Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
181
Desçenesdən də bir araşdırma aparılmasını istəmişdir. Desçenes “azlıq”
anlayışı ilə bağlı araşdırmalarının nəticəsi olaraq 1985-ci ildə Kapatortinin
tərifindən az fərqlənən bir tərif təqdim etmişdir [Bax: 31, s.39]. Qeyd edək ki,
bir neçə tərif istisna olmaqla bu təriflərin çox böyük fərqliliklər ehtiva etdiyini
söyləmək çətindir.
Beləliklə, oxşar xüsusiyyətlərə baxdığımız zaman “azlıq” olaraq təyin oluna
biləcək qrupların beş xüsusiyyətə sahib olmalarının zəruri olduğunu qeyd edə
bilərik:
- sayca
əksəriyyətdən az olma;
- sosial həyatda və siyasət
sahəsində suveren olmama;
- yaşadığı ölkənin vətəndaşlığına
sahib olma;
- müxtəlif etnik, dini və dil
xüsusiyyətlərinə sahib olma;
- mədəniyyətlərini, ənənələrini və ya dillərini qoruma, varlıqlarını davam
etdirmə mövzusunda birlik içərisində olma [28, s.10].
Ece Özgünün fikrincə, fərqli xüsusiyyətlərə malik insan və ya insan birliklərinə
bir status qazandırılması mövzusu tamamilə siyasi bir mövzu olduğu halda,
bu insanlara tanınması lazım olan hüquqlar hüquqi bir ölçü daşımaqdadır.
Əslində, bu hüquqlara sahib olmaq üçün mütləq bir “azlıq” statusu daşımaq
lazım deyildir [30].
“Azlıq” hüquqlarını anlamaq üçün ilk növbədə fərqli, amma bir-biri ilə ya-
xından əlaqəli iki hüquq növündən söhbət gedə bilər:
a ) Neqativ bərabərlik hüquqları və ya qısacası neqativ hüquqlar: Bunlar bir
ölkənin bütün vətəndaşlarına tanınan fərdi hüquqlardır. Məsələn, qanun qarşı-
sında bərabərlik, siyasi hüquq bərabərliyi, dinini tətbiqetmə azadlığı və s. kimi.
b) Pozitiv hüquqlar: Bunlar bütün vətəndaşlara deyil, yalnız azlığa tanınır.
Əsas azlıq hüquqları bunlardır. Azlıq nümayəndəsi bunları öz qrupu ilə birlikdə
istifadə edir, yəni bunlar qrup hüquqlarıdır [27, s.22; 30].
1.2. Aİ-nin ilkin hüququnda azlıqlar
Tarixi inkişaf prosesinin də göstərdiyi kimi, Aİ üçün “demokratiya və insan
hüquqlarına hörmət” anlayışı İttifaqın əsasını təşkil edən prinsiplər sırasın-
dadır. Buna görə insan hüquqlarına (o cümlədən azlıq hüquqlarına) hörmət
göstərilməsi Aİ-nin işində iştirak etmək istəyən dövlətlər üçün bir ön lazımlılıq,
Aİ ilə ticarət və digər müqavilələr bağlamaq istəyən ölkələr üçün isə bir ön
şərtdir [32, s. 47].
Aİ hüququnun qaynaqları ibtidai və orta qaynaqlar olaraq ikiyə ayrılır.
Qurucu sazişlər, qurucu sazişlərdə edilən dəyişiklikləri ehtiva edən sazişlər,
birliklərə iştirak razılaşmaları və hüququn ümumi prinsipləri əsas qaynaqla-
ra daxildir. İkinci qaynaqlar isə Aİ orqanlarının qurucu sazişlərdən aldıqları
səlahiyyət əsasında qəbul etdikləri qaydalar, təlimatlar, qərarlar, tövsiyələr və
s.-dən ibarətdir.
Aİ-nin qurucu sazişlərindən olan 1951-ci il tarixli Paris Sazişi (Avropa Polad
və Kömür İttifaqını quran Saziş) ilə 1957-ci il tarixli Roma Sazişində (Avropa