Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən



Yüklə 177,04 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.06.2018
ölçüsü177,04 Kb.
#50569
1   2   3   4   5   6   7

 

11 


 

 

12-18 may 2015-ci il tarixlərdə Rusiyanın Çelyabinsk şəhərində keçirilmiş taekvondo üzrə dünya 



çempionatında +80 kq çəki dərəcəsində Radik İsayev birinci yeri tutaraq dünya çempionu olmuşdur. 

 

07-12 sentyabr 2015-ci il taixlərdə ABŞ-ın Las Veqas şəhərində keçirilmiş güləş üzrə dünya çempionatında 



yunan-roma güləşi üzrə 71 kq çəki dərəcəsində Rəsul Çunayev və sərbəst güləş üzrə 61 kq çəki dərəcəsində 

Hacı Əliyev birinci yeri tutaraq dünya çempionu adını qazanmışlar.  

 

02-16 oktyabr 2015-ci il tarixlərdə Qətərin Doha şəhərində keçirilmiş böyüklər arasında boks üzrə dünya 



çempionatında Elvin Məmişzadə birinci yeri tutaraq dünya çempionu olmuşdur.  

 

16-28 noyabr 2015-ci il tarixlərdə ABŞ-ın Hyuston şəhərində keçirilmiş ağır atletika üzrə dünya 



çempionatında 58 kq çəki dərəcəsində yarışan Boyanka Kostova 252 kq nəticə göstərərək yeni dünya 

rekorduna imza atmış və birinci yeri tutmuşdur. 

 

26 oktyabr 2015-ci il tarixdə ABŞ-ın Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin 



Assosiyasiyasının 20-ci Baş Assambleyasında 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst 

güləşçimiz  Toğrul Əsgərov Avropanın ən yaxşı kişi idmançısı adına layiq görülmüşdür. 

 

 

 



 

 

2015-ci ildə Azərbaycanda keçirilmiş əsas beynəlxalq tədbirlər 



 

2015-ci ildə ölkəmizdə 46 beynəlxalq yarış, o cümlədən  dünya və Avropa çempionatları təşkil edilmişdir. 

Hesabat dövründə ölkəmizdə 19 ölkədən 32 idmançının iştirakı ilə stolüstü tennis üzrə Avropa Top-16 

turniri, atçılığın konkur  növü üzrə qış kuboku beynəlxalq turniri, İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar 

20 ölkədən 133 idmançının iştirakı ilə gimnastika idman növləri üzrə beynəlxalq test turniri və digər 

tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir. 

Xüsusilə, 24 ölkədən 120-yə yaxın idmançının iştirakı ilə 06-10 may 2015-ci il tarixlərdə  keçirilən velosiped 

idmanı üzrə ənənəvi  “Tour de Azerbaijan” beynəlxalq turniri  ölkəmizin dünyaya tanıdılması baxımından 

olduqca əhəmiyyətli olmuşdur.  

06-16 avqust 2015-ci il tarixlərdə Qəbələ şəhərində Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları 

keçirilmişdir. Yarışda 100-ə yaxın ölkədən 2000-ə yaxın idmançı  2016-cı ildə Braziliyanın Rio-de-Janeyro 



 

12 


şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə aparmışlar. 

10 sentyabr-04 oktyabr 2015-ci il tarixlərdə Bakıda 45 ölkədən 128 idmançının iştirakı ilə şahmat üzrə Dünya 

Kuboku  yarışları keçirilmişdir. 

 

Bundan başqa ulu öndər Heydər Əliyevin 92-ci ildönümü münasibətilə müxtəlif idman növləri üzrə bir sıra 



beynəlxalq turnirlər, o cümlədən Naxçıvan şəhərində “Naxçıvan Open-2015” beynəlxalq şahmat festivalı və 

güləş üzrə beynəlxalq turnir, Bakı şəhərində  su polosu və basketbol üzrə beynəlxalq turnirlər,  güləş  üzrə 

“Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsi, ali təhsil müəssisələri işçiləri arasında Respublika 

Spartakiadası, Mingəçevir şəhərində avarçəkmə üzrə “Prezident Reqatası”, Xaçmaz rayonunda üzğüçülük 

üzrə beynəlxalq turnir, boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir və digər tədbirlər keçirilmişdir.    

 

Təqvim planına əsasən keçirilmiş yerli və beynəlxalq yarışlarda iştirak 



 

2015-ci ilin yanvar ayında atletika üzrə  yığma komandanın üzvü Rahib Məmmədov Latviyanın Riqa 

şəhərində keçirilmiş beynəlxalq turnirdə 60 m. məsafəyə sədlərlə qaçışda 7.95 san. nəticə ilə III yeri 

tutmuşdur. 

2015-ci ilin yanvar ayında Rusiyanın Volqoqrad şəhərində keçirilən atletika üzrə beynəlxalq turnirdə yığma 

komandanın 7 üzvü iştirak etmişdir. Nazim Babayev üç təkanla tullanmada 16.23 m. nəticə ilə qızıl medal və 

Orxan Aslanov üç təkanla tullanmada 15.03 m. nəticə ilə bürünc medal əldə etmişdir. 

07-21 yanvar 2015-ci il tarixlərdə sərbəst güləş üzrə gənclər və böyüklərdən ibarət yığma komanda I Avropa 

Oyunlarına hazırlıqla əlaqədar Rusiyanın Kislovodsk şəhərində keçirilən təlim-məşq toplanışında iştirak 

etmişdir. 

14-19 yanvar 2015-ci il tarixlərdə 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yunan-roma 

güləşi üzrə beynəlxalq turnir keçirilmişdir. 

24 yanvar-09 fevral 2015-ci il tarixlərdə idmançımız Camal Rəhimov İspaniyada atçılığın konkur  növü üzrə 

keçirilən beynəlxalq turnirinin qalibi olmuşdur. 

27 yanvar-01 fevral 2015-ci il tarixlərdə güllə atıcılığı üzrə yığma komanda 4 nəfər tərkibdə Almaniyanın 

Münhen şəhərində keçirilmiş beynəlxalq turnirdə iştirak etmişdir. 

28 yanvar – 02 fevral 2015-ci il tarixlərdə qılıncoynatma idman növü üzrə yığma komanda (sablya qadınlar) 

Yunanıstanın Afina şəhərində keçirilmiş dünya kubokunda iştirak  etmişdir. 

31 yanvar-01 fevral 2015-ci il tarixlərdə sərbəst, yunan-roma və qadın güləşi üzrə yığma komandalar Qran-

Pri beynəlxalq turnirində iştirak etmək üçün Fransanın Paris şəhərinə ezam olunmuşlar. Nəticədə sərbəst 

güləş üzrə 2 qızıl, 1 gümüş və 3 bürünc medal, qadın güləşi üzrə isə 2 gümüş və 1 bürünc medal 

qazanmışlar. 

04-20 fevral 2015-ci il tarixlərdə stend atıcılığı üzrə  Qatarın Doha şəhərində keçirilmiş beynəlxalq yarışda 

idmançılarımız 1 gümüş, 1 bürünc medal əldə etmişlər. 

06-08 fevral 2015-ci il tarixlərdə gimnastika idman növü üzrə Milli Gimnastika Arenasında stolüstü tennis 

üzrə Avropa Top-16 turniri keçirilmişdir. Turnirdə 19 ölkədən 32 idmançı iştirak etmişdir. 




 

13 


12-16 fevral 2015-ci il tarixlərdə qadın güləşi üzrə yığma komanda 12 nəfər tərkibdə İsveç Krallığının Klippan 

şəhərində beynəlxalq turnirdə iştirak etmişdir. Nəticədə Mariya Stadnik I yerə layiq görülmüşdür. 

14-28 fevral 2015-ci il tarixlərdə güllə atıcılığı üzrə Almaniyanın Dortmund şəhərində keçirilmiş beynəlxalq 

turnirdə İradə Aşumova 578 xal qazanaraq I yerə çıxmışdır. 

17-24 fevral 2015-ci il tarixlərdə həndbol idman növü üzrə kişilərdən ibarət yığma komanda 25-ci Gürcüstan 

açıq çempionatının II turunda iştirak etmişdir. 

19-20 fevral 2015-ci il tarixlərdə İran İslam Respublikasının Tehran şəhərində yunan-roma güləşi üzrə yığma 

komandamız dünya kuboku yarışlarında I yerə layiq görülmüşdür. 

23 fevral-01 mart 2015-ci il tarixlərdə kamandan oxatma üzrə yığma komandamız 2 nəfər tərkibdə 

Sloveniyanın Koper  şəhərində keçirilmiş Avropa çempionatında iştirak etmişdir. 

2015-ci ilin mart  ayında “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş futbol turniri təşkil olunmuşdur. 

Turnirdə media veteranları, nazirliyin və həvəskarlardan ibarət komandalar iştirak etmişlər. Turnirdə iştirak 

edən bütün futbolçulara xatirə hədiyyələri paylanmışdır. 

2015-ci ilin mart  ayında Çexiyanın Praqa şəhərində keçirilmiş atletika üzrə Avropa çempionatında Nazim 

Babayev üç təkanla tullanmada 15.92 m. nəticə  göstərmiş və 10-cu yeri tutmuşdur. 

04-06 mart 2015-ci il tarixlərdə Milli Gimnastika Arenasında ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına 

hazırlıqla əlaqədar gimnastika idman növləri üzrə beynəlxalq test turniri keçirilmişdir. Turnirdə 20 ölkədən 

133 idmançı iştirak etmişdir. 

05-08 mart 2015-ci il tarixlərdə sərbəst güləş üzrə kişilərdən ibarət yığmamız Aleksandr Medvedin mükafatı 

uğrunda beynəlxalq turnirdə iştirak etmək üçün Belarusun Minsk şəhərinə ezam olunmuşdur. Nəticədə: 

Qazyumov Xetaq - I yer, Şərifov Şərif isə II yerə layiq görülmüşlər. 

05-09 mart 2015-ci il tarixlərdə qadın güləşi üzrə yığma komanda 12 nəfər tərkibdə dünya kuboku yarışında 

iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə ezam olunmuşdur. Bu yarışda yığmamız  8 komanda 

arasında IV yerə layiq görülmüşdür. 

07-08 mart 2015-ci il tarixlərdə cüdo üzrə Türkiyənin  Antaliya şəhərində yeniyetmələr arasında Avropa 

kuboku keçirilmişdir. Bu yarışda yığma komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal 

qazanmışlar. 

11-14 mart 2015-ci il tarixlərdə kikboksinq idman növü üzrə Sankt-Peterburqda Heydər Əliyev adına turnir 

keçirilmişdir. 

12-16 mart 2015-ci il tarixlərdə qılıncoynatma idman növü üzrə yığma komanda (şpaqa kişilər və qadınlar) 

Bolqarıstanın Sofiya şəhərində beynəlxalq turnirdə iştirak  etmişdir. 

19-22 mart 2015-ci il tarixlərdə karate idman növü üzrə İstanbulda keçirilmiş Avropa çempionatında 

idmançılarımız  2 qızıl, 1 gümüş medal qazanmışdır. 

20 mart 2015-ci il tarixdə qılıncoynatma idman növü üzrə (şpaqa kişilər) yığma komanda Macarıstanın 

Budapeşt şəhərində dünya kubokunda iştirak etmək üçün ezam olunmuşdur. 

20-21 mart 2015-ci il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində  cüdo üzrə yığma  komandanın üzvləri Qran-Pri 

turnirlərində 2 qızıl, 1 bürünc medala layiq görülmüşlər. 

25-30 mart 2015-ci il tarixlərdə 5 (beş) nəfər tərkibdə qılıncoynatma idman növü üzrə yığma komanda 

sablya növü üzrə qadınlar arasında keçirilən Cənubi Koreyanın Seul  şəhərində Qran-Pri dünya kuboku 



Yüklə 177,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə