Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə38/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   34   35   36   37   38   39   40   41   ...   50

227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması 
və ödənilməsi qaydaları, vergilərdən azadedilmə, ödənişlərə möhlət verilmə və onların 
qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. 
Maddə 228. Əlavə dəyər vergisi 
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu 
Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 
Maddə 229. Aksizlər 
Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlər bu Məcəlləyə və 
Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 
Maddə 230. Yol vergisi 
230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan 
avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. 
230.2. Yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük 
ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində 
dövlət büdcəsinə köçürülür. 
Maddə 231. Gömrük yığımları 
231.1. Gömrük yığımlarına aşağıdakılar aiddir: 
231.1.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları; 
231.1.2. gömrük müşayiətinə görə gömrük yığımları; 
231.1.3. malların saxlancına görə gömrük yığımları; 
231.1.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının 
verilməsinə görə yığımlar; 
231.1.5. bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra 
hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar. 
231.2. Gömrük yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Maddə 232. Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları 
232.1. Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən, bu 
Məcəllədə və digər normativ aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, 


aşağıdakıların yerinə yetirilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən 
etdiyi məbləğdə gömrük yığımları alırlar: 
232.1.1. malların gömrük rəsmiləşdirilməsinə; 
232.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq 
bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların 
nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına; 
232.1.3. malların gömrük nəzarəti altında məhvinə. 
232.2. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş 
vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları 
ikiqat məbləğdə alınır. 
Maddə 233. Gömrük hərraclarında iştiraka görə haqq 
Gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. 
Maddə 234. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların 
və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə 
blanklarının verilməsinə görə dövlət rüsumu 
234.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların 
verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 
234.2. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə 
icazə blanklarının verilməsinə görə «Dövlət rüsumu haqqında» Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 
Maddə 235. Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin 
tətbiqi 
«Hasilatın pay bölgüsü haqqında», «Əsas boru kəməri haqqında» sazişlərin və bu 
qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən 
və bu ərazidən aparılan mallara gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun 
olaraq tətbiq edilir. 
Maddə 236. Gömrük borcunun ödənildiyi valyuta 
Gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir. 
Fəsil 43. Malların idxalı və ixracı üzrə yaranmış gömrük borclarına dair ümumi 
müddəalar 


Maddə 237. Gömrük borcunun yarandığı yer 
237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən 
gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük 
orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun 
yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir. 
237.2. Gömrük borcunun yaranma yerini müəyyənləşdirmək mümkün olmadıqda, onun 
mövcudluğunun aşkarlandığı yer gömrük borcunun yarandığı yer hesab edilir. 
237.3. Müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə bu Məcəllənin 
237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən yeri müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində müəyyənləşdirmək mümkün 
olmadıqda, gömrük borcu malların aidiyyəti gömrük proseduru altında yerləşdirildiyi 
yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab 
edilir. 
237.4. Gömrük orqanlarında olan məlumatlar gömrük borcunun bir neçə yerdə 
yarandığını müəyyənləşdirməyə imkan verdiyi hallarda, onun yarandığı ilk yer gömrük 
borcunun yarandığı yer hesab edilir. 
Maddə 238. Malların idxalı üzrə gömrük borcu 
238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük 
proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad 
edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində 
yaranır. 
238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 
238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata 
keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 
238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq 
olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən 
tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib 
edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu 
bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. 
Maddə 239. Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar 
yaranan gömrük borcu 
239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən 
aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır: 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə