Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

148.4. Bu Məcəllədə nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük 
bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat 
vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük 
orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır. 
Maddə 149. Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti 
149.1. Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla 
gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında 
yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. 
149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində 
yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə 
şərait yaradan digər üsullarla da həyata keçirilə bilər. 
149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar 
gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük 
proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 
(on beş) gündən gec olmayaraq verilməlidir. 
149.4. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən 
müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun 
əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük 
bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc 
xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir. 
149.5. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə
onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir. 
149.6. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar 
gömrük ərazisindən çıxarılarkən verilməlidir. 
149.7. Malları daşıyan nəqliyyat vasitələri bu Məcəllənin 149.8-ci maddəsində göstərilən 
hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir. 
149.8. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola 
düşdükləri su və hava limanında bəyan edilir. 
149.9. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan 
edilir. 
Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər 
150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün 
lazım olan bütün məlumatları özündə əks etdirməlidir. 


150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya 
bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində 
yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən 
imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq 
edilməlidir. 
150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru 
altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq 
icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. 
150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, 
yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük 
bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 
150.5. Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim 
edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları 
həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə 
verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət 
müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 
45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi 
sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim 
edir. 
Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması 
151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun 
aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 
151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək 
gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının 
səlahiyyətlərinə aid olmasını; 
151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük 
qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 
151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya 
məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; 
151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi tələblərə uyğunluğunu; 
151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu 
(bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin 
sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə 
müəyyən edilmiş tələblərə cavab verməsini. 


151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş 
şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin 
çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük 
orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq 
edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. 
151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş 
sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. 
Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi 
152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş 
şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları 
tərəfindən təsdiq edilir. 
152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. 
152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi 
əhəmiyyətə malik sənəd sayılır. 
152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə 
bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar 
barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq 
imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb 
olunur. 
152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli 
gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar 
üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə, həmin 
bəyannamə təsdiq edilir. 
152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan 
edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. 
Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi 
153.1. Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük 
bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin 
bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları 
tərəfindən icazə verilir. 
153.2. Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə 
və ya onun geri götürülməsinə icazə verilmir: 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə