Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Qəbul edilmişdir: 11 iyul 2000-ci IL, №906-iq


Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi



Yüklə 3,17 Mb.
səhifə17/33
tarix08.04.2018
ölçüsü3,17 Mb.
#36505
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

Maddə 204. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi

Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə, bu az miqdarda ziyan vurduqda

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz mislindən yüz qırx mislinədək yüz manatdan yüz qırx manatadək miqdarda cərimə edilir (125) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 204-1. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə —

xəzinədarlıq orqanlarının və büdcə təşkilatlarının vəzifəli şəxsləri şərti maliyyə vahidinin qırx mislindən doxsan mislinədək qırx manatdan doxsan manatadək dörd yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilirlər. (146)

Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət şərti maliyyə vahidinin üç yüz mislindən çox miqdarda üç yüz manatdan çox olan məbləğdə törədildikdə yaranır (Azərbaycan Respublikasının 25 mart 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir; Azərbaycan Respublikasının 23 mart 2004-cü il və 16 may 2008-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2003, № 6, m. 257; «Azərbaycan» q., 28 aprel 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).



Maddə 204-2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarını pozma

204-2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların və digər zəruri məlumatların vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi, dövlət borcalmaları və dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda

vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz manatadək cərimə edilir. (131)

Maddə 205. Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi

Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, bu az miqdarda ziyan vurduqda

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən altmış mislinədək otuz beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz otuz mislindən yüz yetmiş mislinədək yüz otuz manatdan yüz yetmiş manatadək miqdarda cərimə edilir (125) (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 206. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması

206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni:

206.0.1. qiymətli kağızlar bazarının peşəkar iştirakçısı, yaxud emitent tərəfindən açıqlanması (dərc edilməsi) qanunla nəzərdə tutulan məlumatların açıqlanmamasına, onların açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə;

206.0.2. qiymətli kağızların emissiyasının keçirilməsi üçün müəyyən edilmiş tələblərin emitent tərəfindən pozulmasına və ya emitentin buraxılışı dayandırılmış qiymətli kağızların yerləşdirilməsi üzrə əqdlər bağlamasına;

206.0.3. qiymətli kağızlar sahiblərinin reyestrinə yazıların daxil edilməsindən qanunsuz olaraq imtina edilməsinə və ya reyestrə dürüst olmayan məlumatların daxil edilməsinə və ya reyestrdən çıxarışın verilməsi müddətlərinin pozulmasına, reyestr saxlayıcısının, qiymətli kağızlar sahibinin və ya onun adından fəaliyyət göstərən şəxsin, yaxud qiymətli kağızların nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə;

206.0.4. gəlirlərin ödənilməsi üçün emitentin öhdəlik daşımadığı qiymətli kağızlara görə peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə;

206.0.5. qiymətli kağızların buraxılışı zamanı emitent tərəfindən dürüst olmayan və təhrif olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına;

206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə;

206.0.7. buraxılışı dövlət qeydiyyatından keçməmiş qiymətli kağızların qiymətli kağızlar bazarında yerləşdirilməsinə, reklam edilməsinə və istənilən formada investorlara təklif edilməsinə, onlarla əqdlərin bağlanmasına;

206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən doxsan mislinədək əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 207. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması

Qiymətli kağızların buraxılması (emissiyası), qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə —

vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 208. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulması

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 209. Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və standartlarının pozulması

Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və ya standartlarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş mislinədək altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 210. Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulması

Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 211. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması

Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən doxsan mislinədək qırx beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 212. Xidməti məlumatdan qanunsuz istifadə

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısının işçisi tərəfindən xidməti məlumatdan öz mənafeyi üçün istifadə edilməsinə və ya həmin məlumatın əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsinə görə —

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən otuz mislinədək iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə -

fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.

Qeyd:

1. Bu Məcəllənin 212-ci maddəsində «insayder» dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu Məcəllənin 212-ci maddəsində «az miqdarda» dedikdə yeddi min manatadək olan məbləğ başa düşülür. (155)

Maddə 213. Hesabatın verilməsindən imtina etmə və ya yayınma

Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat sənədlərinin və ya onların fəaliyyəti barədə təqdim edilməli olan qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən səksən mislinədək altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 214. Məlumatların açıqlanması qaydalarının pozulması

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçlarının özünü tənzimləyən təşkilatı tərəfindən qiymətli kağızlar haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin doxsan mislindən iki yüz mislinədək doxsan manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 28 sentyabr 2004-cü il tarixli Qanunu ilə edilmiş düzəlişlə – «Azərbaycan» q., 5 dekabr 2004-cü il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 215. Sənədlərin saxlanılması qaydalarının pozulması

Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin beş mislindən iyirmi beş mislinədək beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən üç yüz mislinədək iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 216. Qiymətli kağızlarla girov qaydalarının pozulması

Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına alınması qaydalarının pozulmasına görə —

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi beş mislinədək on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar şərti maliyyə vahidi məbləğinin iyirmi beş mislindən qırx mislinədək iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 217. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması

Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx beş mislindən altmış mislinədək qırx beş manatdan altmış manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 218. Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması

Qiymətli kağızlar bazarında qeyri-dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta və təminat standartlarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş mislinədək altmış manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 219. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə

Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 220. Səhmdarın hüquqlarının pozulması

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə —

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yetmiş mislindən doxsan mislinədək yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iki yüz mislindən iki yüz əlli mislinədək iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir (Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 220-1. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulması

İnvestisiya fondlarının fəaliyyətinə dair qanunvericiliyin tələblərinin pozulmasına görə

vəzifəli şəxslər min manatdan min iki yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on iki min manatadək miqdarda cərimə edilir. (189)

Maddə 221. Reklam haqqında qanunvericiliyin pozulması

221.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə, bu az miqdarda ziyan vurduqda(125)

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi mislinədək on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli beş mislinədək qırx manatdan əlli beş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz altmış mislindən iki yüz mislinədək yüz altmış manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə —



fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin üç mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin qırx mislindən əlli mislinədək miqdarda cərimə edilir.

fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin otuz mislindən əlli mislinədək otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

221.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə (reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət ərzində qanun pozuntularının aradan qaldırılmasına, əks reklamın yayılmamasına görə —

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən əlli mislinədək otuz beş manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən yüz doxsan mislinədək yüz əlli manatdan yüz doxsan manatadək miqdarda cərimə edilir.

221.4. Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların (işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla göstərilməməsinə görə

fiziki şəxslər şərti maliyyə vahidinin on mislindən on beş mislinədək on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz iyirmi mislindən iki yüz mislinədək yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

221.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada verilən icazə olmadan yaşayış məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə

bu cür reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir. (167) (Azərbaycan Respublikasının 4 iyun 2002-ci il, 21 oktyabr 2005-ci il və 6 noyabr 2007-ci il tarixli qanunları ilə edilmiş düzəlişlərlə — AR QT, 2002, № 12, m. 692; «Azərbaycan» q.,14 dekabr 2005-ci il; «Azərbaycan» q., 25 noyabr 2007-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Maddə 221-1. Lotereyalar haqqında qanunvericiliyin pozulması

221-1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

221-1.0.1. keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına;

221-1.0.2. keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qərar qəbul edilmiş stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

221-1.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə —

vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli mislindən yetmiş mislinədək əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz əlli mislindən iki yüz mislinədək yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.



Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu Məcəllənin 199–3.2-ci maddəsinə və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. (185) (Azərbaycan Respublikasının 24 dekabr 2004-cü il tarixli Qanunu ilə əlavə edilmişdir, 16 may 2008-ci il tarixli Qanunu ilə düzəliş edilmişdir — «Azərbaycan» q., 10 fevral 2005-ci il; «Azərbaycan» q., 7 iyun 2008-ci il).

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə