun bütün sahələrdə 
geniş istifadəsi gələcək inkişaf üçün əhəmiyyətli vasitə hesab olunur. Bu çağı-
rışlardan irəli gələrək dünya dövlətləri sosial-iqtisadi fəaliyyətin təşkilində İKT-
nin,  o  cümlədən  genişzolaqlı  internetin  tətbiqini  genişləndirir,  onun  inkişafı 
üzrə milli strategiya və planlar qəbul edir.
Bundan  irəli  gələrək  internet  iqtisadiyyatının  mahiyyəti,  o  cümlədən 
Azərbaycanda milli internet iqtisadiyyatının mövcud vəziyyəti və gələcək inki-
şaf məsələləri məqalədə araşdırma obyekti kimi tədqiq edilmişdir.
1.  İnternetin sosial-iqtisadi əhəmiyyəti
İnternetin  inkişaf  mərhələsi  bunu  deməyə  əsas  verir  ki,  onun 
kəşfi  cəmiyyətdə  yalnız  sosial  münasibətlərin  deyil,  həmçinin  iqtisadi 
münasibətlərin də təşkilində müasir texnologiyaların tətbiqinə zəmin yarat-
mışdır.  Belə  ki,  ABŞ-da  dövlət  və  universitetlər,  o  cümlədən  elmi-tədqiqat 
laboratoriyaları arasında həyata keçirilən qarşılıqlı layihələrin dəstəklənməsi 
üçün vahid şəbəkə (İNTRAnet) kimi əsası qoyulan internet müəyyən inkişaf 
mərhələsi  keçərək  dünyanın  əksər  aparıcı  universitetlərinin  və  texnologiya 
müəssisələrinin də bu şəbəkəyə qoşulması ilə daha da genişlənmişdir. Məhz 
XX əsrin 90-cı illərindən etibarən internet kommersiyalaşdırılaraq, cəmiyyətin 
mövcud inkişafı ilə yanaşı, gələcəyin prioritetlərini də müəyyən etməkdə da-
vam edir. 
Hazırda internet qarşılıqlı kompüter şəbəkələrinin elə bir qlobal sisteminə 
çevrilmişdir ki, o, standart İnternet Protokol dəstlərinin (TCP/IP) tətbiq edilməsi 
ilə milyonlarla insan, özəl, dövlət, elm, biznes və hökumət şəbəkələrini geniş ya-
yılmış naqilsiz və optik şəbəkə texnologiyaları vasitəsilə sürətlə yerli əhatədən 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə