Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə29/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   25   26   27   28   29   30   31   32   ...   50

164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 
164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 
164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini
165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların 
tamamlanmasını. 
164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici 
mallar daxili mallar gömrük statusunu alırlar. 
164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Fəsil 27. Təkrar idxal 
Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi 
165.1. Təkrar idxal — ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni 
vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir 
hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad 
edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır. 
165.2. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal 
gömrük proseduru altında yerləşdirilə bilər. 
165.3. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa 
şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu 
Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda 
icazə verir. 
165.4. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı 
zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən 
asılı olmayaraq icazə verilir. 
165.5. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin 
edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük 
ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. 
165.6. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
XI bölmə. Xüsusi gömrük prosedurları
 
Fəsil 28. Ümumi müddəalar 


Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi 
166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər: 
166.0.1. tranzit (beynəlxalq və daxili tranzit); 
166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); 
166.0.3. sərbəst zona; 
166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); 
166.0.5. emal (daxildə və xaricdə emal). 
Maddə 167. İcazələrin və lisenziyaların verilməsi 
167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında 
yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada 
verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir. 
167.2. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra 
hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və 
gömrük anbarlarında həyata keçirilir. 
167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 
167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir: 
167.3.1. rezidentlərə; 
167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun 
aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana 
biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə; 
167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında 
yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları 
aparan şəxsə. 
167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə 
verilir: 
167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata 
keçirmək imkanı olduqda; 
167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir 
göstərmədikdə. 


167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli 
istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili 
nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti 
orqanı müəyyən edir. 
167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun 
davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük 
orqanlarına məlumat verməyə borcludur. 
Maddə 168. Uçotun aparılması 
168.1. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi
habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan 
şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının 
uçotunu aparmalıdırlar. 
168.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o 
cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, 
onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata 
keçirilməsinə imkan yaratmalıdır. 
Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması 
169.1. Tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində 
nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar 
və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük 
ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina 
edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. 
169.2. Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük 
orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında 
onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır. 
169.3. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla 
bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. 
Maddə 170. Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürülməsi 
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları 
altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri 
müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər. 
Maddə 171. Malların daşınması 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə