Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
1   2   3   4   5   6   7

 

“Günahsız günahkarlar” adlı tamaşa nümayiş etdirilmişdir. 



Gənclər və İdman Nazirliyi tərəfindən gənclər və gənclər təşkilatları, beynəlxalq ekspertlərlə 

məsləhətləşmələr nəticəsində "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramının layihəsini 

hazırlanmışdır. Sənəd layihəsi bir sıra dövlət qurumlarına müzakirə və rəylərin bildirilməsi üçün ilk dəfə  10 

avqust 2015-ci il tarixdə göndərilmiş və 13 noyabr 2015-ci il tarixdə Gənclər və İdman Nazirliyində 

“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə Dövlət Proqramı”nın layihəsinin növbəti müzakirəsi keçirilmişdir.  

2015-ci ilin noyabr və dekabr aylarında Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə Respublika QİÇS-lə 

Mübarizə Mərkəzi tərəfindən respublikanın 25 ali və orta təhsil müəssisəsində “Avropa İİV-ə testləşmə 

həftəliyi” çərçivəsində və  1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş aksiyalar 

keçirilmişdir. Aksiyalar zamanı ali və orta təhsil müəssisələrində İİV/QİÇS statusunu müəyyən etmək 

məqsədilə QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri tərəfindən tələbələr üçün könüllü və anonim qaydada 

ekspress-testdən keçmək, məsləhət almaq  və İİV/QİÇS-in ötürülmə yolları, profilaktikası və s. barədə 

məlumat materiallarının paylanılması təmin edilmişdir. 

28 noyabr 2015-ci il tarixdə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə 

təşkilatçılığı ilə “Məzun- 2015” əmək yarmarkası keçirilmişdir. Yarmarkada 51 təşkilat və şirkət tərəfindən 

800-dən artıq vakansiya haqqında məlumat təqdim edilmişdir. 

08-10 dekabr 2015-ci il tarixdə “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü”nə həsr olunmuş gənclərin 

yaradıcılıq festivalı keçirilmişdir.  Festival çərçivəsində “Abşeron” rəsm qalereyasında plakatların sərgisi 

keçirilmiş və Rəşid Behbudov adına Mahnı Teatrında insan hüquqlarına həsr olunmuş teatr tamaşalarından 

səhnəciklər nümayiş edilmişdir. 

22 dekabr 2015-ci il tarixdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına həsr 

olunmuş Əlaqələndirmə Şurasının iclası keçirilmişdir. 

 

Gənclər təşkilatları ilə iş 



 

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı 01 fevral-01 mart 2015-ci il tarixlərdə 

növbəti müsabiqə elan olunmuşdur. Müsabiqəyə 163 layihə təqdim edilmişdir.  

05 fevral 2015-ci il və 8 aprel 2015-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə 

İctimai Şuranın iclasları keçirilmişdir.  

9-11 fevral 2015-ci il tarixlərdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı Regional Gənclər Bölməsi” layihəsinin 

rəhbəri Hans Juerqen-Meathin Bakıya səfəri təşkil edilmiş və 2015-ci il üçün əməkdaşlıq proqramı müzakirə 

edilmişdir. 

20-26 mart 2015-ci il tarixlərdə Bakı şəhərində “Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyi ilə birgə 

“Novruz” Beynəlxalq Gənclər Festivalı keçirilmişdir. Festivalda Albaniya, Almaniya, Belarus, Belçika, Bosniya 

və Herseqovina, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Kipr Respublikası, 

Qırğızıstan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstandan 30 nəfər 

gənc iştirak etmişdir. 

28-30 mart 2015-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı şəhərində “Gənc 

Tərcüməçilər” İctimai Birliyi tərəfindən Beynəlxalq Tərcüməçilər Federasiyasının Şura iclası  keçirilmişdir. 

İclasda Fransa, Danimarka, Norveç, Amerika Birləşmiş Ştatları, Avstraliya, Almaniya, İtaliya, Panama, Çin, 

Yeni Zelandiya, Hollandiya, CAR, Argentina, Böyük Britaniya, eləcə də Azərbaycandan 21 nəfər gənc iştirak 



 

etmişdir. 



07-11 aprel 2015-ci il tarixlərdə Gəncə şəhərində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gəncə 2016: 

Gələcəyə Baxış” adlı beynəlxalq layihə həyata keçirilmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən qismən 

maliyyələşdirirlmiş layihədə İtaliya, Gürcüstan, Ukrayna, İspaniya, Rumıniyadan 12 və Azərbaycandan 100 

nəfər gənc iştirak etmişdir.  

22-24 aprel 2015-ci il tarixlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Regional Gənclər Bölməsi və Gənclər və 

İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “Gənclərlə işin qiymətləndirilməsi üzrə göstəricilər” və 

“Gənclər siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsinə gənclərin və maraqlı tərəflərin 

cəlb olunması” adlı 2 regional seminar keçirilib. Seminarda Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və 

Belarusdan 25 nəfər iştirak edib.   

25-30 aprel 2015-ci il tarixlərdə Bakı şəhərində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının “Gənc 

şairələrin III Beynəlxalq Forumu” adlı layihəsinin  keçirilməsində Gənclər və İdman Nazirliyi payçı kimi iştirak 

etmişdir. Forumda 15 nəfər xarici ölkə gəncləri və Azərbaycandan 60 nəfər gənc iştirak etmişdir. 

01-06 may 2015-ci il tarixlərdə Gəncə şəhərində “İRƏLİ” İctimai Birliyinin “Region gənclərinin I əməkdaşlıq 

forumu” adlı layihəsinin həyata keçirilməsində Gənclər və İdman Nazirliyi payçı kimi iştirak etmişdir. 

Layihəyə 100 nəfər gənc cəlb edilmişdir. 

15 may 2015-ci il tarixdə Gənclər Təşkilatları Milli Şurasının üzv və üzv olmayan təşkilatlarının iştirakı ilə 

“Azərbaycan gəncliyi 2016-2020-ci ilərdə” Dövlət Proqramının hazırlanmasına dair ictimai müzakirə 

keçirilmişdir.  

11 – 19 iyul 2015-ci il tarixlərdə Gədəbəy rayonunda “Wonderland Azerbaijan 2015” beynəlxalq skaut 

düşərgəsi keçilmişdir. 

Düşərgədə Avstraliya

, Meksika, Ukrayna, Türkiyə, Polşa, Gürcüstan 

və Yunanıstandan 23, Azərbaycandan isə 133 nəfər iştirak etmişdir.  

01 noyabr 2015-ci il tarixdə Milli Məclisə seçkilərdə ilk dəfə səs verən gənclərin iştirakını təmin etmək üçün 

Gənclər və İdman Nazirliyinin təlimatına uyğun olaraq, 2015-ci ilin avqust – oktyabr aylarında rayon (şəhər) 

gənclər və idman idarələri tərəfindən “Sənin səsin – sənin gələcəyin” devizi altında təlimlər, seminarlar, 

görüşlər keçirilmiş və müxtəlif maarifləndirci vasitələr  paylanmışdır. Tədbirlərdə 5 min gənc iştirak etmişdir.    

04 – 09 avqust 2015-ci il tarixlərdə Gəncə şəhərində “İRƏLİ” İctimai Birliyi tərəfindən “Azərbaycan 

gənclərinə dəstək: yaşıl” adlı layihənin keçirilməsində Gənclər və İdman Nazilriyi payçı kimi iştirak etmişdir. 

Layihədə 110 nəfər yerli gənc iştirak etmişdir. 

10-20 sentyabr 2015-ci il tarixlərdə Lənkəran şəhərində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Yerli 

gənc” adlı layihənin keçirilməsində Gənclər və İdman Nazirliyi payçı kimi iştirak etmişdir. Layihədə 125 nəfər 

yerli gənc iştirak etmişdir. 

12-30 sentyabr 2015-ci il tarixlərdə Bakı şəhərində Azərbaycan Skautlar Assosiasiyası tərəfindən “Skautların 

Liderlik Məktəbi” adlı layihənin keçirilməsində Gənclər və İdman Nazirliyi payçı kimi iştirak etmişdir. 

Layihədə 300 nəfər yerli gənc iştirak etmişdir. 

01-05 oktyabr 2015-ci il tarixlərdə Bakı şəhərində Dünya Skaut Hərəkatı Təşkilatının və Avrasiya Regional 

Bürosunun idarə heyətlərinin iclası keçirilmişdir. 

İclaslarda 

35-ə yaxın ölkədən 43 nəfər iştirak etmişdir.  

01 noyabr 2015-ci il tarixdə Dünya Skaut Hərəkatı Təşkilatının Baş katibi Skot Tiri və Dünya Skaut 

Komitəsinin sədri Joao Armando Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 

qəbul edilmişlər.         

25 noyabr 2015-ci tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və 




Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə