Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
1   2   3   4   5   6   7

 

14 


yarışında iştirak  etmişdir. 

26-30 mart 2015-ci tarixlərdə sambo idman növü üzrə milli yığma komanda Moskva şəhərində keçirilmiş 

dünya kuboku yarışlarında iştirak etmiş,1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanmışdır. 

27-29 mart  2015-ci il tarixlərdə Türkiyənin Samsun şəhərində keçirilmiş cüdo üzrə turnirdə  idmançılarımız 

2 qızıl, 1 gümüş  medala sahib cıxmışlar. 

27-30 mart 2015-ci il tarixlərdə sərbəst güləş üzrə yığmamız 12 nəfər tərkibdə Yaşar Döğunun xatirəsinə 

həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə ezam olunmuşdur. Bu 

yarışda idmançılarımız 1 qızıl, 2 bürünc medal qazanmışlar. 

28-29 mart  2015-ci il tarixlərdə İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku 

keçirilmişdir. Kubok yarışında yığma komandanın üzvləri 5 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişlər. 

04-15 aprel 2015-ci il tarixlərdə sərbəst güləş üzrə kişilərdən ibarət yığma komanda 12 nəfər tərkibdə dünya 

kuboku yarışında iştirak etmək üçün ABŞ-nın Los-Anceles şəhərinə ezam olunmuşdur. Bu yarışda yığmamız 8 

komanda arasında III yerə layiq görülmüşdür. 

05-08 aprel  2015-ci il tarixlərdə Qəbələ, Astara və Tovuz Olimpiya İdman Komplekslərində sərbəst güləş 

üzrə yarışların  zona mərhələləri keçirilmişdir. 

06-09 aprel 2015-ci il tarixlərdə Gəncə şəhərində ağır atletika üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr 

arasında Azərbaycan birinciliyi  keçirilmişdir. 

06-27 aprel 2015-ci il  tarixlərdə qadın güləşi üzrə yığma komanda 12 nəfər tərkibdə I Avropa Oyunlarına 

hazırlıqla əlaqədar təlim-məşq toplanışında və “Dan Kolov və Nikola Petrov” adına beynəlxalq turnirdə 

iştirak etmək üçün Bolqarıstanın Sofiya şəhərinə ezam olunmuşdur. Turnirdə idmançılarımız 1 qızıl, 2 gümüş 

və 1 bürünc medal qazanmışlar. 

09-18 aprel 2015-ci il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində kişilər və qadınlar arasında ağır atletika üzrə 

Avropa çempionatı keçirilmişdir. Yarışda idmançılarımız 3 qızıl, 1 bürünc medala layiq görülmüşlər. 

11-12 aprel 2015-ci il tarixlərdə yeniyetmələrdən ibarət yığma komanda Çexiyanın Tepliça şəhərində 

keçirilmiş cüdo üzrə Avropa kubokunda iştirak etmişdir. Bu tədbirdə idmançılarımız 4 bürünc medal 

qazanmışlar. 

11-20 aprel 2015-ci il tarixlərdə kişi və qadın idman gimnastikası üzrə yığma komanda Fransanın Monpelye 

şəhərində 6-cı Avropa çempionatında iştirak etmişdir. 

13-18 aprel 2015-ci il tarixlərdə qarışıq döyüş növləri üzrə yığma komandamız Ukraynanın Lvov şəhərində 

keçirilmiş WCFF üzrə Avropa çempionatı və MMA üzrə dünya kubokunda iştirak  etmişdir. Komandanın 

üzvləri 4 qızıl medal qazanmışdır. 

16-20 aprel 2015-ci il tarixlərdə sambo idman növü üzrə yeniyetmələr və gənclərdən ibarət yığma 

komandamız Serbiyanın Novi-Sad şəhərində keçirilmiş gənclərin Avropa birinciliyində iştirak etmiş, 

idmançılarımız 2 qızıl, 1 gümüş 2 bürünc medal əldə etmişlər. 

18-19 aprel 2015-ci il tarixlərdə Sank-Peterburq şəhərində keçirilmiş cüdo üzrə gənclər arasında Avropa 

kubokunda yığma komandanın üzvləri 2 qızıl, 1 bürünc medala sahib çıxmışlar. 

23-26 aprel 2015-ci il tarixlərdə Ağdam rayon İdman Olimpiya Kompleksində ümummilli lider Heydər 

Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilmişdir.  Yığma komandanın 

üzvləri 7 qızıl medal qazanmış və komanda hesabında I yerə çıxmışlar. 



 

15 


24-27 aprel 2015-ci il tarixlərdə Bakı şəhəri “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açıq meydançasında 3x3 

basketbol üzrə kişilər arasında beynəlxalq turnir keçirilmişdir. 

25 aprel-05 may 2015-ci il tarixlərdə kempo karate üzrə yığma komanda Türkiyənin Antaliya şəhərində 

keçirilən 12-ci İKF - dünya çempionatında iştirak  etmişdir. Nəticədə yığma komandamızın üzvləri  4 qızıl, 3 

gümüş və 4 bürünc medal qazanmışdır. 

28 aprel-04 may 2015-ci il tarixlərdə bədii gimnastika üzrə Azərbaycan yığma komandası Belarusun Minsk 

şəhərində keçirilən 31-ci Avropa çempionatında iştirak etmişdir. 

28 aprel-05 may 2015-ci il tarixlərdə sportinq üzrə yığma komanda 2 nəfər tərkibdə İtaliyanın Folinyo 

şəhərində keçirilmiş Avropa çempionatında iştirak etmişdir. 

2015-ci ilin aprel ayında Bakıda kişilər arasında boks üzrə “Böyuk İpək Yolu” beynəlxalq turniri və 

yeniyetmələr arasında “Heydər Əliyev kuboku” beynəlxalq turniri keçirilmişdir. Kişilər arasında keçirilən 

“Böyük İpək Yolu” beynəlxalq turniri I Avropa Oyunlarına hazırlıq xarakterı daşıyırdı. Bu yarışda komandamız 

7 qızıl medalla ümumi hesabda I yerə layiq görüldü. 

02-07 may 2015-ci il  tarixlərdə su idman növləri üzrə Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli 

lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş üzgüçülük üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə 5 

ölkə-Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Azərbaycan idmançıları iştirak etmişdir. 

05-07 may 2015-ci il tarixlərdə Bakı şəhəri Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə 

həsr olunmuş su polosu üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə 8 komanda İtaliya, Yunanıstan, Rusiya, 

Türkiyə, Qazaxıstan, Macarıstan, Gürcüstan və Azərbaycan komandaları iştirak etmişdir. 

06-10 may 2015-ci il  tarixlərdə velosiped idmanı üzrə “Tour de Azerbaijan” beynəlxalq turniri keçirilmişdir. 

Beynəlxalq turnirdə 24 ölkədən 120-yə yaxın idmançı iştirak etmişdir. 

08-09 may 2015-ci il tarixlərdə ümummilli lider

 

Heydər Əliyevin anadan olmasının 92 illiyi ilə əlaqədar 



Şahdağ Milli Parkı ərazisində Qızılqaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş edilmişdir. 

Yürüşdə


 

Gənclər və İdman Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası 

Prezidentinin 

Administrasiyası,

  

ASAN xidmət,



  

Azərbaycan

 

Peyntbol Federasiyası, Azərbaycan Hava və Ekstremal 



İdman Növləri Federasiyası, UNİBANK əməkdaşları, Ali Neft Məktəbi və Azərbaycan Tibb Universitetinin 

tələbələri  iştirak etmişlər. 

08-10 may 2015-ci il tarixlərdə Bakı şəhərində cüdo üzrə Qrand-Şlam beynəlxalq turniri keçirilmişdir. 

Turnirdə idmançılarımız 2 qızıl və 1 gümüş medal qazanmışlar. 

09-10 may 2015-ci il tarixlərdə I Avropa Oyunlarına hazırlıq məqsədilə qılıncoynatma idman növü üzrə Bakı 

Kristal Hollda test turniri keçirilmişdir. Bu turnirdə Türkiyə, Gürcüstan və Azərbaycan idmancılarından ibarət 

54 idmançı iştirak etmişdir. 

13-18  may 2015-ci  il tarixlərdə İspaniyanın Santa-Sussana şəhərində qadınlar və kişilər arasında bodibildinq 

üzrə keçirilmiş Avropa çempionatında 7 nəfərdən ibarət komandamız iştirak etmişdir. Şəhriyar Neymətmizai 

II yeri və Yelena Kirşına  isə I yeri tutmuşdur. 

13-18 may 2015-ci il tarixlərdə sambo idman növü üzrə yığma komandamız Xorvatiyanın Zaqreb şəhərində 

keçirilmiş Avropa çempionatında iştirak etmiş,  2 bürünc medal qazanmışdır. 

21-24 may 2015-ci il  tarixlərdə Mərakeşin Rabat şəhərində cüdo üzrə dünya ustalarının yarışında 

idmançılarımız 1 qızıl, 1 gümüş  və 1 bürünc medal əldə etmişlər. 

28-31 may 2015-ci il tarixlərdə veteran cüdoçular arasında Macarıstanın Balatonfüret şəhərində Avropa 



 

16 


çempionatı keçirilmişdir. Çempionatda veteran idmançılar 4 qızıl medal qazanmışlar. 

2015-ci ilin may ayında yeniyetmələrdən ibarət yığma komanda Ukraynanın Lvov şəhərində keçirilən boks 

üzrə Avropa birinciliyində uğurla iştirak edərək 2 qızıl, 2 gümüş və 2 bürunc medal qazanmış, ümumilikdə isə 

6 medalla komanda hesabında II yerə layiq görülmüşlər. 

02-05 iyun 2015-ci il tarixlərdə Balakən Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə,  06-09 iyun 2015-

ci il tarixlərdə isə yunan-roma güləşi üzrə final yarışları keçirilmişdir. 

03-04 iyul 2015-ci il tarixlərdə Bolqarıstanın Sofiya şəhərində yeniyetmələr arasında cüdo idman növü üzrə 

Avropa birinciliyi keçirilmişdir. Yarışda yığma komandanın üzvləri 2 qızıl, 1 bürünc medal qazanmışdır. 

03–07 iyul 2015-ci il tarixlərdə yığma komanda Ukraynanın İliçevsk şəhərində universal döyüş üzrə 

keçirilmiş Avropa birinciliyində iştirak etmişdir. İdmançılarımız klassik versiya üzrə 1 qızıl, 2 gümüş medal, 

layt versiyası üzrə isə 2 qızıl, 1 gümüş medal qazanmışdır.  

03-14 iyul  2015-ci il tarixlərdə  Cənubi Koreyanın Kvanju  şəhərində kütləvi bədən tərbiyəsi və texniki idman 

növləri üzrə Tələbələrin XXVIII Ümumdünya Yay Universiadası  keçirilmişdir. Azərbaycan yığma komandası 

bu mötəbər yarışda 3 idman növü üzrə iştirak etmiş,  2 qızıl və 1 bürünc medal  qazanmışdır. 

05-16 iyul 2015-ci il tarixlərdə Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək oğlan və qızlar arasında 

şahmat üzrə Respublika Olimpiadası keçirilmişdir. Azərbaycanın 47 şəhər və rayonundan 444 şahmatçının 

iştirak etdiyi bu yarışda mübarizə şəxsi-komanda hesabında aparılırdı. Yarışlar 2 yaş qrupu üzrə - 12 və 16 

yaş qruplarında və İsveçrə sistemi üzrə 11 turdan ibarət olub. 332  şahmatçının iştirak etdiyi 12 yaş 

qrupunda qalib adını 11 oyundan 9 xalla Bakı şahmatçısı  qazanmışdır. Onunla eyni sayda xal toplamış digər 

Bakı şahmatçıları da 2-ci və 3-cü yerləri bölüşdürmüşlər.  

16-19 iyul 2015-ci il tarixlərdə İsveçin Eskilstuna şəhərində keçiirlmiş U-20 Avropa çempionatında yığma 

komandanın üzvü təkanla tullanmada 17.04m. nəticə göstərərək  qızıl medal qazanmış, yeni rekorduna imza 

atmış və  RİO-2016-ya lizenziya əldə etmişdir.  

25 iyul-2 avqust  2015-ci il  tarixlərdə ABŞ-ın  Kaliforniya Ştatının  Los -Anjeles   şəhərində  Ümumdünya 

Xüsusi Olimpiya Oyunları (Special Olympics World Games) keçirilmişdir. Azərbaycan yığma komandası bu 

mötəbər yarışda 10 idman növü üzrə  (atletika, basketbol, badminton, cüdo, futbol, həndbol, poverliftinq, 

stolüstü tennis, üzgüçülük və voleybol) iştirak etmiş, 8 qızıl medal qazanmışdır. 

28 iyul-01 avqust 2015-ci il tarixlərdə Gürcüstanın Tiflis şəhərində Yeniyetmələrin Avropa Olimpiya Festivalı 

keçirilmişdir. Tədbirdə yığma komandanın üzvləri 2 qızıl,1 gümüş və 2 bürünc medal əldə etmişdir. 

04-09 avqust 2015-ci il tarixlərdə Serbiyanın Subbotiça şəhərində keçirilmiş yeniyetmələrdən ibarət yığma 

komanda Avropa birinciliyində iştirak etmiş, yunan-roma güləşi üzrə yarşda bir qızıl, iki bürünc, sərbəst 

güləş üzrə iki qızıl, üç bürünc , qadın güləşi üzrə bir gümüş, bir bürünc medal  əldə etmişdir. 

05-08 avqust 2015-ci il tarixlərdə Bosniya-Hersoqovinanın Sarayevo şəhərində cüdo idman növü üzrə 

keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində yığma komandanın üzvləri 2 gümüş medal 

qazanmışdır.  

13-14 avqust 2015-ci il tarixlərdə Braziliyanın Salvador Da Bahiya şəhərində keçirilmiş gənclərin dünya 

birinciliyində yığma komandamız yunan-roma güləşi üzrə bir qızıl, iki gümüş, bir bürünc, sərbəst güləş üzrə 

dörd qızıl, bir bürünc, qadın güləşi üzrə iki qızıl, iki gümüş, bir bürünc medal əldə etmişdir. 

23-30 avqust 2015-ci il tarixlərdə İspaniyanın San Sebastian şəhərində  kikboksinq  idman  növü üzrə 

keçirilmiş WAKO versiyası üzrə Avropa çempionatında   idmançılarımız 2 qızıl, 2 gümüş, 5 bürünc medal 




 

17 


qazanmışdır. 

24-31 avqust 2015-ci il tarixlərdə Bosniya Hersoqovinanın Sarayevo şəhərində yeniyetmələrdən ibarət 

yığma komandamız dünya birinciliyində yunan-roma güləşi üzrə üç bürünc, sərbəst güləş üzrə bir gümüş, 

dörd bürünc, qadın güləşi üzrə bir qızıl, iki bürünc medal əldə etmişlər. 

30 avqust 2015-ci il tarixdə triatlon idman növü üzrə Rumıniyada  keçirilmiş Avropa kubokunda 

Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvü  bürünc medal qazanmışdır. 

02-13 sentyabr 2015-ci il tarixlərdə Rusiyanın Sankt-Peterburq şəhərində yeniyetmə boksçular arasında 

dünya çempionatı keçirilmişdir. Bu yarışda yeniyetmələrdən ibarət yığma boks komandası 12 idmançı ilə 

təmsil olunaraq vətənə 2 medalla – qızıl və bürünc medalla qayıtmışlar.  

04-12 sentyabr 2015-ci il tarixlərdə Bakı şəhərində Polo üzrə  Avropa çempionatı keçirilmişdir. Azərbaycan 

komandası ilə yanaşı Almaniya, İrlandiya, İspaniya, İsveçrə və İtaliya komandaları mübarizə aparmışlar. 

Finalda Azərbaycan komandası ilə Almaniya komandası görüşmüş 6-5 hesabı ilə Azərbaycan komandası 

qalib gələrək Avropa çempionu olmuşdur. 

07-12 sentyabr 2015-ci il tarixlərdə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində  böyüklərdən ibarət 

yığma komandamız dünya çempionatında yunan-roma  güləşi üzrə bir qızıl, bir gümüş, bir bürünc, sərbəst 

güləş üzrə bir qızıl, bir gümüş, bir bürünc, qadın güləşi üzrə bir gümüş, bir bürünc medal əldə etmişlər. 

10 sentyabr – 05 oktyabr 2015-ci il tarixlərdə Bakı şəhəri “Fairmont Baku” otelində şahmat üzrə Dünya 

Kuboku keçirilmişdir. Dünyanın 45 ölkəsindən 128 ən güclü şahmatçının iştirak etdiyi bu yarış Olimpiya 

sistemi üzrə keçirilmişdir. Yarışda Azərbaycanı 6 şahmatçı, beynəlxalq qrossmeysterlər  təmsil etmişlər.  

15 sentyabr 2015-ci il tarixində atçılığın konkur növü üzrə Danimarkada CSİ-1* kateqoriyalı “Riders  Cup” 

Beynəlxalq turnir keçirilmişdir. Bu turnirdə 140 sm maneələrə qarşı yarışda “Carvin” ləqəbli atla Andre 

Şroder I-yerə çıxmışdır. 

19-30 sentyabr 2015-ci il tarixlərdə Gürcüstanın Batumi şəhərində gözdən əlillər arasında şahmat və dama 

üzrə Cənubi Qafqaz ölkələrinin şəxsi-komanda birinciliyi keçirilmişdir. Yarışda Azərbaycan gözdən əlil 

şahmat və damaçıları həm şəxsi, həm də komanda hesabında 1-ci yerə layiq görülmüşdür. 

22-27 sentyabr 2015-ci il tarixlərdə Rusiyanın Anapa şəhərində kikboksinq idman növü üzrə keçirilmiş dünya 

kubokunda idmançılarımız  3 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olmuşdur. 

01-11 oktyabr 2015-ci il tarixlərdə Litvanın Klaypeda şəhərində ağır atletika idman növü üzrə 20-23 yaşlı 

idmançılar arasında Avropa çempionatı keçirilmişdir. Yarışda idmançılarımız 3 qızıl və 3 bürünc medal əldə 

etmişdir.  

02-16 oktyabr 2015-ci il tarixlərdə Qətər Əmirliyinin paytaxtı Doha şəhərində kişilər arasında lisenziya 

xarakterli dünya çempionatı keçirilmişdir. Bu yarışda komandamız 9 boksçu ilə təmsil olunaraq vətənə bir 

qızıl, bir gümüş, 2 bürünc medalla qayıtmışlar.  

03-06 oktyabr 2015-ci il tarixlərdə Koreyanın Mingyonq şəhərində keçirilmiş cüdo idman növü üzrə 

Hərbiçilərin VI Dünya Oyunlarında komandamızın üzvləri 1 gümüş, 8 bürünc medala sahib çıxmışdır.  

05–08 oktyabr 2015-ci il tarixlərdə universal döyüş üzrə yığma komanda Rusiyanın Medin şəhərində 

keçirilmiş 18-20 yaşlıların dünya birinciliyində iştirak  etmişdir. Yığma komandanın üzvləri 2 qızıl, 4 gümüş 

medal əldə etmişdir.  

06-10 oktyabr 2015-ci il tarixlərdə Koreyanın Mungyonq şəhərində keçirilmiş güləş üzrə böyüklərdən ibarət 

yığma komandamız Hərbçilərin VI Dünya Oyunları yarışlarında yunan-roma güləşi üzrə bir qızıl, sərbəst güləş 




 

18 


üzrə bir gümüş, bir bürünc medal əldə etmişlər. 

08-12 oktyabr 2015-ci il tarixlərdə Latviyanın Riqa şəhərində keçirilmiş yeniyetmələr və gənclərdən ibarət 

yığma komandalar sambo üzrə dünya birinciliyində iştirak etmişdir. İdmançılar bu yarışda  yeniyetmələr 

arasında 1 qızıl, 1 gümüş, 2 bürünc medal və gənclər arasında isə 1 qızıl, 1 gümüş medal   əldə etmişlər. 

16-24 oktyabr 2015-ci il tarixlərdə Çövkən Milli Atüstü Oyunu üzrə IV Azərbaycan çempionatı keçirilmişdir. 

Çempionatda ölkənin müxtəlif regionlarından 24 komanda iştirak etmişdir. Sərhədçi I-yerə, Polad 

komandası II-yerə, Ağstafa komandası isə III-yerə çıxmışdır.  

17-25 oktyabr 2015-ci il tarixlərdə Makedoniyanın Skopye şəhərində klub komandaları arasında növbəti 

Avropa çempionatı keçirilmişdir.“SOCAR”(Azərbaycan) komandası çempionatı 2-ci dəfə  2-ci yerdə başa 

vuraraq, gümüş medal qazandı. 

17 oktyabr-02 noyabr 2015-ci il tarixlərdə idman gimnastika üzrə Azərbaycanın yığma komandası Böyük 

Britaniyanın Qlazqo şəhərində 46-cı dünya çempionatında iştirak etmişdir. Azərbaycan təmsilçisi Oleq 

Stepko Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmiş, paralel qollarda final hərəkətlərində bürünc 

medal qazanmışdır.  

24 oktyabr-01 noyabr 2015-ci il tarixlərdə Serbiyanın Belqrad şəhərində kikboksinq üzrə WAKO-nun dünya 

çempionatında iştirak etmiş yığma komandanın üzvləri  1 qızıl, 3 gümüş, 3 bürünc medal qazanmışdır.  

28 oktyabr - 03 noyabr 2015-ci il tarixlərdə yığma komanda Fransanın Orlean şəhərində keçirilmiş 

qılıncoynatma üzrə (sablya qadınlar) lisenziya xarakterli Qran-Pri dünya kubokunda iştirak etmişdir.  

03-09 noyabr 2015-ci il  tarixlərdə   kikboksinq idman növü üzrə   İspaniyanın  Benidorm şəhərində  WKA 

WTKA LAKSA versiyaları üzrə keçirilmiş dünya çempionatında  idmançılarımız 6 qızıl, 3 gümüş medal əldə 

etmişlər. 

05-09 noyabr 2015-ci il tarixlərdə İspaniyanın Benidorm şəhərində kişilər arasında bodibildinq üzrə 

keçirilmiş dünya çempionatında 7 nəfərdən ibarət komandamız   bir qızıl və gümüş mükafata layiq 

görülmüşlər. 

12-16 noyabr 2015-ci il tarixlərdə Mərakeşin Kasablanka şəhərində keçirilmiş sambo üzrə yığma komanda 

dünya çempionatında  3 gümüş medal qazanmışdır. 

 

13-14 noyabr 2015-ci il tarixlərdə Avstraliyanın Volonqoq şəhərində cüdo üzrə Açıq Okeaniya yarışları 



keçirilmişdir. Bu yarışlarda idmançılarımız 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanmışlar. 

13-15 noyabr 2015-ci il tarixlərdə Slovakiyanın Bratislava şəhərində cüdo üzrə Avropa çempionatı 

keçirilmişdir. Yarışda idmançılarımız 1 gümüş, 2 bürünc medal qazanmışlar. 

16-29 noyabr 2015-ci il tarixlərdə ABŞ-nın Hyuston şəhərində ağır atletika üzrə dünya çempionatı 

keçirilmişdir. Yığma komandanın üzvləri 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmış və 4 lisenziya əldə 

etmişdir. 

19-29 noyabr 2015-ci il tarixlərdə Polşanın Kolobrzek şəhərində gənclər arasında Avropa çempionatı 

keçirilmişdir. Bu yarışda gənclərdən ibarət yığmamız 9 boksçu ilə təmsil olunaraq vətənə qızıl, gümüş, 

bürünc medalla dönmüşlər.  

20-22 noyabr 2015-ci il tarixlərdə Çinin Qinqdao şəhərində cüdo idman növü üzrə keçirilmiş Qran-Pri 

beynəlxalq yarışda idmançılarımız 2 qızıl, 1 gümüş, 3 bürünc medal əldə etmişdir.  

10-15 dekabr 2015-ci il tarixlərdə qılıncoynatma idman növü üzrə qadınlar arasında  yığma komanda  ABŞ-ın 




 

19 


Boston şəhərində Qran-Pri dünya kuboku yarışında iştirak etmişdir.    

Bundan başqa ölkəmizdə 2016-cı il Ümumdünya Şahmat Olimpiadası və Formula-1  üzrə Bakı Avropa Qran-

Pri yarışlarına,  futbol üzrə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında  Avropa çempionatına,  

2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına,  2020-ci ildə futbol üzrə Avropa çempionatının 



dörddə bir mərhələ yarışlarına hazırlıq işləri davam etdirilir. 

 

Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə