STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
62
biri ilə mübarizə aparırdı. Xammal qaynaq-
larının çox olması, hərbi, strateji və sənaye
mərkəzlərinin Qərbi Avropaya yaxın olması
ilə geniş bir bazara sahib olan Türkiyə kapi-
talist sənaye dövlətləri tərəfindən çox yaxın-
dan izlənilirdi” [9, s.37].
Ramazan Çalıkın göstərilən əsərində
problemin
mahiyyətini
düzgün
qiymətləndirməyə
kömək edən cəhətlərdən
biri də Osmanlının ermənilərin daha sıx ya-
şadığı bölgəsinin Rusiya üçün Kiçik Asiyanın
işğal edilməsində bir açar rolu oynamasının
göstərilməsidir. Müəllif yazır: “Artıq İrəvan
və Qarsda yerləşən rus ordusu Fərat yayla-
sına doğru irəliləyib Hozat və Harputda türk
birliklərini məğlub etdikdən sonra Hələb
yolu ilə Aralıq dənizi sahillərinə asanlıqla
çata bilirdi. Bu vəziyyətdə Ermənistan Ru-
siya üçün bir bufer rolu kimi düşünülmüş-
dü. Eyni bölgə Bəsrəyə ediləcək bir hücum
üçün də istifadə ediləcəkdi. Əslində, Qafqa-
zı ələ keçirəndən bəri Rusiya daima bunu
gerçəkləşdirməyi düşünmüşdü” [9, s.41]
Ramazan Çalık qeyd edir ki, “Qorxunc
İvan, xüsusilə I Pyotrdan sonra daxili sabitliyi təmin edən, Qərb texnologiyası
ilə ayaqlaşan Rusiya siyasi hədəfinə çatmaq üçün psixoloji-mənəvi dəyərləri də
unutmamışdı. Ortodoksluğu önə keçirən Rusiya Osmanlı dövlətində ortodoks
icması ilə əlaqə qurmuşdu. Bu mənəvi dəyərlər Rusiyanın cənuba yürüşündə
Balkan toplumlarını üsyana sövq etmək üçün yaxşı bir seçim idi. Əvvəlcə Bal-
kan toplumlarını ayağa qaldırıb üsyan etdirdi, ardından isə Osmanlı dövlətinə
müharibə elan etdi” [9, s.39]. Müəllif bu yolda Rusiyanın yeddi dəfə müharibəyə
qoşulmasını qeyd edir: “Osmanlı dövlətinə müharibə elan edilməsi Rusiyaya or-
todoksları, həmçinin slavyanları himayə etmək üçün lazım idi. Onun üçün 1804-
cü ildə donuz çobanı Kara Yogilərlə başlayan Serb üsyanı 1806-cı ildə Osmanlı-
Rus müharibəsinin səbəblərindən biri oldu. 1821-ci ildə başlayıb 1826-cı ildə
yatırılan Yunan-Mora üsyanı 1828-ci ildə Osmanlı-Rus müharibəsinin başlan-
masını təmin etdi. Təhlükəli 1877-1878-ci il Rus-Türk müharibəsi isə Hersoqo-
vinada üsyan bəhanəsindən sonra başladı. Çünki Rus çarı “ortodoks aləminin
münaqişəsiz lideri” olmağa qərar vermişdi. Liderlik Osmanlı dövlətini əzməklə
boğazlar yolu ilə isti dənizlərə çıxmanın vasitəsi idi. İsti dənizlərə çıxmanın ikinci
yolu Ərzurum-İskəndərun xətti idi. Sonrakı addım kimi isə Qafqaz-Bəsrə və Tür-
küstan üzərindən Hind okeanına çıxmaq planlaşdırılırdı” [9, s.40].
Məlumatların təhlilindən
də göründüyü kimi, istər
Azərbaycan, istərsə də Osmanlı
ərazilərinə qarşı Rusiyanın
işğalçılıq siyasəti oxşar ssenari
ilə davam etdirilirdi. İqtisadi
və siyasi maraqlarını “erməni
məsələsi”nin kölgəsində
gizlədən Çar Rusiyası əvvəlcə
Azərbaycan torpaqlarında
“etibarlı etnik dayaq” yarada
bilmiş, sonra isə Qara dəniz,
Bosfor və Dardanel, eləcə
də İskəndərun körfəzini ələ
keçirmək planlarını “xristianları
Müsəlman Türkiyəsinin
zülmündən xilas etmək
uğrunda mübarizə”
şüarları ilə pərdələmişdir.